GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Repressiya və İşgənclər Əleyhinə Komitədən BƏYANAT yayıldı

Repressiya və İşgənclər Əleyhinə Komitədən BƏYANAT yayıldı

Tarix: 27-05-2019, 09:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 180
Repressiya və İşgənclər Əleyhinə Komitədən BƏYANAT yayıldı


Komitə tərəfindən yayılan bəyanatı olduğu kimi təqdim edirik: ''Son zamanlar dinc, günahsız insanların qanunsuz olaraq həbs edilməsi, ağır işgəncələrə məruz qalması və müəmmalı şəkildə qətlə yetirilməsi halları artmaqdadır. Təəssüf doğuran haldır ki, baş verən qanunsuzluqlar və cinayət tərkibli hərəkətlər barədə ölçü götürməli olan DİN, Baş prokurorluq və s. qurumlar bu əməlləri törədənləri deyil, gerçək məlumatları dilə gətirib paylaşanları, haqqını tələb edənləri hədəf seçib.

Repressiya və İşgənclər Əleyhinə Komitədən BƏYANAT yayıldı

2018- ci ilin iyul ayında Gəncədə baş vermiş məlum hadisələrlə bağlı keçirilən məhkəmə prosesləri bir daha sübut edir ki, bu hadisələr zamanı çoxlu sayda insanlar əsassız həbs olunub və dəhşətli işgəncələrə məruz qalıb. Amma qanunsuz həbslər və işgəncələrlə bağlı yeni- yeni faktlar üzə çıxsa da çox təəssüf ki, aidiyyatı qurumlar bu istiqamətdə hər hansı ciddi araşdırma aparmır, tədbir görmür. Digər tərəfdən “Gəncə işi” ilə bağlı həbsdə olan Aydın Qurbanov, Şahin Verdiyev, Asif Cavadov, Şahlar Rzayev, Eşqin Quliyev, Vüqar Xudiyev, Elvin Əliyev və digərlərinin sağlamlıq durumu ağır vəziyyətdə olmasına baxmayaraq onların müalicəsi ilə bağlı lazımi addımlar atılmır. Eyni zamanda bu hadisələr zamanı müəmmalı şəkildə qətlə yetirilmiş Müsəlman Birliyi Hərəkatının üzvü Ağa Sərxani cinayətinə nənki aydınlıq gətirilib, əksinə ötən 10 ay ərzində onun nəşi ailəsinə təhvil verilməyib.

Repressiya və İşgənclər Əleyhinə Komitədən BƏYANAT yayıldı

Aparılan araşdırmalar göstərir ki, 2017- ci ilin may ayında Tərtər bölgəsində ən azından 200- dən çox hərbiçimiz həbs olunub və ağır işgəncələrə məruz qalıb. Məruz qaldığı işgəncələr nəticəsində ən azından 9 nəfər dünyasını dəyişib. Hazırda 24 nəfər həbsdədir. Təssüflə qeyd edilməlidir ki, hərbçilərə verilən dəhşətli işgəncə halları məhkəmə sənədlərində öz əksini tapsa da aidiyyatı qurumlar bu istiqamətdə yetərli və ədalətli addımlar atmırlar. Hazırda həbsdə və azadlıqda olan xeyli sayda keçmiş hərbçi bu işgəncənin əziyyətlərini hələ də yaşayırlar.

Repressiya və İşgənclər Əleyhinə Komitədən BƏYANAT yayıldı

Təəssüflə qeyd olunmalıdır ki, repressiya və işgəncələr, qanunsuz həbslər və müəmmalı ölümlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ailəsindən verilən məlumata görə may ayının 11- də evindən zorla Şəki şəhər Polis İdarəsinə aparılan Qalib Məmmədov amansız işgəncələr nəticəsində döyülərək öldürülüb. Təəssüf ki, hadisədən 2 həftədən çox vaxt keçir, amma aidiyyatı qurumlar susur. Cinayətlə bağlı gərəkən addımlar atılmır. Elcə də, Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin mərhum əməkdaşı Emin Hüseynov Türkiyədə müəmmalı şəkildə vəfat etsə də onun ölümünü araşdırılması ilə bağlı prokurorluq tərəfindən lazımi addımlar atılmır. Hərbi xidmətdə olarkən qətlə yetirilmiş Rəzi Mustafayevin, intihar həddinə gətirilmiş və ölmüş Elena Hacıyevanın, döyülərək öldürülmüş Pərviz Həbibovun və s. şəxslərin də ölüm işi qanuna müvafiq səviyyədə araşdırılmır. Yeri gəlmişkən qeyd edək ki, aparılan araşdırmalar göstərir ki, son zamanlar güc strukturları tərəfindən günahı sübuta yetirilməmiş ən azından 30- dan çox soydaşımız müəmmalı şəkildə qətlə yetirilib.

Repressiya və İşgənclər Əleyhinə Komitədən BƏYANAT yayıldı

Bu gün ölkədə qanunsuz həbslər də davam edir. Azərbaycan Xalq Hərəkatının üzvləri Bakıda və bölgələrdə təqiblərə və həbslərə məruz qalır. Hazırda təşkilatın 2 üzvü- İlyas Abdullayev, Yavər Mikayılov həbsdədir. Onların hansı şəraitdə saxlanması barədə məlumat yoxdur, vəkilləri ilə görüşə icazə verilmir. Bəzi mənbələr həmin şəxslərin işgəncəyə məruz qaldığını bildirir. Həbsdə olan siyasi məhbuslar Babək Həsənov, Əhsən Nuruzadə, Məhəmmədəli Axundzadə heç bir səbəb olmadan “kars”-a salınıb və onlara qarşı təzyiq, təxribat cəhdləri davam edir. Ruhulla Axundzadə, Şəmil Abduləliyev, Cabbar Cabarov, Abbas Hüseyn, Seyfəddin Şirvanov, Əbülfəz Bünyatov və digərlərinin səhhətində ciddi problemlər yaranıb və onların normal müalicəsi üçün şərait yaradılmır, gərəkən addımlar atılmır.

Repressiya və İşgənclər Əleyhinə Komitədən BƏYANAT yayıldı

Repressiya və İşgəncələr Əleyhinə Komitə ölkədə həyata keçirilən qanunsuz həbsləri, işgəncə hallarını, müəmmalı qətlləri pisləyir, bu hadisələrin durdurulmasını və Respublika baş prokurorluğunu bu cinayəti törədən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.

Repressiya və İşgənclər Əleyhinə Komitədən BƏYANAT yayıldı

25 may 2019- cu il, Bakı şəhəri''
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) son həbslər  və işgəncələrlə bağlı Bəyanatı

    Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) son ...

    17-04-2019, 15:58

  • 
  • Hüquq müdafiəçisi Zakir Qaralova müraciət etdi

    Hüquq müdafiəçisi Zakir Qaralova müraciət etdi ...

    21-04-2019, 21:14

  • 
  • KXCP-nin cəzaçəkmə müəssisələrində baş verən hadisələrlə bağlı BƏYANATI

    KXCP-nin cəzaçəkmə müəssisələrində baş verən ...

    15-01-2015, 14:57

  • 
  • ''Olkənin imici zədələnir, dövlət onursuzlaşır...''

    ''Olkənin imici zədələnir, dövlət ...

    21-04-2019, 11:25

  • 
  • HÜQUQ MÜDAFİƏÇİSİ XALQI ÖLKƏDƏ TÜĞYAN EDƏN REPRESSİYA VƏ İŞGƏNCƏLƏRƏ QARŞI BİRGƏ MÜBARİZƏYƏ ÇAĞIRIB

    HÜQUQ MÜDAFİƏÇİSİ XALQI ÖLKƏDƏ TÜĞYAN EDƏN ...

    5-05-2019, 17:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu