Bu da bir faktdır ki, istənilən tarixi dövrdə insanlar arasında əmələ gələn münasibətlərin varlığı, məhz tərəflərin bir-birinə qarşı yanaşmalarının hansı macəraya yönəldilməsində əsas amillərdən biri olur.
Yəni, istər geniş anlamda, istərsə də dar çərçivədə tənzimlənən yanaşmaların necəliyi, tərəflərin bir-birinə qarşı münasibətlərinin formalaşmasında əsas rol oynayır. Bəzən də elə hallar olur ki, tərəflər arasındakı əmələ gələn münasibətlər düşmənçilik həddinə gəlib çatır ki, bu da artıq vəziyyətin dözülməz olduğunu, tərəflərin bir-birini inkar etməsini göstərir. Bu cür qorxulu tendensiyanın əmələ gəlməsi isə, əksər hallarda xoşagəlməz olayların baş verməsi ilə də nəticələnir.
Məsələn, bir neçə gün bundan öncə Gündemxeber.az saytının redaksiyasına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 20-ci küçədə yaşayan Səmədov Fikrət Paşa oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Adı çəkilən şəxs yazmış olduğu ərizəsində qeyd edir ki, “Mən uzun illərdir ki, ailəlikcə yuxarıda qeyd olunan ünvanda yaşayıram. Buna baxmayaraq neçə ildir ki, bizim yaşadığımız evə bitişik yerdə evi olan və hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-qaz mühəndisliyi” kafedrasında çalışan, texnika elmləri namizədi, dosent elmi dərəcəsi adını daşıyan Məmmədov Fuad Faiq oğlu, bizə və yaxınlıqda yaşayan qonşulara çoxsaylı problemlər yaratmaqdadır. Problemin mahiyyəti isə ondan ibarətdir ki, adı çəkilən bu şəxsin ailəlikcə yaşadığı ev birmərtəbəlidir və evin hündürlüyü təqribən 3 metr olsa da, o, evinin dörd tərəfinə təqribən 6 metr hündürlükdə dirəklər basdırmış və hər bir dirəyin yuxarı hissəsinə kameralar da quraşdırıb.
Ümumi kameraların sayı 12 ədəddir. Belə bir halın varlığı səbəbindən də, o, həm bizim həyətə gəlib-gedən hər kəsi, həm günün müxtəlif saatlarında həyətmizdə oturub-duran qız-gəlinləri, azyaşlı uşaqları, həm küçəmizə bitişik ərazidə yerləşən “N” saylı hərbi hissəyə girib-çıxan hərbçiləri, müxtəlif texnikaları və lazımi texniki qurğuları, həm də üzbəüz yaşayan qonşuların həyət-bacasına girib-çıxan hər kəsi hündürlük məsafədən kameralar vasitəsilə çəkə bilir.
Ələlxüsus, “N” saylı hərbi hissəyə girib-çıxan hərbiçilərin, müxtəlif texnikaların və lazımi texniki qurğuların çəkilşlərinin həyata keçirilməsi böyük şübhələrə yollar açır. Ola bilər ki, Fuad Məmmədov belə bir çəkilişləri həyata keçirməklə, məhz lazımi məlumatları hansısa ünvanlara ötürür. Bundan əlavə, o, həqiqi hərbi xidmətdə olmayıb və orda-burda danışıb ki, “mən həqiqi hərbi xidmətdən boyun qaçırmaq üçün üçün müəyyən addımlarımı atdım. Yəni, guya mən də xəstəyəm adı altında şəxsi işlərimə xəstə olan başqa bir şəxsə məxsus koordiaqrammanı və digər lazımi sənədləri qoya bildim.
Elə ki, hərbi komissiyada sənədlərimə baxış keçirildi, o halda israrla bildirdim ki, mən də xəstəyəm və belə bir yolla da hərbi xidmətə getməkdən yayına bildim”. Əgər bu gün Fuad Məmmədovun səhhətində xəstəliyin olub-olmaması ilə bağlı lazımi araşdırmalar aparılarsa, o halda onun fırıldaq əməlləri tam aydınlığı ilə üzə çıxar. Yəni, o halda bəlli olacaq ki, bu şəxs məqsədinə çatmaq üçün hansı fırıldaq əməllərinə qol qoyub.
Bundan əlavə, o, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-qaz mühəndisliyi” kafedrasında işləməsinə baxmayaraq, özünü əksər insanlara PA-nın, DTX-nin və digər qurumların əməkdaşı kimi təqdim edir. Məsələn, bir müddət bundan öncə yaxınlıqdakı “N” saylı hərbi hissə komandanlığında olan şəxslərdən biri Fuad Məmmədova “sənin quraşdırdığın kameralar hərbi hissəyə girib-çıxan hər kəsi, texnikaları çəkir” deyərək ona iradını bildirdikdə, o, “bunun sənə heç bir aidiyyatı yoxdur. Mən PA-nın əməkdaşıyam, elə etmə ki, sənə ciddi problem yaradım” deyə cavab verir. Başqa bir halın varlığını da qeyd edim ki, o, giriş qapımızın çöl hissəsində yerləşən su, mavi qaz və elektrik sayğaclarına gecə saatlarında məqsədli şəkildə müdaxilələr edir. Hətta elə hallar olub ki, onun su sayğacımıza etdiyi müdaxilədən sonra, bizə məxsus su boru xəttindən axan su gecə saatlarında boş-boşuna axmış və həyətimizdə yerdən qazılmış tualetə tökülmüşdür. Atılan belə bir addımın varlığı, həm bizim müəyyən qədər xərcə düşməyimizə, həm də müəyyən problemlərlə üz-üzə qalmağımıza da səbəb olur. Düşünürük ki, belə bir halların varlığı Badamdarın sürüşmə zonasına çevrilməsinə təkan verən hallardan biri ola bilər.
Başqa bir halın varlığını da qeyd edim ki, Fuad Məmmədovgil 4 nəfər ailə üzvündən ibarətdir və o, özlərinə məxsus su sayğacına elə bir formada müdaxilələr edir ki, sudan istifadəyə görə il ərzində cəmi 20 AZN pul ödəməli olurlar. Belə bir halın varlığı da, büdcə vəsaitinə məqsədli şəkildə müdaxilə deməkdir. Bu şəxs özünəməxsus avtomobilini yalnız gecə saatlarında yaşadığı evin çöl hissəsində yuyur. Yəni, su sayğacına etmiş olduğu müdaxilə səbəbindən o, sudan saatlarla geninə-boluna istifadə edir. Elə ki, qonşulardan biri onu görür, o halda o, bu yöndə atdığı addımını dayandırır.
Daha xoşagəlməz hallardan biri də, bu şəxsin hündürlük məsafəyə quraşdırdığı kameralar üzbəüz həyətdə yaşayan qonşunun həyətini də çəkdiyindən, onlar məcbur oldular ki, yaşadıqları evin həyətində hördükləri divarın üstündə əlavə hörgü işləri aparsınlar. Çünki, həmin kameralar hündürlük məsafəyə yerləşdirildiyindən qonşuluqda yaşayan qız-gəlinlərin, onlara gələn hər kəsin çəkilişini həyata keçirirdi. Belə bir halların qarşısını almaq məqsədilə, onlar son anda məcbur oldular ki, bu cür addımlarını atsınlar. Bu da həmin şəxslərin əlavə xərcə düşmələrinə səbəb oldu. Digər tərəfdən, Fuad Məmmədov yaşadığı evinin üst hissəsində günəş şüalarından elektrik enerjisi əldə edən qurğu da quraşdırıb. Ola bilər ki, adı çəkilən bu şəxs vaxtilə həmin qurğunu çalışdığı təhsil müəssisəsindən ələ keçirib və bu gün də ondan öz məqsədləri üçün istifadə edir”.
Onu da bildirək ki, adı çəkilən şəxsin qol qoyduğu əməllərlə bağlı, ələlxüsus Fuad Məmmədovun quraşdırdığı kameralar vasitəsilə, onun yaxınlıqda yerləşən “N” saylı hərbi hissəyə girib-çıxan hərbiçilərin, digər texniki vasitələrin çəkilişlərinin həyata keçirilməsi bizi olduqca düşündürdü. Ona görə də məcbur olduq ki, hərbi hissə komandanlığında vəzifə sahibi olan şəxslərlə görüşək və onların da problemlərin varlığına münasibətini ayrıd edə bilək. Elə ki, həbiçilərlə görüşümüz baş tutdu, o halda onlar “əlbəttə ki, belə bir halın varlığı heç cür yolverilməzdir. Çünki, mövcud qanunvericilik nə Fuad Məmmədova, nə də ki, digər şəxslərə ixtiyar vermir ki, həbçilərlə bağlı hər hansı çəkilişləri həyata keçirsinlər” deməklə, problemin varlığına kəskin narazılıqlarını ifadə etdilər.
[center]
Sözsüz ki, respublikamızın aparıcı ali təhsil müəssisələrindən biri hesab olunan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində çalışan Fuad Məmmədov haqda səslənən ittihamlar, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 20-ci küçədə yaşayan Səmədov Fikrət Paşa oğluna məxsusdur. Düşünürük ki, bu cür addımlar ziyalı adını daşıyan istənilən şəxsin adına ləkədir. Çünki, belə bir adı daşıyan hər kəs həm danışığı, həm davranışı, həm ətrafda yaşayan insanlara qarşı yanaşması və digər addımları ilə əksəriyyətə nümunə olmalıdır. Aparıcı ali təhsil müəssisəsində çalışan və ziyalı adını daşıyan bu şəxsdən belə bir addımların varlığını eşitdikcə, yalnız təəssüf hissi keçirməli oluruq. Mövzuya qayıdacağıq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?