"Hüquq müdafiəçisi Oktay Gülalıyevin durumuna bağlı rəngarəng açıqlamaların mühüm bir istiqaməti (tibbə yönəlik) diqqəti əsas məsələdən yayındırmağa xidmət edir. Guya Oktay bəyə hansısa iynə vurulmasından tutmuş onu qəsdən gec əməliyyata götürməyə qədər çoxsaylı, bəzən absurd və şübhələrlə dolu, bəzən isə qərəzli informasiyalar yayılmaqdadır.
Bəziləri məsləhət verməklə, ictimai hakim və müstəqil ekspert statusunda çıxış etməklə özünü təəssübkeş göstərməyə çalışır. Mənim bütün diskussiyaya cəlb olunmuş, istər səmimi tərəfdaşlara, istərsə də açıqlamaları ilə özlərinə karuikatura yaradanlara bəzi suallarım var: 1. Dəyərli Natiq Ədilov məni optimist açıqlamalarda qınayır. Nəzərinizə çatdırım ki, həkimlik deontologiyasının əsas prinsiplərindən biri xəstəyə və onun himayədarlarına ümid vermək, sona qədər səyləri əsirgəməməkdir. Bununla yanaşı, mən hələ Oktay bəyin 1 saylı klinik mərkəzdə olarkən belə aldığı travmanın potensial ağır olduğunu bilirdim və bunu çıxışlarımda və açıqlamalarımda həmişə qeyd etmişəm və Oktay bəyin yaxınları ilə söhbətimdə onlara izah etməyə çalışmışam. 2. Oktay bəyin 1 saylı klinik mərkəzdən City Hospitala köçürülməsi, onun operasiyası üçün konkret neyrocərrahının seçilməsi, neyrocərrahlıq xəstəxanasının reanimasiya şöbəsinə köçürülməsi prosesi mənim iradəmdən tamamilə kənar olub. Qəza baş verəndən bir qədər sonra mənə Əlövsət Sadıxlı zəng vurub hadisə haqda məlumat verdi və Oktay bəti City Hospitala köçürmək istədiklərini bildirdi. Oktay bəyi şəxsən tanıdığım, ona rəğbətim olduğu üçün Əlövsət bəyə bildirdim ki, gözləyin, mən təcili gəlirəm, orada məsləhətləşək. Təxminən 15 dəqiqqəyə mən xəstəxanaya çatdım, məni həkimlər qarşladılar. Xəstəxanada demokratik cameənin mənim şəxsən tanıdığım çoxsaylı nümayənələri toplanmışdı. Mən reanimasiya şöbəsinə qalxanda bildirdilər artıq City Hospitalla danışıblar (danışılan konkret həkimin adı da şəkilirdi). Mən reanimasiya şöbəsinə girdim, reanimatoloq t.e.d.Vaqif Rəhimovun otağına girdim. Otaqda mənimlə yanaşı Qktay bəyin yoldaşı Firuzə xanım, Gültəkin xanım Hacıbəyli, Namizəd Səfərov da oturmuşdu. Artıq baş beynin tomoqrafiyası müayinəsi aparılmışdı. Biz həkim Vaqif Rəhimovla birgə tomoqrafiya filmlərinə baxdıq. Beynin sol yarımkürəsinin əzilməsi vardı. Beyin toxumasında ödem, ektravazasiyadan yana yayğın qansızmalar nəzərə çarpırdı. Çünki belə xəstələrdə yaxın saatlarda qanama davam etməzsə təxminən 2-3 həftəyə aparılan müalicə ilə xəstə sağalır və real həyata qayıdır. Hətta bu halda belə gələcəkdə xəstədə baş ağrıları qala bilər, posttravmatik epilepsiya yarana bilər. Qanama davam etdiyi halda isə təkrari MRİ və ya tomoqrafiya müayinəsi ilə qanam yeri müəyyənləşir, trepanasiya (kəllə qapağının açılması) edilir, qanama dayandırılır, kəllə boşluğu dekompressiya edilir və beyin toxumaları kompressiyadan (sıxılmadan) azad edilir. Mən xəstənin bir gecə orada qalmasını məsləhət gördüm. Lakin xəstə yaxınları Rafiq Tağının bu xəstəxanadakı aqibətini əsas gətirib Oktay bəyi köçürməkdə qərarlı olduqlarından onlarla razılaşmalı oldum. Həm də əmin oldum ki, artıq köçürülmə qərarı verilib, City Hospital-dan ambulans gəlir. Sonra həkimdən icazə alıb xalat geyinərək reanimasiya zalına girdim və şəxsən Oktay bəyi müayinə etdim. Huşu özündə idi, bərk baş ağrılarından şikayət edirdi... Sonra isə ambulans gəldi və xəstə City Hospitala köçürüldü. 3. İddia olunur ki, Oktay Gülaliyev qəzadan sonra xəstəxanaya 2 saat gec çatdırılıb. Bu fikirlərin əsası yoxdur. Belə ki, qəza zamanı (~ saat 17.20) Oktay bəyi küçənin əks tərəfində gözləyən yaxın dostlarından biri, GündəmXəbər qəzetinin baş redaktoru Şirin Cəfərli dərhal ora yaxınlaşmış, 10-15 dəqiqə ərzində Oktay bəyi vuran sürücünün maşını ilə 1 sayl klinik mərkəzə yola salmış, özü də ora yollanmışdır. Yolda tıxac olduğundan ~ 30 dəqiqəyə Oktay bəyi xəstəxanaya çatdırıblar (~ saat 18.15). Orada baş beynin tomoqrafiya müayinəsi aparıblar (~ saat 18.28). Diaqnoz qoyulduqdan sonra xəstəlik tarixi açılmış (~ saat 19.10) və xəstə reanimasiya şöbəsinə qaldırılmışdır. 4. İndi mənim də həm özümə, həm də Sizlərə bir ritorik sualım var. Oktay bəy öz ömrünü haqq və ədalətə fəda etmiş bir mücahiddir. Bəs belə olan halda, niyə onun müalicəsi üçün açılan bank hesablarına vaxtında yardımlar olunmadı? Niyə laqeydlik göstərildi? Axı, Oktay bəy fədakar və məhrumiyyətli həyat yaşayırdı, bizlərə xidmət edirdi?! Bu barədə heç düşündünüzmü? 5. Unutmayaq ki, mərhəmət ədalətdən də yüksəkdir. Gəlin əvvəlcə qeybət mədəniyyətindən uzaqlaşaq, mərhəmətli olaq. Bizim cameəni ancaq mərhəmət xilas edə bilər, demaqogiya yox!"
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?