Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında mühüm mesajlar verib. Bunlardan biri də rayon icra başçıları və yerlərdə vətəndaşların şikiayəti ilə bağlı olub. Dövlət başçısı qeyd edib: "Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları".İlham Əliyev bildirib ki, indi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var:"O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır, Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk". Ölkə rəhbərinin bu sözləri heç şübhəsiz bəzi icra başçılarının kürkünə birə salıb. Bu sırada isə Bərdə rayon icra haqkimiyyətinin başçısı Vidadi İsayev də var. Bununla bağlı anaxeber.info olaraq bildirir ki, Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin son illər açıqladığı statistikada ölkə üzrə rayon və şəhərlərdən daxil olan şikayətlərin təsnifatında hər zamaqn Bərdə rayonunun adı keçib. Gundemxeber.Az anaxeber.info-ya istinadla bildirir ki, rayondan daxil olan məlumata görə Prezidentin son çıxışından sonra V.İsayev rayon poçt şöbəsinə qəti göstəriş verib. Bu göstərişə görə, Bərdə rayonundan Bakıya göndərilən şikayət məktubları barədə icra başçısı Vidadi İsayevə dərhal məruzə olunur. Rayondakı Poçt söbəsinin rəhbərliyi rayondan Bakıya göndərilən bütün məktub, bağlama və teleqramları ciddi nəzarətdə saxlayır. Xüsusilə də, Prezident Administrasiyasına göndərilən şikayət ərizələri elə rayondaca saxlanılaraq məhv edilir.Məktublar dərhal icra başçısı Vidadi İsayevə çatdırılır və sonradan həmin şikayəti edən rayon sakininə müəyyən təzyiqlər edilməyə başlayır. Anaxeber.info-ya bu barədə tutarlı faktlar göndərən mənbə onu da qeyd edir ki, icra başçısı V.İsayev ölkə başçısı İlham Əliyevə göndərilən məktub və teleqramları özü şəxsən oxuyur və göndərilib-göndərilməməsi barədə qərar verir. Görünür özünü Bərdənin xanı hesab edən Vidadi İsayev öz barəsində ölkə rəhbərliyinə neqativ məlumatların çatmasını istəmir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?