Repressiya və İşgəncələr Əleyhinə Komitə dünən Musavat Partiyasının qərərgahında növbəti tədbirini keçirib.
Tədbirdə partiya sədrləri, media işçiləri, ölkənin siyasi-ictimai fəalları, repressiya və işgəncələrə məruz qalan vətəndaşlar və onların yaxınları iştirak edib.
RİƏK-in müvəqqəti kordinatoru Namizəd Səfərovun apardığı tədbirdə Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)sədri Əli Kərimli, Müsavat Partiyasının sədri Arif Hacılı, Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev, keçmiş siyasi məhbus Seymur Həzi, hüquq müdafiəçisi Əlövsət Sadıqlı, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli və digərləri çıxış edib.
Çıxış edənlər son dövrlər ölkədə repressiya və işgəncələrin daha şiddətli və daha geniş vüsət aldığını bildiriblər.
Sorğu
Yeni dizaynımız necədir?