GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycan siyasətində “ənənəvi müxalifət” tandemi: Əli Kərimli xarizması İlqar Məmmədovu necə əzdi?

Azərbaycan siyasətində “ənənəvi müxalifət” tandemi: Əli Kərimli xarizması İlqar Məmmədovu necə əzdi?

Tarix: 14-03-2020, 20:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 669
Azərbaycan siyasətində “ənənəvi müxalifət” tandemi: Əli Kərimli xarizması İlqar Məmmədovu necə əzdi?


Ölkənin siyasi səhnəsində yeni bir düzən formalaşmaqdadır. Prezident Adminstrasiyası rəsmisinin siyasi partiya rəhbərləri ilə görüşlərindən başlayan bu proses yeni parlamentdə müxalifətə vitse spiker, komitə sədri və komitə sədrinin müavini vəzifələrinin verilməsi ilə davam edir. Prezidentin Milli Məclisin ilk iclasındakı çıxışında çoxpartiyalı siyasi sistem məqamını xüsusi vurğulaması isə prosesin davamlı xarakter alacağını göstərir. Beləliklə, hakim komanda illər sonra ilk dəfə YAP-dan kənar siyasi qüvvənin varlığını rəsmən nəinki tanıyır, hətta onunla ilkin əməkdaşlıq addımları atmaq niyyətini göstərir.

Prosesin hansı məcrada davam edəcəyi və hansı nəticələrə gətirəcəyini indidən söyləmək çətindir. Amma artıq ilk andaca ortaya çıxan bir məqam var: Azərbaycan siyası sistemində “ənənəvi müxalifət” tandemi ortadan qalxmayıb! Əslində düşünmək olar ki, hakimiyyətdə bu illər ərzində “ənənəvi müxalifət”in sıradan çıxacağını təxminləşdirərək sözdə müxalifət adlanan digər qüvvələrlə əməkdaşlığı qəsdən yubadıb. Əgər doğurdanda belədirsə ortada olan durum ötən illərin boşa getdiyini göstərir. Çünki vitse spikeri müxalifətdən olsa belə Əli Kərimli və İsa Qəmbərin təmsil olunmadığı parlamenti nə cəmiyyət, nə də beynəlxalq təşkilatlar müxalifətli parlament kimi qəbul etmir.

İsa Qəmbər və Əli Kərimli faktoru illərlə müxalifət adının monopoliyaya alınması kimi qəbul edilə bilər. Amma gerçəklik budur ki, 93-cü ildən bu yana ölkənin siyasi həyatında heç kəs bu iki şəxsin müxalifət lideri məqamını zəbt edə bilməyib (1993-2000-ci illərdə Əbülfəz Elçibəy varlığı istisnadır). Deyilən dövr ərzində Rəsul Quliyev, Lalə Şövkət Hacıyeva, Etibar Məmmədov kimi adlar qabardılsa da sonradan bu şəxslər nə iddia olunan məqamı, nə də umulan gücü doğrultmaq potensialında olmadılar. Eyni zamanda hakimiyyətin maddi və siyasi dəstəyi ilə Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Razi Nurullayev, Fazil Mustafa kimi projelərə də şahidlik etdik, amma bu şəxslər də etimadı doğrultmadılar. Hətta son dövr populyarlıq qazanan xaicdəki mühacirlərin “söyüş müxalifəti” də sözügedən siyasi postu tuta bilmədi.

Gundemxeber.Az aztoday.az-a istinadla bildirir ki, "Ənənəvi müxalifət”in yeni sima ilə əvəzlənməsi uğrunda sonuncu uğursuz cəhd REAL sədri İlqar Məmmədovun timsalında həyata keçirilib. AMİP-in keçmiş funksionerlərindən biri olmuş və sonradan dünyaca məşhur Soros Fondunun Azərbaycandakı Açıq Cəmiyyət İnstitutunun İdarə Heyətinin üzvü olmuş İlqar Məmmədov Azərbaycan siyasi sistemində xüsusi nüfuza və diqqətə sahib olmayıb. Elə bir radikallığı da olmayan İ.Məmmədovun 2013-cü ildə həbs olunması bir qədər də təəccüblə qarşılandı. Bunun ardınca təəccüb doğuran hal isə ciddi sosial bazaya, kütləvi təbliğatçı ordusuna malik olmayan REAL sədrinin birdən birə bütün ölkə boyu populyarlaşması idi. Sanki hansısa gözəgörünməz qüvvə onun təbliğatını aparır və ən ucqar dağ kəndindən tutmuş paytaxtın elmi və biznes elitasına qədər ən müxtəlif təbəqələrdə İlqar Məmmədovun simasında “ağ atlı oğlan” dastanı yaradılırdı. Xüsusi ilə ənənəvi müxalifətin uğursuzluğu fonunda REAL-a ümid bəsləyənlərin sayını artırmışdı. Bunun üzərinə Qərbin, beynəlxalq təşkilatların da REAL sədrinə açıq simpatiya göstərməsini və onun azadlığını təkidlə, nümayişkəranə şəkildə tələb etməsini əlavə etsək İlqar Məmmədov faktorunun hakimiyyət üçün ciddi təhlükə olacağını düşünməyə əsas verirdi. Bütün bunlar isə İlqar Məmmədovu müxalifət düşərgəsində önə çıxartmışdı. Əli Kərimlinin liderlik etdiyi Mİlli Şuraya isə inam azalmışdı.

Amma İlqar Məmmədov azadlığa buraxılandan sonra REAL müxalifət düşərgəsindəki liderliyini əldən verməyə başladı. Belə ki, azadlığının ilk günlərində verdiyi açıqlamalar göstərdi ki, REAL sədri cəmiyyətə həbsdən çıxan sıravi cəbhəçi qədər mübarizlik və müxalifətçilik impulsu vermək potensialında deyil. Yuxarıda sadalananlarla yanaşı İlqar Məmmədov sədr kimi REAL-ın timsalında böyük intelektual kadr bazasına sahib idi. Bu sırada ölkənin tanınmış və fikirləri cəmiyyətdə ciddiyə alınan siyasi, iqtisadi analitiklər var idi. Proseslərin sonrakı gedişatı İ.Məmmədovun təşkilatçılıq və xarizmatik baxımdan bu komandanı qoruyacaq liderlik bacarığına da malik olmadığını göstərdi. Beləliklə, həm Qərbin, həm də hakimiyyətin maraqlarını təmin edən “yeni müxalifət lideri” projesi parlament seçkilərindən sonra tam şəkildə iflasa uğradı. İlqar Məmmədov heç bir kənar təsir olmadan özünün şəxsi keyfiyyəti (etik baxımdan bu ifadəni keyfiyyətsizliyi olaraq seçmədik – red.) ilə Əli Kərimliyə böyük hesabla məğlub oldu. Bu məğlubiyyət o qədər açıq və biabırçı oldu ki, hətta AXCP-nin informasiya resursları bu haqda danışmağı belə lüzumsuz sayır.

Baş verənlərin təhlili bir daha onu göstərir ki, ölkədə sosial, iqtisadi və hüquqi narazılıqlar mövcud olduqca AXCP narazı kəsimin əsas ümid yeri kimi qalmaqda davam edəcək. Son proseslər də onu göstərir ki, hakimiyyətin siyasi texnoloqları da “ənənəvi müxalifət” tandeminin lider mövqedə qalmasında maraqlıdır…

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müxalifət niyə yoxa çıxıb?

    Müxalifət niyə yoxa çıxıb? ...

    18-05-2017, 22:50

  • 
  • YAP müxalifətlə müzakirənin mümkün olduğunu açıqladı

    YAP müxalifətlə müzakirənin mümkün olduğunu ...

    28-12-2012, 12:47

  • 
  • Üçüncü siyasi qüvvə faktoru

    Üçüncü siyasi qüvvə faktoru ...

    13-01-2013, 13:13

  • 
  • ABŞ səfirliyində müxalifət liderləri ilə görüş keçirilir (Yenilənib)

    ABŞ səfirliyində müxalifət liderləri ilə görüş ...

    11-09-2013, 13:13

  • 
  • Müxalifət Tomas Melia ilə görüşdü

    Müxalifət Tomas Melia ilə görüşdü ...

    18-04-2013, 10:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu