GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Naftalan İcra Hakimiyyətindən Qarabağ qazisinə "ticarət" təklifi - İLGİNC FAKTLAR - VİDEO/FOTO

Naftalan İcra Hakimiyyətindən Qarabağ qazisinə "ticarət" təklifi - İLGİNC FAKTLAR - VİDEO/FOTO

Tarix: 19-03-2021, 23:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 622
Naftalan İcra Hakimiyyətindən Qarabağ qazisinə "ticarət" təklifi - İLGİNC FAKTLAR - VİDEO/FOTO


Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır.

Çünki, Prezidentin etimadından sui-istifadə edən bəzi İcra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayaraq, mal-mülk və sərvət toplamaqla yanaşı, sadə vətəndaşları, qaziləri və aztəminatlı ailələri incitməkdən çəkinmirlər. Belə olduğu təqdirə isə ölkənin müxtəlif bölgələrində bir sıra narazılıqlar və etirazlar baş verir.

Naftalan İcra Hakimiyyətindən Qarabağ qazisinə "ticarət" təklifi - İLGİNC FAKTLAR - VİDEO/FOTO


Məhz bu baxımdandır ki, 2019-cu ildən etibarən ölkə rəhbərinin göstərişinə əsasən bir çox dövlət qurumlarında kadr islahatlarına başlanıldı. Təbii ki, uzun illər öz “taxt-taclarını” qoruyub saxlayan bir sıra icra başçıları elə vəzifə başında həbs olunaraq, dəmir barmaqlıqlar arxasına göndərildilər. İslahat dalğası bir çox yüksəkçinli məmurların yuxusunu ərşə çəkmişdir. Amma, buna baxmayaraq hələ də öz məkrli niyyətlərindən əl çəkməyən bəzi məmurlar səltənət sevdasından ayrıla bilmirlər.

Naftalan İcra Hakimiyyətindən Qarabağ qazisinə "ticarət" təklifi - İLGİNC FAKTLAR - VİDEO/FOTO


Bütün bunları nəzərə alan ölkə başçısı cənab İlham Əliyev son bir neçə ildir ki, gənc kadrların idarəçilik sistemində çalışmaları üçün onlara xüsusi etimad göstərir. Əfsuslar olsun ki, bəzi gənc icra başçıları göstərilən böyük etimadı doğrultmurlar. Onlardan biri də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Vahid oğlu Novruzovdur. Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 04 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Görünür yüksək vəzifəyə yeni təyinat almış gənc İcra başçısı zamanı özünə fürsət hesab edərək, rayonda qazi, veteran və şəhid ailələrinin problemlərini deyil, öz şəxsi çıxarlarını düşünür.

Naftalan İcra Hakimiyyətindən Qarabağ qazisinə "ticarət" təklifi - İLGİNC FAKTLAR - VİDEO/FOTO


Bir neçə gün öncə DogruXeber.az informasiya agentliyinin redaksiyasına Naftalan şəhər Qasımbəyli kəndində yaşayan çavuş Tağıyev İlkin Həmid oğlu tərəfindən müraciət daxil olmuşdur. İ.Tağıyev 2015-ci ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmətə başlamış, 2016-cı ildə aprel döyüşlərində, həmçinin 2020-ci ilin sentyabr ayında başlanan ikinci Qarabağ savaşında da fəal iştirak etmişdir. Talışkənd və Suqovuşan istiqamətlərində gedən qızğın döyüşlər zamanı İkin Tağıyev ağır yaralanır. Düşmən tərəfindən atılan artilleriya mərmisindən yayılan qəlpələr İlkin Tağıyevin daban nahiyyəsini yarmış, çanaq büzdüm sümüyünü qırmış və bədəninin müxtəlif nahiyyələrinə ağır xəsarətlər yetirmişdir. İ.Tağıyev yaralandığı gün Ağdam Sarıcalı hospitalının Naftalan şəhərindəki bölməsində əməliyyat olunmuş, yaraların ağır olduğundan qanaxmanın qarşısını almaq mümkün olmadığı üçün Bakı Şəhərinə - Tibb Universitetinin Cərrahiyyə şöbəsinə götürülüb, burada həyatı təhlükəsini atlatmış, mualicəsini ambulator davam etdirmək üçün evə buraxılmışdır.

Naftalan İcra Hakimiyyətindən Qarabağ qazisinə "ticarət" təklifi - İLGİNC FAKTLAR - VİDEO/FOTO


Yaralı İ.Tağıyevin daha ağır günləri isə məhz bundan sonra başlayır. Rayon İcra başçısından gileylənən hərbiçi bildirir ki, yataq xəstəsi olduğu müddətdə cəmi bircə dəfə ziyarətinə gələn İcra başçısından dərman preparatlarını almaqda köməklik etməsini xahiş edib. O isə "yağlı" vəd verərək, lazımi köməkliklər göstəriləcəyini bildirib.

Atalar demişkən: “Sən saydığını say, gör başçı nə sayır.” İcra başçısının bu ziyarətindən qısa zaman sonra İlkinə dərman preparatları lazım olur. Bunun üçün RİH-də qazi və şəhid ailələrinin problemləri ilə məşqul olan Habil müəllimə zəng vurub ona köməklik etməsini xahiş edir. Habil müəllim isə bildirir ki, “hazırda həmin dərmanlar yoxdur. Sifariş vermişik, haçan gələrsə, o zaman sizə köməklik edərik.” İstəyi boşa çıxan İlkin ertəsi gün RİH-nə gedir və başçının qəbuluna düşmək istəyir. Təəssüflər olsun ki, başçı İlkini qəbul etmir. Ayaq üstə zorla dayanan İlkin növbəti dəfə qəbul otağındakı məsul şəxsdən tələb edib ki, “başçıya deyin gələn şəxs qazidir və ayaq üstə dura bilmir.” Qazinin bütün cəhdlərinə baxmayaraq başçı onu qəbul etməyib. Bir qədər keçdikdən sonra başçının müavini Arzu müəllim İlkini qəbul edərək, müraciətini dinləyib. İlkinin sözlərinə görə müavinin qəbulunda olsa da heç bir problemi öz həllini tapmayıb. Ümidləri qırılan qazi sonradan tələb edib ki, heç olmasa ona bir əsa versinlər, çətinliklə də olsa yeriyə bilsin. Nəhayət, qazinin israrlı tələbindən sonra ona bir əsa veriblər.
Onu da qeyd edək ki, öz evi olmadığı üçün 12 (on iki) nəfərlik ailə üzvləri ilə birlikdə yaşamağa məcbur olan İlkinin İcra hakimiyyətindən tələbləri o qədər də böyük deyildir.

Vətən üçün canından, qanından keçən cəsur, qəhrəman və igid oğullarımıza İH-i tərəfindən edilən bu cür hörmətsizlik yolverilməzdir. Ölkə Prezidenti cənab İlham Əliyevin qazilər, şəhid ailələri, veteranlar, əlillər üçün verdiyi göstəriş və tapşırıqlar görünür gənc İcra başçısı Vüqar Novruzova maraqlı deyil. Əgər Prezidentin göstərişlərinə ciddi yanaşsaydı, vətən uğrunda bədəninin 65% sağlamlığını itirən qazini saatlarla qapıda gözlətməzdi.



P.S. Redaksiyamıza daxil olan müraciətlə bağlı Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Şamxal Hümbətovla telefon əlaqəsi saxlayıb, qazinin müraciətinə münasibət bildirmələrini istədik. Sektor müdiri isə bildirdi ki, digər şöbələrlə əlaqə saxlayıb məsələ barəsində ətraflı məlumat verəcək. Təəssüflər olsun ki, RİH-dən məsələyə münasibət bildirilmədi.
P.S.S. Maraqlı məqam budur ki, qeyri iş saatında Naftalan şəhərini Milli Məclisdə təmsil edən Millət vəkili Anar Məmmədovun köməkçisi Günel xanım bizimlə əlaqə saxlayıb, qazinin gileyinin əsassız olduğunu, əslində onun bütün tələblərinin yerinə yetirildiyini bildirdi. Xanımın sözlərinə görə İlkin Tağıyevə kifayət qədər yardım olunub.

Bəli. Məşhur el misalında da deyildiyi kimi: “Heç kim öz ayranına turş deməz.” Təbii ki, Günel xanımın bu zəngi məqsədli idi. O, çalışırdı ki, İlkin Tağıyevin müraciəti redaksiyamızda işıqlanmasın. Hesab edirik ki, Günel xanımın bu cür mövqeyi İcra Hakimiyyətinin maraqlanlarına köklənmişdir. Bizə olunan bu təkliflərinin nəticəsiz oluğunu görüncə taktiki plan dəyişdirməyə qərar verdilər. Növbəti hamlələri isə qazi İ.Tağıyevə xüsusi şərtlər əsasında öz mövqeyini dəyişmək təklifi oldu.

Təklif bundan ibarət idi ki: “Biz sənin istəklərinin hər birini yerinə yetiririk. Əvəzində isə sən növbəti videorolik hazırlayacaqsan və orada deyəcəksən ki: “mətbuatda yayımlanan videonu çəkərkən əsəbi idim, özümdə deyildim. Əslində heç bir şikayətim yoxdur, İcra hakimiyyəti tərəfindən mənə lazımi köməklikər götərilir.” Sonra bu videoroliki ya bizə verirsən, ya da özün sosial şəbəkələrdə payalaşacaqsan.”

Təbii ki, İ.Tağıyev İcra Orqanının səlahiyyətli şəxsləri tərəfindən olunan bu təklifi rədd edərək, sonuna qədər haqlı mövqeyini dəyişməyəcəyini bildirib.
Belə olan halda, onlar qazinin mövqeyində nə qədər qətiyyətli, eyni zamanda məsələnin redakiyamızın diqqət mərkəzində olduğunu düşünərək, öz şərtlərindən vaz keçib, İ.Tağıyevin tələblərini qismən də olsa qeyri-şərtsiz təmin ediblər.
Məsələ diqqətimizdədir./DogruXeber.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəmkir, Neftçala və Xətainin icra başçıları vəzifədən uzaqlaşdırılır?

    Şəmkir, Neftçala və Xətainin icra başçıları ...

    8-10-2014, 14:01

  • 
  • Hansı icra başçıları və nazirlər vəzifədən gedəcək? – Rəy

    Hansı icra başçıları və nazirlər vəzifədən ...

    10-10-2014, 09:46

  • 
  • İcra başçılarının “ələnmə dövrü”

    İcra başçılarının “ələnmə dövrü” ...

    15-12-2012, 14:26

  • 
  • Hansı rayon başçıları ilə bağlı qərar verildi

    Hansı rayon başçıları ilə bağlı qərar verildi ...

    18-11-2013, 15:26

  • 
  • Mehdiyevə qarşı hakimiyyətiçi müxalifət

    Mehdiyevə qarşı hakimiyyətiçi müxalifət ...

    9-05-2013, 16:17


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu