GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Azərsu” koronavirusla əlbir olub vətəndaşlara zülm edir

“Azərsu” koronavirusla əlbir olub vətəndaşlara zülm edir

Tarix: 22-06-2020, 13:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 595
“Azərsu” koronavirusla əlbir olub vətəndaşlara zülm edir


Sanitar-gigiyena qayadalarına əməl edilməyin vacib olduğu indiki durumda qurum əhalinin suyunu kəsməklə təxribatla məşğul olur

GundemXeber.Az aztoday.az-a istinadla bildirir ki, bu günlərdə ölkənin media orqanlarında və sosial şəbəkələrdə koronavirusdan daha çox, Abşeron rayonu ərazisindəki bəzi qəsəbə və kəndlərində, habelə Bakının bəzi rayonlarında yerləşən şəhərətrafı yaşayaş məntəqələrində su problemi daha aktual mövzuya çevrilib. Həmçinin havalar istiləşməyə başlayandan paytaxtın bəzi ərazilərində suyun kəsilməsi, təzyiqin azalması baş verir. Bu problemlə yanaşı, bəzi yaşayış yerlərində illərdir inşa edilmiş həyət evlərində içməli su və kanalizasiya sisteminin olmaması problemi də özünü qabarıq göstərir.

Qorxmaz Hüseynov niyə problemin həlli ilə bağlı bir söz söyləmir?

Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün ölkədə koronavirusa qarşı mübarizə məqsədilə ciddi tədbirlərin həyata keçirildiyi bir zamanda paytaxtda məskunlaşan vətəndaşlar nəinki adi sanitar-gigiyenik normalara əməl etmək, hətta içmək üçün belə su tapmırlarsa, bunun adı “təxribatdır”. Çünki pandemiyanın yaratdığı indiki durumda insanlardan fərdi təmizliyə, gigiyenik normalara daha ciddi əməl etmək, əllləri tez-tez sabunla yumaq, geyimləri və gündəlik istifadə edilən əşyaları təmiz saxlamaq tələb olunur. Lakin mətbuatdan və efirdən az qala ən ucqar kəndi belə içməli su ilə tam təmin etdiyini elan edən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbərlərinin koronavirus bəlasından əziyyət çəkən ölkə və paytaxt sakinlərini susuzluğa düçar etməsi və bunun müqabilində susmaları acınacaqlı haldır.

Belə ki, artıq günlərdir müxtəlif saytlarda və agentliklərdə yer alan materiallarda vurğulanır ki, Bakıətrafı kənd və qəsəbələrdə suvarma və içməli su problemi yaşanır. Bakı və Abşeronun qəsəbə və bağlarında, o cümlədən Novxanı qəsəbəsi, Ləhiş bağları və Nardaran qəsəbəsində bağ massivlərində yaşayan sakinlərin şikayəti qəribçiliyə salınır. Belə ki, mediada yer alan konkret məlumata görə, Novxanı qəsəbəsinin Gəray Əsədov, Məhəmmədhüseyn Şəhriyar küçələrində su problemi o səviyyədədir ki, vətəndaşara digər bütün problemləri unutdurub. Adıçəkilən küçələrə bəzən günlərlə su verilməməsi nəticəsində insanlar suya olan minimal tələbatlarını belə ödəyə bilmir. Sakinlərin dediyinə görə, bağ massivlərində yaşayan bir çox vətəndaş suyu pulla alır. Üstəlik, 7 tonu 25 manata satılan içməli su xlorlu olduğu üçün ondan suvarma məqsədilə istifadə etmək olmur.

Ötən həftə Abşeronda su sarıdan korluq çəkənlərə Suraxanı rayonunun Bahar qəsəbəsinin, habelə Binəqədi və Qaradağ rayonlarının bəzi qəsəbələrinin sakinləri, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən hündürmərtəbəli binalarda yaşayan və suyun təzyiqinin az olmasına görə problemə üzləşən sakinlər də əlavə olunub. Bununla belə, Xətai rayonunun bəzi yerlərində, xüsusən də Naximov küçəsi və Zığ ərazisində içməli su ilə bağlı müəyyən problemlər yaranıb.




Bakının rayonlarında insanların su problemi ilə bağlı şikayətlərini yer aldığı materiallarla tanış olduqda dəhşətli mənzərə göz önündə canlanır. Belə ki, havaların isti keçdiyi indiki vaxtda susuz qalan sakinlər mövcud vəziyyətin həqiqətən də dözülməz olduğunu dilə gətirirlər. Xəstə və uşaqlı ailələrdə vəziyyət daha ağırdır.

Bununla bağlı sakinlər dəfələrlə öz şikayətlərini “Azərsu” ASC-nin qaynar xəttinə bildiriblər. Bu qədər şikayətə baxmayaraq əlaqədar orqanlar heç bir tədbir görümürlər. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov başda olmaqla bu qurumdan bir nəfər vəzifəli şəxs çıxıb problemin həlli ilə bağlı bir söz belə söyləmir.

Paytaxtdakı su problemində də sakinlər günahlandırılır


Desək ki, qeyd edilən problemlərlə bağlı suallara “Azərsu” ASC-dən cavab verən taplmır, yanlış olar. Çünki adıçəkilən qurumun vətəndaşlara su vermək əvəzinə yalnız ümid verməklə, faktları təkzib etməklə məşğul olan mətbut katibi var. Ona görə ki, ən azından “Azərsu” ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı həmişə jurnalistlər üçün əlçatan olur. Onu da deyək ki, əslində həmkarmız Anardan başqa, “Azərsu” ASC-nin heç bir rəsmisindən məlumat almaq mümkün olmur. Onun budəfəki açıqlamaları da, həmişə olduğu kimi, faktları inkar etmək və perspektiv planlardan danışmaq xakarteri daşıyıb. Sonuncu şikayətlərlə bağlı açıqlamasında A.Cəbrayıllı bildirib ki, həqiqətən də Ləhiş bağlarının, Nardaran qəsəbəsinin və Albalılıq qəsəbəsinin bir hissəsində su şəbəkəsi yoxdur. Ancaq digər qəsəbələrin ərazisində su var: “Mərdəkan, Şüvəlan, Kürdəxanı, Pirşağı, Görədil, Novxanı və s. ərazilərə normal su verilir. Şəbəkə olmayan ərazilər üçün də planlarımız var. Gələcəkdə planlaşdırırıq ki, Ceyranbatandan Zirə istiqamətində 21 magistral su kəməri çəkək. Hazırda iki magistral su kəməri var. Biri 70-ci illərin sonunda, digəri isə 2013-cü ildə istifadəyə verilib”.

A.Cəbrayıllı həmişə olduğu kimi, faktlar ortada ola-ola mediaya son açıqlamalarnda bildirib ki, su ilə bağlı ciddi sıxıntılar yoxdur. Mövcud problemlərin aradan qaldırıldığını, suyun fasilələrlə verilməsinə gəlincə isə, yayda insanlar bağlara köçdüyündən daha çox sudan istifadə etməsi ilə tələbatın artmasından qaynaqlandığını, qışla müqayisədə daha çox fasilə və ya təzyiqin azalmasını söyləyir.

“Azərsu” rəsmisi onu da bildirib ki, Bakıətrafı qəsəbələrin normal su təchizatı üçün 3-cü su kəmərinin tikilməsinə ehtiyac var. Bu kəmərin tikilməsi, eyni zamanda paralel olaraq şəbəkələrin genişlənməsi hesabına gələcəkdə bağ massivlərində, Bakıətrafı kənd və qəsəbələrdə mərkəzləşdirilmiş qaydada su almayan əhali içməli su ilə təmin ediləcək. Bu vədləri Bakı əhalisi bəlkə də 10 ildir eşidir, amma hələ də bu yöndə irəliləyiş yoxdur. Bundan sonra da nəsə olacağına inam azdır.

Ərazilərdə suvarma sularının çatışmazlığı məsələsinə gəlincə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə daha çox aidiyyəti olan bu problemə əlaqədar orqanlar analoji olaraq suvarma sahəsində su problemi olmadığını elan etməklə cavab verirlər. Qurumun rəsmiləri su verilməməsini nasosların təmiri ilə, enerji sərfiyyatı, bağlarda abonentlərin sayının artması və s. ilə ötüşdürürlər. Üstəlik, vətəndaşları su gəlməyən yerlərdə məskunlaşmaqda, suyu qənaətlə istifadə etməməkdə, suyu boş yerə axıtmaqda da günahlandırmaqda özlərində cürət tapırlar.

“Azərsu”nun fəaliyyəti yoxlanılmalıdır

Paytaxtdakı su problemi o qədər ciddi xarakter alıb ki, artıq Milli Məclisin deputatları həyəcan təbili çalırlar. Məsələn, parlamentin üzvü Rüfət Quliyev bu günlərdə Azərbaycanda müşahidə olunan su qıtlığı ilə əlaqədar “Azərsu” ASC-ni sərt şəkildə tənqid edib. Hətta deputat ASC-nin rəhbərini Milli Məclisdə hesabat verməyə dəvət edib və eyni zamanda Hesablama Palatasının bu təşkilatda yoxlamalar aparmasının vacibliyini qeyd edib.

Bakıda suyun verilməsində olan fasilələri Kürdə suyun azalamasını əsas gətirən “Azərsu”nun bəhanələrinə cavab olaraq deputat bildirib ki, iqlim problemləri hələ bir neçə il öncədən məlum olduğu üçün tədbirlər görülməliydi. Əslində haqlı iraddır. Neçə ildir sakinlərin başını uzunmüddətli planlarla aldadan “Azərsu” illərdir ehtimal edilən və proqnozlaşdırılan problemə görə də plan hazırlamalı, ən azından təklif verməli idi.

Karantin dövründə əhalinin daha çox su işlətməsi barədə “Azərsu”nun bəhanəsini də deputat “xalqı təhqir etmək” kimi dəyərləndirib. Bu dövrdə suya tələbat bir neçə dəfə çoxalmadığı halda günahı əhalinin üstünə atan “Azərsu”nun iddiasına da R.Quliyev sualla cavab verib: əvvəllər camaat əlini yumurdu, çimmirdi?

Burada ən maraqlı məqam odur ki, uzun illərdir paytaxtın su təchziatının infrastrukturunun qurulması üçün dövlətdən kifayət qədər pul alındığı halda Bakı kəndlərində əhalinin hələ də su problemindən əziyyət çəkməsidir. Belə ki, uzun illərdir su təchuizatıın yaxşılaşdırılması üçün həm “Azərsu”, həm də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə xeyli məbləğdə pul ayrılıb. Yəni Bakı şəhərinin və Abşeron rayonunun kənd və qəsəbələrindən minlərlə şikayət gəldiyi halda hansısa bəhanələrdən danışmaq yersizdir.
Deputat haqlı olaraq son 10 ildə dövlətin bu sahəyə, o cümlədən su təchizatına ayırdığı vəsaitin haraya xərclənməsinin araşdırılması üçün “Azərsu”da yoxlamalar aparılmasının vacibliyini qeyd edib. O qeyd edib ki, suyun nəqlində də 50 faiz itkilər var, bir çox məmurlar bağlarına xüsusi yollarla su gətizdirir, su çəkdirirlər ki, onun mənbəyini də yalnız “Azərsu” ASC bilir. Onun sözlərinə görə, son 10 ildə “Azərsu” ASC-nin fəaliyyətində müsbətə doğru dönüş olmayıb. Bu qurumun fəaliyyəti yoxlanılmalıdır. Dövlət bu qədər vəsait ayırdığı halda su təchizatında ciddi problem yaranmasına görə Baş Prokurorluq və digər orqanlar “Azərsu”da araşdırmaya başlamalıdır. Ən azından uzun illərdir vətəndaşların su təchizatının yaxşılaşdırılması üçün ayrılmış milyardlarla pulun hara xərcləndiyi müəyyən edilməldir.

Ən nəhayət, ölkədə mövcud olan xüsusi karantin dövründə yaranan bu problemləri aradan qaldırmaq üçün mövcud vəziyyətin dövlət başçısının diqqətinə çatdrımağa və hazırda vəziyyətə cavabdeh olan Nazirlər kabineti yanında Operativ Qərargahın müdaxiləsini təmin etməyə ehtiyac var. Çünki “Azərsu” ASC-nin vətəndaşların problemini heç cür həll etməməsi daha yuxarı insatnasiyaların bu problemə müdaxiləsini zəruri edir. Yuxarıda qeyd olunduğu kimi, yay aylarında, hmçinin sanitar-gigiyena qayadalarına əməl edilməyin vacib olduğu koronvirusun tüğyan etdiyi indiki vaxtda “Azərsu” əhalinin suyunu kəsməklə təxribatla məşğul olur. Ona görə də koronavirusla əlbir olub insanlara zülm edənləri müəyyən edib cəzalandırmaq lazımdır.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qorxmaz Hüseynov paytaxtı susuz qoyub

    Qorxmaz Hüseynov paytaxtı susuz qoyub ...

    27-12-2012, 08:16

  • 
  • Sakinlər Qorxmaz Hüseynovu istefaya çağırdı

    Sakinlər Qorxmaz Hüseynovu istefaya çağırdı ...

    23-12-2012, 11:35

  • 
  • Qorxmaz Hüseynovun klan korrupsiyası

    Qorxmaz Hüseynovun klan korrupsiyası ...

    16-04-2015, 12:29

  • 
  • Qorxmaz Hüseynovun müdhiş maxinasiyaları

    Qorxmaz Hüseynovun müdhiş maxinasiyaları ...

    30-01-2013, 10:35

  • 
  • İçməli suyun verilişində məhdudiyyətlər olacaq

    İçməli suyun verilişində məhdudiyyətlər olacaq ...

    26-11-2013, 11:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu