GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 12 il manyaklar arasında, Rövşənin qan düşməni, “Qara çay”da dəhşətli ölüm – SƏBUHİ MƏMMƏDLİ YAZIR

12 il manyaklar arasında, Rövşənin qan düşməni, “Qara çay”da dəhşətli ölüm – SƏBUHİ MƏMMƏDLİ YAZIR

Tarix: 12-09-2020, 11:53 Bölmə :GündəmXəbər / Manşet Baxış: 797
12 il manyaklar arasında, Rövşənin qan düşməni, “Qara çay”da dəhşətli ölüm – SƏBUHİ MƏMMƏDLİ YAZIR


2013-cü il, mayın 28-i.

Rusiyanın Tümen şəhərində kriminal avtoritetlər növbəti “sxodka”ya yığışıb. Onların arasında Vova Blondin, Vasya Voskres, Yura Piçuqa, Andrey Mirıç, Albert Piterski (Əli Heydərov), Miron, Yeqor Ufimski, Oleq Sirkaç, Timur Sverdlovski, Jora Taşkentski, Qevorik Neftekamski, Roma Krasnodarski, Vadik Çeburaşka, Vova Vaqon, Vova Tyurik, Vaqif Diplomat (Vaqif Süleymanov) kimi oğrular var. “Sxodka”nı Tyurik aparsa da, bura yığışanların hamısı ürəyinin dərinliyində bilirdi ki, son söz yenə də Vova Zyatekin, yəni Vladimir Zyatkovundu.


Zyatek hamını sona kimi dinləyir. Elə hamının da gözləmədiyi halda qərarını verir:

Qərbi Sibirin ən varlı şəhərlərindən olan Nyaqan 33 yaşlı Andrey Tkaçenkoya (Tkaç), regionun ən böyük şəhərlərindən olan Nijnevartovsk isə Radjikə, Rac Mehrəliyevə tapşırılır.


***


2020-ci il, 9 sentyabr. Rusiyanın Xantı-Mansiysk şəhərini yarı bölən Çyornaya çayında bir kater sahilə qayıdarkən qayıqla toqquşur. Nəticədə 4 nəfər ölür, 4 nəfər isə yaralanır. Hadisədən 30 dəqiqə keçməmiş şəhərin meri özünü ora çatdırır. Və bu, səbəbsiz deyildi. Çünki qəzada həlak olanlardan biri Vladimir Zyatkov idi. Kriminal aləmdə hamının “Sibirin sahibi” adlandırdığı Vova Zyatek.


Bəs kim idi bu Vladimr Zyatkov? Haralardan keçib gəlmişdi?


Rusiyada kriminal aləmdə belə bir deyim var. Əgər sən “Vladimirski sentral”, “Qara delfin”, “Ağ qu quşu”, Tobolsk, Zlatousta, Balaşov, Novoçerkassk türmələrində olmusansa və sınmamısansa, daha sənə zaval yoxdu. Amma bunlar nədi ki... Zyatkov Rusiyanın gedər-gəlməz həbsxanalarından olan “Qütb bayquşu”nda cəza çəkmişdi! Şimal qütbündə yerləşən Xarp adlı qəsəbədə. Bir qədər aydın olsun deyə bir məqamı diqqətinizə çatdıraq. Xarp qəsəbəsi Sibirin dərinliyində yerləşən Xantı-Mansiyksdən də şimalda, bu şəhərdən 988 km aralıda yerləşir.


Həbsxananın özü isə bir başqa yazının mövzusudur. Bu həbsxana ilə bağlı bir neçə maraqlı faktı nəzərinizə çatdırıb, keçək qəhrəmanımıza.


Həbsxananın yerləşdiyi Xarpda ilin 10 ayı qar olur. Burdan qaçıb sağ qalmaq mümkün deyil. Çünki ən yaxın yaşayış məntəqəsi yüzlərlə kilometr aralıda yerləşir. Ətraf isə ucu-bucağı görünməyən meşələrdir. Qaçsan belə, ya aclıqdan, ya soyuqdan öləcəksən, ya da vəhşi ayıların qurbanı olacaqsan.


Bu həbsxanada kameralar tək və ya iki nəfərlikdi. Gündə bir saat gəzintiyə icazə verilir. Həmin vaxt pıçıltıyla danışmaq belə karsla nəticələnə bilər.


Oyanış səhər 6-da, “yat” komandası isə saat onda verilir. Televizora isə həftədə bir dəfə, o da vur-tut bircə saat müharibə filmlərinə baxmağa icazə var.


“Qütb bayquşu”nda manyaklar, silsilə qətllər törədənlər cəza çəkir. “Bitsev manyakı”, 49 nəfərin qatili Aleksandr Piçuşkin, Beslan faciəsində məktəbli uşaqları şəxsən güllələyən Nurpaşa Kulayev, “Şeytan” ləqəbli İvan Pançenko, 14 nəfərin qatili Abdufattoh Zamanov kimi qatil və manyaklar bu həbsxanadadırlar.


Zyatkov isə bura 1977-ci ildə gəlmişdi. O, bir nəfəri xüsusi qəddarlıqla qətlə yetirməkdə ittiham olunurdu. Bundan əvvəl isə Vladimir artıq bir dəfə həbsxana həyatı yaşamışdı. Xuliqanlığa görə iki il cəza almışdı.

Xarpın soyuq iqlimində həbsxana həyatı çətinlik yaratmamışdı Zyatkova. Həm fiziki cəhətdən cüssəliydi, həm də özü sibirli balasıydı; İşim şəhərindən.


“Qütb bayquşu”ndan bir də 12 ildən sonra 1989-cu ildə çıxır Zyatek. Doğma İşim şəhərinə qayıdır. Və məlum olur ki, onun qoyub getdiyi sakit fəhlə şəhərindən əsər-əlamət yoxdur.

Dostlarıyla, qohumlarıyla görüşlərdə ilk eşitdiyi söz reket, bac-xərac olur. 12 il keçmişdi, zaman dəyişmişdi. Bu sözlərin mahiyyətini belə anlamırdı. Hə, onun sakit fəhlə şəhəri İşimdə indi banditlər at oynadırdı. Eləcə də Surqutda, Tobolskda, Tümendə, Nijnivartovskda, Xantı-Mansiykskdə. Taleyin işinə bax ki, bir neçə il keçəcək, bu şəhərlərdən olan sahibkarlar onun özünə bac verəcəkdilər. O, qərbi Sibirin şəriksiz sahibinə çevriləcəkdi. 5 il sonra, 1992-ci ildə isə, bir vaxtlar Rusiya kriminalının nüfuz sahibləri Vladimir Çernışev (Vova Çyornı) və Yevgeni Vasin (Cem) onu taclandıracaqdılar. Az sonra isə o özü, bir-birinin ardınca avtoritetlərə qanuni oğru adını verəcəkdi.


***


Qərbi Sibir uğrunda onun ilk mübarizəsi Dato, Tamaz, Paata, Fyodor, Boqdan, Suxaç, Sapoqla oldu. Rəqiblərinin bəzilərini aradan götürdü, bəziləri müəmmalı şəkildə qəzaya düşdülər. 2001-ci ildə Boqdan (Ziyavutdin Kadiyev) isə xəstəxanada sirli şəkildə öldü. Regionun ən böyük şəhərlərindən olan Surqtun nəzarətçisi Suxaç (Aleksey Suxoçev) öldürüləndən sonra isə, artıq onun rəqibi qalmamışdı.

Deyilənə görə, əsasən Sibirə nəzarət etsə də, Uraldan Uzaq şərqə qədər onun sözü eşidilərmiş.


***


Zyatkov bir də 2009-cu il mayın 27-də Moskvada həbs edilir. O, “Skif” ləqəbli qanuni oğru Andrey Qolubevin dəfnində saxlanılır. Amma həbsi çox çəkmir, tezliklə azad olunur. Məhz həmin dəfndə o, Ded Xasanla (Aslan Usoyan) tanış olmuş, sonrada onun klanının sədaqətli üzvlərindən birinə çevrilmişdi. Ded Xasanla o qədər yaxın idi ki, kürd klanının Moskvanın mərkəzindəki “Karetnıy dvor” restoranında onun iştirakıyla keçirilən taclandırmalara dəvət alardı. Bu restoranda onun iştirkıyla Gilani Sedoy (Aliev), Kuşner Qomelski (Kuşnerov), Sirkaç (Piroqov), Şamil Smolyanski (Maqomedov), Armen Xoxol (Xaçatryan) taclandırılmışdı. Bir məqamı da qeyd edək ki, Usoyan qətlə yetiriləndən sonra bütün kürd klanı kim Rövşən Lənkəranskini özünün qan düşməni elan etmişdi.


***


“Su səhəngi su da sınar” deyirlər. Düzdür, Zyatkov kriminal müharibələrin qurbanı olmadı. Amma ömrü məhz suda, özü Çyornıy adlı çayda başa çatdı. Bu yazı hazırlananda məlum oldu ki, Rusiyanın xəbər saytları yazdı ki, həlak olduğu və qayığa çırpdığı kateri də o özü idarə edirmiş...

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Ded Xasan" tərəfdarları Rövşən Lənkəranskiyə qarşı birləşdi-  “SXODKA”

    "Ded Xasan" tərəfdarları Rövşən ...

    27-08-2014, 15:33

  • 
  • “Kriminal generallar” son 15 ilin ən böyük toplantısını keçirəcəklər – “Şakro”

    “Kriminal generallar” son 15 ilin ən böyük ...

    20-11-2014, 01:23

  • 
  • “Qanuni oğru“ “sxodka”ya inkasator maşınında gəldi

    “Qanuni oğru“ “sxodka”ya inkasator maşınında gəldi ...

    29-01-2014, 12:19

  • 
  • “Ded Hasan“ının dəstəsi zərbə hazırlayır

    “Ded Hasan“ının dəstəsi zərbə hazırlayır ...

    17-02-2013, 11:29

  • 
  • Ded Xasanın adamlarının Dubay “sxodka”sı

    Ded Xasanın adamlarının Dubay “sxodka”sı ...

    13-02-2013, 10:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu