GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mingəçevir məhkəməsində ŞOK ÖZBAŞINALIQ - GİLEY

Mingəçevir məhkəməsində ŞOK ÖZBAŞINALIQ - GİLEY

Tarix: 8-04-2021, 10:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 313
Mingəçevir məhkəməsində ŞOK ÖZBAŞINALIQ - GİLEY


Mingəçevir şəhərində yaşayan 1967-ci il təvəllüdlü Şuşa rayonunun Zarıslı kənd sakini Əhmədova Ceyran Xumuş qızı Heydər Əliyev Fondunun adından istifadə etməklə xeyli sayda vətəndaşı aldadaraq onların külli miqdarda pulunu (iddialara görə 200 min manata yaxın) mənimsəyib. Ancaq adıçəkilən şəxs vətəndaşlara vurduğu maddi ziyanı ödəmir və azadlıqda gəzir. Hüquq mühafizə orqanları isə sanki görməzdən gəlir. Müvafiq qurumlara edilən yuzlərlə şikayət isə nəticəsizdir.

Bu fikirləri “Kanal32” redaksiyasına müraciət edən Mingəçevir sakini, təqaüdçü Alxasova Bəsti Məhəmməd qızı, Musayev Hafiz Kamil oğlu və Ağdam rayon sakini, Qarabağ müharibəsi veteranı Şirinov Mais Ayazxan oğlu deyib. Əlləri yuxarı oraqnlardan üzülən şikayətçilərin sözlərinə əsasən qeyd edək ki, Əhmədova Ceyran Xumuş qızı 2015-2017-ci illər aralığında müxtəlif vaxtlarda Alxasova Bəsti Məhəmməd qızından ümumilikdə 76 min 430 manat, Qarabağ müharibəsi veteranı Şirinov Mais Ayazxan oğlundan ümumilikdə 6250 manat(15700), İsrafilova Aynurə Ramiz qızından 1550 manat, Musayev Hafiz Kamil oğlundan isə 3 min 570 manat pulu aldadaraq alıb. Guya onlara Heydər Əliyev Fondunun vasitəsi ilə böyük məbləğlərdə pul yardımları, ünvanlı sosial ayarımlar, məşğullqudan iş və təqaüd təşkil edəcək. Şikayətçilər onu da iddia edirlər ki, Əhmədova Ceyran tək deyil, onun əlaqədə olduğu mütəşəkkil dəstə var. Hətta, o, Ləman və Ayna qızlarını da öz əməllərinin iştirakçısına çevirib.

Redaksiyamıza təqdim olunan bu video və səs yazıları movcud vəziyyəti açıq şəkildə ifadə edir. Ancaq audio və video müəllifi onun ictimaiyyətdə yayılmasına razı olmadığından biz redaksiya olaraq həmin səs yazılarını yalnız hüquq mühafizə orqanlarınıa təqdim edəcəyik.

Məlumat üçün bildirək ki, Əhmədova Ceyran Xumuş qızına törətdiyi əmələ görə Alxasova Bəsti Məhəmməd qızının şikayəti əsasında Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi açılmış, ancaq cinayət işinin ibtidai istintaqı 10 oktyabr 2018-ci il tarixdə təqsirləndirilən şəxsin “xəstəliyi” ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nın 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. 05 noyabr 2018-ci il tarixdə isə qeyd olunan qərar Mingəçevir Şəhər Prokurorluğu tərəfindən ləğv edilərək istintaq təzələnmişdir. 03 dekabr 2018-ci il tarixdə Əhmədova Ceyran Xumuş qızına Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuş, ancaq həbs edilməmişdir. Təqsirləndirilən şəxs qismində “Polis nəzarəti altına vermə” qəti imkan tədbiri seçilmişdir. İstintaq hərəkətləri başa çatdıqdan sonra ittiham aktı tərtib olunmuş, porosesual rəhbərliyi həyata keçirən Mingəçevir Şəhər Prokurorluğu tərəfindən təsdiq edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmiş, əsl tragikomediya da elə bundan sonra başlanmışdır.

Məhkəmələrdə ədalətsizliyə məruz qaldığını deyən şikayətçi Alxasova Bəsti Məhəmməd qızı bildirir ki, Mingəçevir Məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi ilə mənə qarşı dəzləduzluq edərək mənim küllü miqdarda pulumu ələ keçirmiş və AR.CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə məsuliyyətə cəlb olunan Əhmədova Ceyran Xumuş qızının cinayət işinə baxılmışdır. Ancaq acınacaqlı hal ondan ibarətdir ki, həm ibtidai istintaq dövründə, həm də məhkəmə prosesində ədalətisz qərarlar qəbul olunub.Və həm dolayısı ilə, həm də birbaşa cinayət əməli törətmiş cavabdehə qarşı olduqca “sayğılı”davranıblar, az qala ciddi cəhdlə onu müdafiə ediblər. Adı zaman-zaman qalmaqallarda hallanan Mingəçevir Məhkəməsinin sabiq hakimi Hüseyn Mirzəliyevin 11 aprel 2019-cu ildə çıxardığı qərar bunu bir daha təsdiq edir. Belə ki, əslində mənə qarşı 76 min 430 manat, kürəkənimə qarşı isə 3 min 570 manat dələduzluq edərək mənimsədiyi pulun müqabilində Əhmədova Ceyran Xumuş qızı 1 il 11 ay 26 gün müddətində azadlığı məhdudlaşdırma cəzası alıb.Və mənə dəymiş ziyanın sonradan ödənilməsi ilə bağlı göstəriş qərarda öz əksini tapmayıb.

Qeyd edək ki, Alxasova Bəsti Məhəmməd qızı Əhmədova Ceyran Xumuş qızına qarşı Mingəçevir Şəhər Məhkəməsində daha bir iddia tələbi irəli sürüb və 76 min 430 manat pulun ödənilməsini, cavabdehin mənimsədiyi 18 adda 95 qram qızıl-zinət əşyalarının qaytarılmasını, vurduğu mənəvi ziyana görə isə 50 min manat məbləğində pulun ödənilməsini tələb edib. Həmin iddia tələbi isə 01 sentyabr 2020-ci il tarixdə hakim Məhburə Kərimovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində qismən təmin olunub. Məhkəmə qət edib ki, cavabdeh Əhmədova Ceyran Xumuş qızından 11 min 663 manat pul alınıb iddiaçı Alxasova Bəsti Məhəmməd qızına verilsin. 18 adda qızıl-zinət əşyaları və mənəvi zərərin əvəzi olaraq 50 min tələbinə dair iddia isə təmin olunmasın.

Mingəçevir Şəhər Məhkəməsinin qərarından narazı qalan iddiaçı Alxasova Bəsti Məhəmməd qızı müvafiq qaydada Şəki Apellasiya Məhkəməsinə şikayət edib. Sözügedən məhkəmə isə iddiaçının təqdim etdiyi dəil-sübutları rədd edib və ona çıxış etməyə icazə vermədən apellasiya şikayətini təmin etməyərək Mingəçevir Şəhər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsini qüvvədə saxlayıb.

Alxasova Bəsti Məhəmməd qızı onu da bildirib ki, indiyə kimi ölkənin bütün müvafiq orqanlarına yuzlərlə şikayət məktubu ünvanlayıb. Ancaq səsini eşidən yoxdur. Hamı üstündən atır.Və sual edir: “O zaman Mingəçevir Məhkəməsində mənə qarşı edilmiş ədalətsizliyin ortaya çıxarılmasına və ələ keçirilmiş pullarımın geri qaytarılmasına kimlər kömək etməlidir?” O, Əhmədova Ceyran tərəfindən başına gətirilən hadisələrinin bir hissəsini danışmaqla bərabər, son ümid yeri kimi ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciət ünvanlayıb.

Həmin müraciəti təqdim edirik:



Onu da qeyd edək ki, haqqında iddialara səsləndirilən cavabdehin qızı Əhmədova Ayna “Kanal32”yə açıqlamasında şikayətçilərin, xüsusən də Alxasova Bəsti Məhəmməd qızının tələblərinin böyük əksəriyyətinin həqiqəti əks etdirmədiyini deyib. Onun sözlərinə görə, anası Əhmədova Ceyran həmin pulları borc qismində alıb, sonradan isə maddi vəziyyətləri pisləşdiyindən qaytara bilməyiblər. Şirinov Mais Ayazxan oğlundan aldıqları 6250 manatın 3100 manatı qaytarılıb, yerdə qalan hissəsi isə yaxın vaxtlarda qaytarılacaq. Hazırda rəsmi şikayəti Mingəçevir Şəhər Polis Şöbəsində olan digər şikayətçi (1500 manatı alınıb) İsrafilova Aynurə Ramiz qızını isə tanımıram. Polis, prokurorluq və məhkəmə orqanları məsələnin bütün detallarını araşdırıb, araşdırır və hüquqi qiymətini verib, bundan sonra da verəcəkdir.
…digər hallar üzrə araşdırmalar gedir.Davamı olacaq…/“Kanal32”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mingəçevir Təhsil Şöbəsi müəllimlərin pulunu mənimsəyib – ŞOK

    Mingəçevir Təhsil Şöbəsi müəllimlərin pulunu ...

    13-11-2014, 22:10

  • 
  • Mingəçevir sakini bıçaqlandı

    Mingəçevir sakini bıçaqlandı ...

    13-06-2017, 15:59

  • 
  • Qazax sakini xeyli vətəndaşın maşınını və pulunu mənimsəyib aradan çıxdı - VİDEO

    Qazax sakini xeyli vətəndaşın maşınını və pulunu ...

    24-12-2018, 10:47

  • 
  • Bakıda böyük biznes fırıldağı: 542 min manat mənimsənilib

    Bakıda böyük biznes fırıldağı: 542 min manat ...

    29-12-2013, 13:37

  • 
  • Mingəçevir şəhərində şəhidəvə təhsilə edilən hörmətsizlik - VİDEO

    Mingəçevir şəhərində şəhidəvə təhsilə edilən ...

    20-04-2015, 22:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu