GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Ağstafa Aqropark”a qarşı vergi cəzası yoxsa “VOROVSKOY” YÜKLƏMƏ - Səməd Vəliyev mühüm şirkəti necə batırır?

“Ağstafa Aqropark”a qarşı vergi cəzası yoxsa “VOROVSKOY” YÜKLƏMƏ - Səməd Vəliyev mühüm şirkəti necə batırır?

Tarix: 12-04-2021, 13:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 382
“Ağstafa Aqropark”a qarşı vergi cəzası yoxsa “VOROVSKOY” YÜKLƏMƏ - Səməd Vəliyev mühüm şirkəti necə batırır?


Ölkədə xüsusilə, 2018-ci ildən etibarən, bütün sahələrdə həyata keçirilən köklü dəyişikliklər cəmiyyətdə böyük rəğbətlə qarşılanır və birmənalı şəkildə təqdir edilir. Bu sırada vacib yer tutan vergi orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi və iş prinsiplərinin xeyli modernləşməsi sahibkarlıq subyektlərinin böyük mənada rahat nəfəs almaları ilə nəticələnib. Həqiqətən də, Mikayıl Cabbarovun əvvəl vergilər, daha sonra isə iqtisadiyyat naziri postunda gerçəkləşdirdiyi fəaliyyət özəl sektorun imkanlarını genişləndirib.

Bununla belə, əvvəlki iş metodundan imtina etməyə tələsməyən, sahibkarlıq subyektlərinə hələ də özlərinin qanunsuz gəlirlərinin təmin olunması üçün vasitə kimi baxan elementlərin vergi orqanlarından tamamilə uzaqlaşdırılmaması özəl sektorun başı üzərindəki “Domokl qılıncı”nın öz təhlükəsini saxladığı anlamına gəlir. Həmin elementlərin özbaşınalığı isə ölkə başçısının sahibkarlığın inkişafına dair verdiyi tapşırıq və tövsiyələri sabotaj etməkdən ibarətdir. Bu yazının əsas motivi də vergi orqanlarında kök atmış neqativ elementlərin sahibkarların fəaliyyətinə yaratdığı süni əngəllərdən bəhs olunur.

Hər şey isə ondan başladı ki, uzun illər Almaniyada yaşamış azərbaycanlı – Rəsul Orucov gəlib Ağstafa rayonunda Avropa modeli yaratmaq, ölkənin kənd təsərrüfatında inqilab etmək, xalqın rifahını yaxşılaşdırmaq üçün ölkə rəhbərinin iqtisadi islahatlar proqramına qoşulmaq istədi. Bunun üçün əlindəki bütün sərmayəni qoyub, “Ağstafa Aqropark” kimi nəhəng bir kompleks inşa etdirdi.

Kompleksin açılışında ölkə Prezidenti İlham Əliyev də iştirak etdi və Azərbaycanda analoqu olmayan bu obyektin ölkə iqtisadiyyatına hansı töhfələr verə biləcəyi barədə əvəzsiz fikirlərini də bildirdi. Hər şeydə bundan sonra başladı. Aqroparkın inkişafı, ölkənin kənd təsərrüfatı sahəsində əldə edə biləcəyi uğurları “həzm edə” bilməyənlərin gizli planı işə düşdü.

2020-ci ilin mart ayında istifadəyə verilən kompleks heç 2-3 ay keçməmiş ölkədə pandemiya elan olunması səbəbindən işini dayandırmalı oldu. Buna baxmayaraq, Şəmkir şəhər 14 Saylı Ərazi Vergi İdarəsi şirkətdə onlayn yoxlama aparmaq qərarına gəlib və virtual yoxlamalar nəticəsində şirkətə 6 milyon ƏDV və mənfəət vergisi hesablanıb.

“Ağstafa Aqropark” MMC-nin Müşahidə Şurasının sədri Rəsul Orucov deyir ki, kəndtəsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduğu halda şirkətinin ƏDV və mənfəət vergisinə cəlb edilməsi gülüncdür. Çünki Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı torpaq vergisindən başqa bütün digər növ vergilərdən azaddır. Sahibkar hesab edir ki, bu sanksiya deyil, “yükləmə”dir. Yəni, Səməd Vəliyev mövcud qanunvericiliyə əhəmiyyət vermədən, sırf sahibkarı oğru dünyasının dili ilə desək,“yükləyib”.

Bu məqamda kiçik bir haşiyə çıxmaq istəyirik. Deməli, Şəmkir şəhər 14 Saylı Ərazi Vergi İdarəsinin rəisi Səməd Vəliyevin oğlu Əli Səməd oğlu Vəliyevin təsisçisi və direktoru olduğu “Ədiloğlu” MMC (VÖEN-6200284221) dövlətdən pandemiyaya görə (özü də Ağcabədi rayonunda qeydiyyatda olduğu halda – red.) 3 dəfə əvəzinə 6 dəfə yardım alıb və bu yardımın bir qismindən Sabirabad və Saatlı rayonlarında müvəqqəti məskunlaşmış Laçından olan məcburi köçkünlərə sovqat paylayıb.

​Yuxarıda qeyd olunan məqamlar əsasında kiçik bir jurnalist araşdırması apardıq. Araşdırma zamanı mətbuatda belə bir məlumata rast gəldik ki, Səməd Vəliyevin oğlu Əli Vəliyev təsisçisi və direktoru olduğu “Ədiloğlu” MMC (VÖEN-6200284221) Laçın rayon vergilər şöbəsində qeydiyyatda olduğu halda, 2020-ci ildə pandemiyanın vüsət aldığı sürdüyü bir vaxtda Laçın rayonundan olan 100-dən artıq məcburi köçkünə yardım paylayıb.

Bəli, bu, ilk baxışdan təqdirəlayiq addımdır. Amma gəlin məsələnin pərdəarxası məqamlarına nəzər salaq. Məlumdur ki, bütün ölkələrdə olduğu kimi, ölkəmizdə də pandemiya bir çox sahibkarlıq subyektlərinə mənfi təsir göstərib. Lakin bununla belə, dövlət sahibkarlara dəstəyini kəsmədi və onlara mümkün köməkliyi etdi. İndi gəlin, pandemiya dövründə hər ay muzdlu işçilərin maaşla təmin edilməsi üçün dövlətdən vergilər idarəsinin elektron portalı vasitəsilə yardım alan müəssisələrin siyahısına nəzər salaq.

Öncə bildirək ki, « Ədiloğlu » MMC-nin Laçında qeydiyyata alınsa da, ərazi vahidliyi kimi Ağcabədi rayonunda yerləşdiyi bildirilir. Pandemiya ilə əlaqədar Ağcabədi rayonuna cəmi 3 dəfə maliyyə yardımının göstərilməsi nəzərddə tutulsa da, Səməd Vəliyevin oğluna məxsus adıçəkilən şirkət 6 dəfə dövlətə müraciət edərək, yardım almağa nail olub.

Daha bir maraqlı məqam isə odur ki, əgər bir müəssisə öz işçilərinə əmək haqqının verilməsi üçün dövlətdən yardım alırsa, hansı məntiq və maddi imkanla Laçından olan 100-dən artıq məcburi köçkünə sovqatı paylayır? Sualın cavabı yəqin ki, İqtisadiyyat Nazirliyi və müvafiq hüquq-mühafizə orqanları üçün də maraqlı olar. Həmin dövrdə mətbuatda reklam olunan bu “yardım şousu” isə “hamam suyu ilə dost qazanmağa” bənzəyir.

Eyni dövrə dair “Ağstafa Aqropark”ın ictimai fəaliyyəti ilə bağlı da paralel bir araşdırma apardıq. Məlum oldu ki, “Ağstafa Aqropark”ın rəhbərliyi pandemiya dövründə vergi məmuru övladından fərqli olaraq, hər hansı yardım üçün dövlətə müraciət etmədən Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin əməkdaşları ilə birlikdə 2020-ci ilin aprel ayında 158 aztəminatlı ailəyə yardım edib. Yerli sakinlərin sözlərinə görə, “Ağstafa Aqropark” hər il müxtəlif bayramlar ərəfəsində aztəminatlı ailələrlə yanaşı, şəhid ailələri və qaziləri də unutmur. Müəssisə öz imkanları hesabına bu təbəqədən olan insanlara hər il bayram sovqatı göndərir.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan və regionun ərzaq təhlükəsizliyinin təminatında xüsusi əhəmiyyət daşıyan “Ağstafa Aqropark” məhz həmin müəssisədir ki, Şəmkir şəhər 14 Saylı Ərazi Vergi İdarəsinin rəisi Səməd Vəliyev orada virtual yoxlama apararaq, taxıl satışına görə 6 milyon manat ƏDV və mənfəət vergisi hesabladıb. Konkret desək, əhəmiyyəti qapalı gözlə də aydın görünən “Ağstafa Aqropark”ın fəaliyyətinin qarşısı “qərəzli qıfıllar”la alınır. O “qıfıl”ın “açar”ı isə Qanundur var.

Bu qeydlərdən sonra yaranan suallarımızın ünvanı isə müvafiq qurumlaradır:

– Bir müəssisənin muzdlu işçiləri üçün dövlətdən yardım alaraq, kütləvi informasiya vasitələrini cəlb etməklə, məcburi köçkünlərə öz adından yardım paylamasının arxasında hansı niyyət dayanıb?

– Dövlət vəsaiti hesabına özü üçün imic formalaşdırmaq Səməd Vəliyev və onun iş adamı olan oğlu Əli Vəliyevin pərdəarxası saxtakarlıq və büdcə pulunu mənimsəməsi deyilmi ?

– 07.01.1997-ci ildə Bakı şəhərində anadan olmuş Əli Səməd oğlu Vəliyevin « Ədiloğlu » MMC-ni qeydiyyatda olduğu Bakı şəhərində yox, bir vaxtlar işğal altında olan Laçın rayonunda qeydiyyatdan keçirməsində məqsəd nədir?

Jurnalist araşdırmamız nəticəsində əldə etdiyimiz bütün sənədlərin surətini təqdim edirik. Dərc olunan suallara müvafiq qurumların cavabı çox maraqlıdır./Yeni Media »araşdırmaçı jurnalist qrupu/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarov Fazil Məmmədovun qohumunu işdən çıxardı - NAZİRLİKDƏ KADR İSLAHATI

    Mikayıl Cabbarov Fazil Məmmədovun qohumunu işdən ...

    15-02-2019, 12:27

  • 
  • Nazir 20-dən çox vergi əməkdaşını işdən çıxardı - Siyahı

    Nazir 20-dən çox vergi əməkdaşını işdən çıxardı - ...

    31-01-2020, 16:27

  • 
  • Yeni vergi nazirindən TOTAL TƏMİZLƏMƏ - 64 vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilib

    Yeni vergi nazirindən TOTAL TƏMİZLƏMƏ - 64 vergi ...

    9-01-2018, 15:30

  • 
  • Ziyad Səmədzadə bankları faiz dərəcələrini azaltmağa çağırdı

    Ziyad Səmədzadə bankları faiz dərəcələrini ...

    7-02-2014, 12:09

  • 
  • Yeni nazir kollektivə təqdim olundu

    Yeni nazir kollektivə təqdim olundu ...

    7-12-2017, 11:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu