Bu gün ,,Gündəm Xəbər'' qəzetinin yubiley günüdür.
Bildirmək istəyirik ki, on il bundan əvvəl bu qəzetin ilk sayı işıq üzü görmüş və ötən illər ərzində çox ,,enişli-yoxuşlu yollardan'' keçməli olduq. Belə ki, dərc etdiyimiz məqalələrdə hər zaman haqqı-ədaləti müdafiə etdiyimizdən, korrupsioner məmurlar ordusuna qarşı ardıcıl mübarizə apardığımızdan və digər səbəblər üzündən yüzdən çox məhkəmə proseslərinə cəlb olunduq.
Amma, başladığımız mübarizə yolundan bir addım olsa belə geri çəkilmədik. Hələ bu azmış kimi, əsassız vergi cərimələri ilə külli miqdarda cərimə olunduq və qəzetimizin rəhbərinə 7,6 il şərti cəza verildi.
Bütün bunlar onu söyləməyə əsas verir ki, ,,Gündəm Xəbər'' qəzetinə qarşı yanaşma hər zaman fərqli olub. Bütün bunlara baxmayaraq, bu gün də bu qəzet yaşayır və haqq yolunda atdığı addımlarını yenə də atır. Bu gün ,,Gündəm Xəbər''in yubiley günüdür. Belə bir əziz gün münüsibətilə qəzetin yaradıcı kollektivini ürəkdən təbrik edib, işlərində uğurlar arzulayırıq.
Sorğu
Yeni dizaynımız necədir?