GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəncə Tibb Kollecində semestrin qiyməti 400 manatdır? - başçıya faktlar...

Gəncə Tibb Kollecində semestrin qiyməti 400 manatdır? - başçıya faktlar...

Tarix: 25-01-2019, 17:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 241
Gəncə Tibb Kollecində semestrin qiyməti 400 manatdır? - başçıya faktlar...


Gəncə Tibb Kollecində hökm sürən korrupsiya atmosferindən sıxılan bəzi tələbələr icra hakimi Niyazi Bayramova şikayətləniblər

Gundemxeber.az Cahan.info-ya istinadla xəbər verir ki, icra başçısı kollecdə olanda bəzi tələbələr narazılığını bildirib.

Bu haqda deryaz.az yazıb ki, kollecdə baş alıb gedən rüşvət atmosferi az-çox oxuyan tələbələri ruhdan salır.

Hətta bu günlərdə sözügedən kollecin “mamalıq” ixtisası üzrə oxuyan tələbələrindən birinin valideyni müraciət edərək, qarşılaşdıqları total rüşvət tələbindən söz açıb.

Valideyn bildirib ki, qızı illik 600 manat təhsil haqqı ilə ödənişli təhsil alır. Qış və yay semestrlərində 8 fənnin hər birinə görə tələbələrdən hərəyə 50 manat pul yığılır ki, bu da toplam hər semestr üçün 400 manat edir.

Hətta yaxşı oxuyanlar belə cəmi bircə çatışmayan baldan ötrü «kəsilməyəcəklərinə» əmin olmadıqları üçün pul verməyi düzgün seçim hesab edirlər.
İddialara görə, pul tələbələr sırasından təyin olunmuş şöbə müdiri Sevinc Daşdəmirova tərəfindən yığılır.

Sevinc Daşdəmirova özü ilə bağlı ittihamları təkzib etsə də, kollecdə baş verən hər şeyin məhz direktor Mehman Rzayevin nəzarəti ilə həyata keçirildiyini bildirib. Bir sözlə, kollec direktorunu çətin vəziyyətə salıb.

Cahan.info mediaya istinadla xəbər verir ki, Mehman Rzayevin gəlişindən sonra Gəncə Tibb Kollecində tələbələrin «təşəkkür»süz qiymət alması, semestrləri əlavə «ödəniş»siz yola verməsi xeyli çətinləşib.

Bu gün adıçəkilən təhsil ocağında müalicə işi, mamalıq işi, tibb bacısı işi və əczaçılıq ixtisasları üzrə kadrların hazırlandığını bildirilir.

Gəncə Tibb Kollecinin xarici görünüşü babat olsa da, daxildə heç də arzuolunan hallar cərəyan etmir. Deyilənlərə görə, Gəncə Tibb Kolleci gələcəyin tibb mütəxəssislərini yetişdirmək əvəzinə, onları tamam başqa ruhda tərbiyə edir, tələbələri indidən «təşəkkür»süz iş görməməyə sövq edir.

Bundan başqa, o da qeyd olunur ki, kollecin direktoru Mehman Rzayev hər bir sessiya üçün konkret «minnətdarlıq» cədvəli müəyyənləşdirib. Bildirilir ki, əgər hansısa tələbə həmin cədvələ uyğun hərəkət etməsə, o zaman imtahanlar zamanı onun işi xeyli çətinləşə bilər.

Bir sözlə, hazırda Mehman Rzayevin rəhbərlik etdiyi təhsil müəssisəsində biliyindən asılı olmayaraq hər bir tələbə irəli sürülən «şərt»lərlə razılaşmağa məcbur qalır. Məhz elə bu səbəbdən də kollecdə keçirilən imtahanlar formal xarakter daşıyır.

Bundan başqa, sözügedən təhsil ocağına büdcədən kifayət qədər vəsait ayrılsa da, kollecin direktoru Mehman Rzayev ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə şərait yaratmır.

Deyilənlərə görə, Mehman Rzayevin direktoru olduğu kollecdə dərsə davamiyyət normal deyil. Belə ki, tələbələr dərslərdə istədikləri vaxt iştirak edirlər, istədikləri vaxt iştirak etmirlər.

Tələbələrin dərslərdə iştirak etməməsi müəllimlərin də dərslərə iştirakına mənfi təsir göstərir. Qarşı tərəfin mövqeyini öyrənməyə cəhd etsək də alınmadı.

Onun fikirlərini işıqlandırmağa hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GƏNCƏ TIBB KOLLECINDƏ GƏLƏCƏYIN MAMAÇALARINA RÜŞVƏT «DOĞUZDURMAĞI» ÖYRƏDIRLƏR

    GƏNCƏ TIBB KOLLECINDƏ GƏLƏCƏYIN MAMAÇALARINA ...

    10-01-2019, 13:20

  • 
  • Ağdam Musiqi Kollegindəki rüşvətdən şikayət

    Ağdam Musiqi Kollegindəki rüşvətdən şikayət ...

    27-01-2014, 16:54

  • 
  • PEDAQOJİ KOLLECDƏ QIŞ SESSİYA “YIĞIMI”NA Nurlana Əliyevanın ŞƏXSƏN ÖZÜ GÖSTƏRİŞ VERİR?

    PEDAQOJİ KOLLECDƏ QIŞ SESSİYA “YIĞIMI”NA Nurlana ...

    25-12-2015, 00:57

  • 
  • Sumqayıt Musiqi Kollecində tələbələr 600 manata aylığa buraxılır? - İTTİHAM

    Sumqayıt Musiqi Kollecində tələbələr 600 manata ...

    19-12-2018, 14:53

  • 
  • Kollecdə korrupsiya şəbəkəsi: qiymət yazılması üçün rüşvət yığılıb

    Kollecdə korrupsiya şəbəkəsi: qiymət yazılması ...

    18-02-2017, 13:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu