Bu gün ölkəmizin bəzi ərazilərində olduğu kimi, Bakı şəhəri, Xəzər rayonunun Mərdəkan qəsəbəsində də balans pozulub desək, heç kim heç zaman təəccüblənməsin. Çünki, üz-üzə qaldığımız problemlər, həyata keçirdiyimiz ümumi müşahidələr və s. bizi belə bir qənaətə gəlməyə sövq edib. Yəni, xalqımıza məxsus adət-ənənələrin, bir çox insani keyfiyyətlərin və s. müəyyən mənada qorunub yaşadıldığı bu qəsəbədə, kimin ağlına nə gəlirsə onu da edir.
Belə ki, bu gün bu yaşayış məntəqəsində, daha dəqiq desək Mərdəkan qəsəbəsinin stansiyasında fəaliyyət göstərən və hər kəsin "Ələkbərin kafesi" adı ilə tanıdığı ictimai-iaşə obyektində "Məktəb" qəzetinin 85 yaşlı baş redaktoru Cəbrayıl Fikrət olmazın hoqqalarla üz-üzə qalır. Yəni, adı çəkilən şəxs qeyd edir ki, “Bu gün saat 10:30 radələrində "Ələkbərin kafesi" adı ilə tanınan ictimai-iaşə obyektdə əyləşib nahar etmək üçün 3 "pors" kabab sifariş etdim. Düzdür, göstərilən xidmətin səviyyəsi qaneedici olmasa da, verdiyim sifarişə görə kafedə sona qədər əyləşmək qərarına gəldim.
Elə ki, ayağa qalxıb borcumun nə qədər olduğunu soruşdum, o halda “Siz 30 manat pul ödəyəcəksiniz” cavabını verdilər. Belə bir cavabın qarşılığında 3 "pors" kabab niyə 30 manat etməlidir deyə sual versəm də, “Bizdə belədir” cavabını verdilər. Axı, hər ictimai-iaşə obyektdə 1 “pors” kababı 4 manata verirlər desəm də, kafeni işlədən şəxslər dediklərimə məhəl qoymadılar, hətta məni borclu çıxarmağa da çalışdılar.
O halda dərk etdim ki, dünyanın nizamı pozulduğu kimi, "Ələkbərin kafesi"ndə də balans pozulub. Buna da əsas səbəb, aidiyyatı dövlət qurumlarının “Ələkbərin kafesi"nə “əl gəzdirməmələridir”. Düşünürük ki, Azərbaycan Respublikasının İqtisadiyyyat Nazirliyi yanında fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları, Azər adlı şəxsin sahiblik etdiyi “Ələkbərin kafesi"ndəki belə bir soyğunçuluğa qarşı mübarizə tədbirlərini həyata keçirəcəklər. Yəqin ki, o halda bu ictimai-iaşə obyektində haqq-ədaləti bərpa etmək mümkün olacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?