Paşinyan hakimiyyəti Ermənistanı blokadadan çıxartmaq üçün əlindən gələn hər şeyi edəcək. Hətta mümkündür ki, olduqca ciddi güzəştlərə belə, getməyə hazır olduğunu biruzə verəcək.
Gundemxeber.az yazır ki, Ermənistanın mövcudluğunu təmin edə biləcək “pəncərə”nin açılması yalnız bu halda, baş tuta bilər. Ancaq yəqin ki, bu məsələnin həlli yalnız Ermənistanın güzəştlərindən və ya daha konstruktiv mövqe tutmasından asılı deyil. Çünki regionda bir də Rusiya faktorunu nəzərə almaq lazımdır. Və Ermənistanın blokadasından imtina edərkən, Rusiyanın geopolitik maraqlarının məzmununu da müəyyən etmək vacibdir. Ona görə də, Ermənistanın blokadadan çıxarılması məsələsinin, bütün digər mübahisəli problemlərin həlli ilə bağlı danışıqlar prosesindən ayrıla biləcəyi də qətiyyən istisna deyil. Çünki blokadanın ləğvi mövzusunun əslində, Ermənistanla deyil, məhz Rusiya ilə müzakirə olunmasına daha çox ehtiyac yarana bilər. Rusiya Ermənistanı ən qısa zamanda blokadadan çıxartmaqla, öz for-postunu yenidən gücləndirməkdə maraqlıdır. Əgər, Kreml buna nail olarsa, təxminən yaxın 8-10 il ərzində Ermənistan üzərindən Cənubi Qafqazda öz hegemon mövqelərini yenidən bərpa etmək, Azərbaycana qarşı isə təsir gücünü artırmaq şansı qazana bilər. Çünki Ermənistanın yenidən gücləndiriləcəyi halda, rus sülhməramlıların nəzarəti altında olan Xankəndi və ətraf bölgənin Rusiyanın əlində Azərbaycana qarşı əsas təzyiq mexanizminə çevrilə biləcəyi istisna deyil. Hazırda Ermənistan Xankəndi və ətraf bölgənin gələcək taleyinin müəyyən edilməsi prosesindən artıq tamamilə qoparılıb. Bu məsələ birmənalı şəkildə Azərbaycan və Rusiya arasında müzakirə edilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?