GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sumqayıtda sahibkarlar Zakir Fərəcovla üz-üzə gəldilər – MƏHKƏMƏ İŞİ

Sumqayıtda sahibkarlar Zakir Fərəcovla üz-üzə gəldilər – MƏHKƏMƏ İŞİ

Tarix: 15-07-2021, 12:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 668


Sumqayıtdan olan bir qrup sahibkar şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu məhkəməyə veriblər.

Bu şikayətçilər Sumqayıtda yerləşən "Şərq Bazarı” deyilən ərazidəki 66 sahibkarlardır.
Onlar bildirirlər ki, 2017-ci ildə "Şərq Bazarı” ərazisində yerləşən 66 dükan hələ 2017-ci ildə sökülüb.
Sahibkarlar qeyd edirlər ki, sözügedən problem hələ Eldar Əzizovun icra başçısı olduğu dönəmdə baş qaldırıb və Zakir Fərəcov vəzifə başına keçəndən sonra məhkəmə qərarı olmadan həmin ticarət yerlərini sökdürüb.
Şikayətdə vurğulanır ki, həmin vaxt Sumqayıtın icra başçısı sökülən dükanların mülkiyyət sənədlərinin olduğunu etiraf edib və söküntü ilə əlaqədar sahibkarlara 18 kv.metr sahəsi olan yeni dükanlar veriləcək: "Bu dükanlar təmannasız verilməlidir. Həmin məsələ də sənəddə öz əksini tapıb. Söküntüdən sonra bizə 19 may 2017-ci il tarixli 554 saylı sərəncama əsasən, yeni obyektin tikilib veriləcəyinə dair zəmanət məktubu da verilib. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun müavini Sahib Quliyevin (dünyasını dəyişib) imzaladığı zəmanət məktubunda deyilir ki, Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir: "İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv. m ticarət sahəsinin əvəzinə Sizin mülkiyyətinizə 18 kv. m təmirsiz ticarət mərkəzi veriləcək”. Bir vaxtlar gündəmdə olan məsələ ilk baxışdan həllini tapmış kimi göründü”.

Sahibkarlar bildirirlər ki, həmin vaxtdan 4 ilə yaxın vaxt keçib, amma indiyəcən onların hüquqları təmin olunmayıb: "İcra hakimiyyətinin verdiyi vədlər vəd olaraq qalıb. Belə ki, söküntünün üstündən 4 il vaxt keçməsinə baxmayaraq, deyilən ticarət mərkəzi nəinki tikilməyib, heç onun tikintisinə başlanılmayıb da. Halbuki İcra Hakimiyyəti 66 dükanı tez bir zamanda, hətta malları belə yığmağa imkan vermədən, mülkiyyət hüquqlarlarımız pozaraq məhkəməqərarı olmadan tez-bazar qanunsuz olaraq sökdürdü. Ölkə qanunlarına görə isə mülkiyyət hüququ, bəzi hallar -dövlət ehtiyacı istisna olmaqla toxunulmazdır”.

Onlar qeyd edirlər ki, bütün məhkəmə instansiyaları sahibkarların xeyrinə qərar çıxarıb.

Onların sözlərinə görə, obyeklərin birmənalı olaraq sahibkarların mülkiyyəti kimi tanıyıb: "8 sot ərazidə yerləşən 44 mağaza sahibinin Əmlak Komitəsi tərəfindən verilən mülkiyyət çıxarışı da var. Ancaq nəticədə bütün bu qərarlar, qanunlar Zakir Fərəcov tərəfindən tanınmayaraq, obyektlərimiz yerlə-yeksan edildi”.

Şikayətçilər qeyd edirlər ki, "Şərq Bazarı”nın Rəşid Babayevə aid olan hissələrinin – yol kənarındakı meyvə-tərəvəz bazarının yığışdırılması başadüşülən idi: "Amma arada "qurunun oduna yaş da getdi”. Abadlaşma bəhanəsi ilə sənədləri tam qaydasında olan 66 sahibkarın da dükanları söküldü”.

Şikayətçilər deyirlər ki, onlar dükanlarını öz vəsaitləri hesabına tikməyə də razı olublar, amma Zakir Fərəcov tikinti işlərinin dayandırılması barədə göstəriş verib: "Bütün bunlar göstərir ki, əvvəlcədən məqsəd abadlıq yox, necə olursa olsun, dükanlarımızı bir bəhanə ilə sökmək və əlimizdən almaq idi”.

GundemXeber.Az Arqument.az-a istinadla bildirir ki, onların şikayət etmədikləri instansiya qalmayıb, lakin sumqayıtlı sahibkarlara heç bir yardım edilməyib və köməklik göstərilməyib. Elə bu səbəbdən də onlar yekunda qərara gəliblər ki, sökülən dükanlarına görə onlara dəymiş maddi ziyana görə, təzminat davası açsınlar.

Bu məqsədlə onlar Sumqayıt İnzibati Məhkəməsinə Sumqayıt İcra Hakimiyyətinə qarşı söküntünün qanunsuz hesab edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzi kimi kompensasiya tələbi ilə müraciət ediblər: "Lakin Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova haqlı iddiamızı icraata götürmədi və işə baxmaqdan imtina edildi. Yalnız Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etdikdən 3 ay sonra qərar qəbul olundu ki, məsələmizə məhkəmədə baxılsın. Ancaq Vəfa Əzizova bizə qarşı qərəzli və Zakir Fərəcovun qohumu olduğundan biz işə onun baxılmasına etiraz verdik. Bu ilin mart ayında o hakimdən imtina haqda etirazımız qəbul olundu”.
Həmin vaxtdan 4 aya yaxındır vaxt keçməsinə baxmayaraq, İnzibat Məhkəməsinin hakimi İsmayıl Quliyev onların şikayətinə baxmamaraqla yanaşı, həm də prosesi yubadır.
Şikayətçilər deyir ki, hakim Quliyev də məsələyə qərəzli şəkildə yanaşır, özünü Zakir Fərəcovun vəkili kimi aparır.
Sahibkarların hüquqularını tanınmış hüquqşünas İntiqam Əliyev müdafiə edir.
Onların sözlərinə görə, bütün bunlar onlara qarşı baş vermiş qanunsuzluqların bir hissəsidir.
Sumqayıtdan olan bir qrup sahibkarın məhkəmə qarşısında qaldırdığı məsələyə avqustun 2-də baxılacaq.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və qurumun rəsmiləri məsələyə münasibət bildirməyiblər.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Fərəcov Eldar Əzizovun iki kadrını "vurdu" - Sumqayıt İH-də ilk dəyişikliklər

    Zakir Fərəcov Eldar Əzizovun iki kadrını ...

    7-09-2015, 14:08

  • 
  • Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha yüksək vəzifə verdi

    Zakir Fərəcov keçmiş müavininə Sumqayıtda daha ...

    13-10-2015, 13:39

  • 
  • SUMQAYIT  ZAKİR FƏRƏCOVUN TƏCRÜBƏ POLİQONUDUR?

    SUMQAYIT ZAKİR FƏRƏCOVUN TƏCRÜBƏ POLİQONUDUR? ...

    20-07-2017, 15:09

  • 
  • Sumqayıtdakı “Şərq Bazarı” ətrafında oynanılan oyunların oyunçuları kimlərdir?

    Sumqayıtdakı “Şərq Bazarı” ətrafında oynanılan ...

    7-01-2018, 17:25

  • 
  • İcra başçısı komitə sədrinə qarşı...

    İcra başçısı komitə sədrinə qarşı... ...

    14-08-2013, 11:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu