GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Jurnalist 16 iyul 2021-ci il tarixdə DİN-ə çağırıldı- SƏBƏB?

Jurnalist 16 iyul 2021-ci il tarixdə DİN-ə çağırıldı- SƏBƏB?

Tarix: 15-07-2021, 11:04 Bölmə :GündəmXəbər / Manşet Baxış: 743


Hörmətli çoxsaylı oxucular! Hər kəsin diqqətinə onu çatdırmaq istəyirik ki, Nyus.Az xəbər portalı olaraq fəaliyyət göstərdiyimiz ötən illər ərzində daim xalqımızın, dövlətimizin maraqlarının müdafiə olunması yöndə fəaliyyət göstərib, məhz ictimai həyatımızda baş verən hər cür sosial-iqtisadi, siyasi yönümlü məsələ və problemlərin həllinə dəstək olmağa çalışmışıq. Çünki, bizim üçün əsas amal, baslıca istək möhtərəm Prezident İlham Əliyev tərəfindən yürüdülən dövlət siyasətini müdafiə etmək, dövlətçiliyimizin möhkəmləndirilməsinə çalışmaq olub. Bəli, bu gün də fəaliyyətimizi bu yöndə davam etdiririk. Belə bir səbəblər üzündəndir ki, indiyə kimi redaksiyamızın ünvanına və elektron poçtuna ayrı-ayrı şəhər və rayonların sakinləri tərəfindən çoxsaylı şikayət ərizələri daxil olub ki, biz həm onları ictimailəşdirmişik, həm də problemlərin aradan qaldırılmasına müəyyən qədər dəstək göstərmişik. Belə şəxslərdən biri də, Ucar rayonu, H.Əliyev prospekti, ev-136 ünvanında yaşayan Raqif Ayaz oğlu Şirinov adlı şəxs olub. Belə ki, adı çəkilən bu şəxs 31 may 2021-ci il tarixdə redaksiyamızın elektron poçtuna göndərdiyi şikayət ərizəsində və video-çəkilişdə Ucar rayon Meliorasiya İdarəsinin rəisi Həsən Qasımovun korrupsiya və çoxsaylı qanunsuzluq əməllərindən bəhs edir və buna görə də ölümlə hədələndiyini, nalayiq söyüşlərlə təhqir olunduğunu da dilə gətirir. Raqif Şirinov belə bir işlərdə Həsən Qasımovun kürəkəni, hansı ki, "Azərişıq" ASC-də yüksək vəzifə sahibi olan Zaur Qurban oğlu Səlimovun və oğlu, hansı ki, Ucar Melioservis İdarəsində mühəndis vəzifəsini daşıyan Nicat Qasımovun daha aqressiv olmalarından da bəhs edir.



Qeyd edək ki, Raqif Şirinovun redaksiyamızın elektron poçtuna göndərdiyi şikayət ərizəsini və video-çəkilişini əsas tutub, 02 iyun 2021-ci il tarixdə başlıqlı məqalə yayımladıq və hər kəsin baş verənlərdən məlumatlı olmasına da səbəb olduq. Məsələnin maraqlı tərəfi odur ki, bir neçə gündən sonra tərəflər arasında hansısa maraqlar çərçivəsində razılaşma əldə olunur. Az sonra isə, Raqif Şirinov Nyus.Az xəbər portalının redaksiyası ilə əlaqə saxlayır və göndərdiyi video-çəkilişin xəbər portalından silinməsini tələb etsə də, o, heç cür buna nail ola bilmir. Belə olan halda məsələ ilə bağlı Ucar rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Ələddin Əliyev məşğul olur və bu şəxs xəbər portalının baş redaktoruna zəng edir və ondan şikayət olunacağnı da bildirir. Bu belə olduqda Nyus.Az xəbər portalının rəhbərliyi yaşanan olayın obyektiv araşdırılması, əsl həqiqətlərin üzə çıxarılması məqsədilə bir çox dövlət qurumların rəhbər şəxslərinə, o cümlədən daxili işlər naziri cənab Vilayət Eyvazovun da ünvanına rəsmi qaydada məktubla müraciət edir. DİN-nin rəhbərliyinə ünvanlanmış məktuba 30 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin rəisi cənab Arzu Daşdəmirovun imzası ilə təsdiq olunmuş cavab məktubunda, məhz Ucar rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Ələddin Əliyevin heç bir hüquqpozma hallarına yol vermədiyi qeyd olunur.



Düşündürücü hal odur ki, Raqif Şirinovun Nyus.Az xəbər portalının redaksiyası ilə əlaqə saxlaması və göndərdiyi video-çəkilişin xəbər portalından silinməsini tələb etməsi faktı araşdırılmır, amma bu şəxsin redaksiyanın rəhbəri Arif Məmmədovdan şikayət etməsi faktı dəfələrlə onun diqqətinə çatdırılır. Belə bir halın varlığı da, məhz böyük şübhələrə yollar açır. Eyni zamanda, dünən günorta saatlarında Ucar rayon Polis Şöbəsi rəisinin müavini İlham müəllimin Nyus.Az xəbər portalının baş redaktoruna zəng etməsi, qeyd olunan video-çəkilişin xəbər portalından silinib-silinməməsini soruşması, məhz hər kəsdə belə bir fikirin formalaşmasına ehyam vurur ki, PŞ-nin əməkdaşları video-çəkilişin çıxarılmasında maraqlıdırlar. O halda sual oluna bilər ki, niyə və buna səbəb nədir?



Bütün bunlar azmış kimi, 14 iyul 2021-ci il tarixdə özünün DİN-də idarə rəisinin müavini olduğunu bildirən Eldar müəllim adlı şəxs, Nyus.Az xəbər portalının baş redaktoru Arif Qabil oğlu Məmmədova zəng edir və onun 16 iyul 2021-ci il tarixdə, səhər saat 10:00 radələrində qeyd olunan olayla bağlı DİN-nə çağırıldığını da bildirir. Amma, adı çəkilən vəzifə sahibi xəbər portalı baş redaktorunun DİN-ə çağırılması ilə bağlı ünvan üzrə çağırış vərəqəsinin göndərilməsinə o qədər də lüzum görmür. Düşünürük ki, cənab Vilayət Eyvazov yaşanan belə bir olayla bağlı müəyyən qədər məlumatlı olduğundan, bütün araşdırmalar qanunamüvafiq qaydada həyata keçiriləcək.
Mövzu diqqətimizdədir.

Gündəmxəbər.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Badamdar qəsəbə sakinlərindən icra başçısına AÇIQ MÜRACİƏT - FOTO

    Badamdar qəsəbə sakinlərindən icra başçısına AÇIQ ...

    8-11-2018, 14:18

  • 
  • Məhbus hərbiçidən ölkə rəhbərinə müraciət

    Məhbus hərbiçidən ölkə rəhbərinə müraciət ...

    1-05-2015, 11:39

  • 
  • Azərbaycanda çap mediası ölümlə üz-üzə

    Azərbaycanda çap mediası ölümlə üz-üzə ...

    7-03-2017, 19:19

  • 
  • Jurnalistlərə səslənən icraçı direktora dəstək olmağa hazırıq

    Jurnalistlərə səslənən icraçı direktora dəstək ...

    23-01-2021, 17:19

  • 
  • "Gündəm Xəbər"in çapına da “əl qoydular”

    "Gündəm Xəbər"in çapına da “əl qoydular” ...

    7-01-2018, 16:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu