Bu gün Repressiya və İşgəncələr Əleyhinə Komitənin İşçi Qrupunun növbəti yığıncağı keçirilib.
Yığıncaqda son həbslər, ictimai- siyasi fəallara təzyiqlər, siyasi məhbuslarla bağlı vəziyyət, məhkəmə qərarları və s. müzakirə olundu. GundemXeber.Az bildirir ki, "Gəncə işi" ilə bağlı sonuncu məhkəmə prosesində təqsiri sübuta yetirilməyən şəxslərin 18- 20 il müddətə azadlıqdan məhrum edilməsi, Gundem Xeber qəzetinin baş redaktoru Şirin Cəfərinin oğurlanaraq "bandotdel"- ə aparılıb təhdid olunması, AXCP fəalı Ruslan Əmirlinin əsassız olaraq 30 sutka inzibatı həbsə məruz qalması, Musavat partiyasının divan üzvü, vəkil Nemat Kerimlinin 16 saylı CÇM- də Penitensiar Xidmətin əməkdaşları tərəfindən zorakalığa və təhqirlərə məruz qalması, AXCP Gənclər Komitəsinin sədri Emil Selim və digər partiya üzvlərinin Gəncədə polis bölməsinə aparılması və s. məsələlər yığıncaqda müzakirə edilərək pislənilib. Qərar alınıb ki, ölkədə qanunsuz həbslər və repressiyalarla bağlı Komitənin ayrıca byanatı qəbul edilib yayılsın. Bu haqda komitənin kordinatoru Oqtay Gülalıyev bildirib.
Toplantıda Komitə üzvlərinin Avropa Birliyi və digər beynəlxalq təşkilatların nümayəndələri ilə bağlı keçirdikləri görüş barədə məlumat verilib. "Tərtər işi" ilə bağlı hesabatın hazırlanması və ictimaiyyətə təqdim olunmasının vacibliyi bildirilib. Qərara alınıb ki, siyasi məhbus problemi, repressiya və işgəncələr mövzusunda Repressiya və İşgəncələr Əleyhinə Komitə tərəfindən ictimai dinləmələr keçirilsin. Siyasi məhbusların sağlıq durumuna diqqət artırılsın.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?