Repressiya və İşgəncələr Əleyhinə Komitə “İşgəncələrə son qoyulsun!” adlı 10 günlük ictimai kampaniyaya başlayır, bu barədə komitənin əlaqələndiricisi Oqtay Gülalıyev bildirib.
Onun sözlərinə görə, kampaniya vətəndaşlardan daxil olan müraciətlər və problemin vacibliyi nəzərə alınaraq keçirilir.
Gundemxeber.Az bildirir ki, kampaniyanın keçirilməsi üçün məşhur vətəndaş cəmiyyəti fəalları – Eldəniz Quliyev, Namizəd Səfərov, Əlövsət Sadıqlı, Oqtay Gülalıyev, Nigar Həzi, Rövşən Əhmədli, İradə Nəriman, Zəfər Əhmədov və Nəsir Əliyevdən ibarət təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsi qoşulmaq istəyənlər üçün açıqdır.
Kampaniyanın başlaması və kampaniya çərçivəsində nəzərdə tutulan tədbirlər barədə oktyabrın 29-da saat 14.00-da təşkilat komitəsi üzvlərinin mətbuat konfransında rəsmi məlumat veriləcək.
“Gəlin, zorakılığa və işgəncələrə birlikdə etiraz edək!”, deyə komitənin press-relizində qeyd edilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?