Ağdam və Zəngilandan olan məcburi köçkünlər ölkə prezidenti İlham Əliyevə müraciət edib.
Gundemxeber.Az xəbər verir ki, bu barədə istiqlal.az-a məcburi köçkünlərin özləri müraciət edib. Müraciətdə deyilir:
Cənab prezident,
Abbasov Bəxtiyar Abbasqulu oğlu tərəfindən "Zirə-Kəndli Fermer Təsərrüfatı” təsis edilib. Həmin təsərrüfat ir və xırda buynuzlu mal-qaranın saxlanılması, kökəldilməsi ilə məşğul olub. Bəxtiyar Abbasov kredit almaq üçün "Muğanbank” ASC-nin Dostluq filialının müdiri Samir Ələkbərova müraciət edib. S.Ələkbərov B.Abbasovun qohumudur. S,Ələkbərovun qardaşı isəhəmin dövrdə bankın idarə heyətinin sədri olub. B.Abbasov şəxsi münasibətlərdən faydalanaraq bank filialından uzuzun müddətli və aşağı faizli kredit ayrılmasını xahiş edib.
"Muğanbank” təsərrüfata 19 sentyabr 2007-ci il tarixdə F125saylı kredit müaviləsi ilə 45 min manat, 2007- ci il 26 oktyabr tarixdə F 134 müaviləsi ilə Babayev Yelnar Qulu oğlunun adına 45 min manat, 05 dekabr 2007-ci il tarixdə F139 müqaviləsi ilə 20 min manat, 15 dekabr 2007-ci il tarixdə H57 saylı müqavilə ilə 130 min manat kredit ayırıb. S.Ələkbərov B.Abbasovdan 75 min manat alıb ki, gələcəkdə həmin kreditlər birləşdiriləcək və illik 7 faizlə hesablanacaq. Həqiqətən də həmin məbləğlər birləşdirlib və 300 min dollar kreditin verilməsi ilə bağlı təsərrüfatla bank arasında 7 may 2008-ci il tarixdə H 58 saylı kredit müaviləsi hesablanıb. Müqaviləyə uyğun olaraq 300 min dolların 7 illiyə və 13 faizlə verilməsi rəsmiləşib. Ancaq faktiki olaraq pul təsərrüfatına hesabına köçürülməyib və bununla bağlı heç rəsmi sənəd də yoxdur.
Bankın guya 300 min dollar kreditin təsərrüfat verilməsi ilə bağlı məhkəmə iddiasını 26 dekabr 2018-ci ildə Bakı Apellyiyasiya Məhkəməsi rədd edib təsərrüfatı haqlı çıxardıb. Ancaq bu qərarı Ali Məhkəmənin Mülki Kollegiyası ləğv edərək işi baxılmaq üçün yenidən Apellyasiya məhkəməsinə göndərib”.
Müraciət müəllifləri deyir ki, qətnamə Ali Məhkəmənin sədri Ramiz Rzayevin göstərişi ilə ləğv edilib və əsas kimi, bankın nizamnamə kapitalının 50 faizinin "Paşabank”a məxsus olması göstərilib:
Cənab prezident, "Paşabank” tərəfindən Ramiz Rzayevə bu məsələ ilə bağlı hər hansı bir tapşırıq verilməyib. Bu Ali Məhkəmə sədrinin özbaşınalığıdır. Xahiş edirik, bu məsələni şəxsi nəzarətinizə götürüb, hüquqlarımızın bərpasına yardım edəsiniz”.
Müraciəti Zəngilandan olan məcburi köçkünlər Bəxtiyar Abbasov, Təranə Ərizanova, Eldar Cəfərquliyev, Ağdamdan olan məcburi köçkün Babayev Yelmar imzalayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?