GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sumqayıtdakı “Şərq Bazarı” ətrafında oynanılan oyunların oyunçuları kimlərdir?

Sumqayıtdakı “Şərq Bazarı” ətrafında oynanılan oyunların oyunçuları kimlərdir?

Tarix: 7-01-2018, 17:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 342
Sumqayıtdakı “Şərq Bazarı” ətrafında oynanılan oyunların oyunçuları kimlərdir?


Tezbazar 66 sahibkarın dükanı söküldü, bəs “Sumqayıt Mall" niyə tikilmir?

Xatırladaq ki, bu ilin may ayında Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən “Şərq Bazarı”nda 66 sahibkarın obyekti tamamilə sökülür. Sumqayıt şəhər İcra Hakimiyyətindən vəd verirlər ki, “Şərq Bazarı”nın ərazisi qısa müddət ərzində abadlaşdırılacaq və ərazidə müasir tipli ticarət mərkəzi də tikiləcək. Adı çəkilən qurumdan rəsmən etiraf edirlər ki, “Şərq Bazarı”nın ərazisində çalışan 66 sahibkarın hər birinə məxsus dükanların qanuni mülkiyyət sənədləri var. Hər bir dükan söküldükdən sonra, yeni inşa olunacaq ticarət mərkəzində sahibkarlar təmənnasız olaraq 18kvm-lik yerlə təmin olunacaqlar. Həyata keçirilən söküntü nəticəsində xeyli məbləğdə maddi ziyana düşən sahibkarlar, hal-hazırda işsiz olmaqla bərabər, çətin duruma da düşüblər. Bu gün onlar ümidlərini ərazidə tikilməsi vəd olunan ticarət mərkəzinə dikiblər ki, gələcəkdə fəaliyyətlərini orada davam etdirə biləcəklər. Amma, Sumqayıt ŞİH-dən verilən vədlər hələ ki, vəd olaraq qalmaqdadır. Çünki, söküntünün başlamasından yeddi aydan çox vaxt keçməsinə baxmayaraq, bu gün də bazarın tikintisinə belə başlanılmayıb. Halbuki, icra hakimiyyənin səlahiyətliləri yeddi ay bundan öncə 66 dükanın sahibini tezbazar bazardan çıxarıb söküntüyə başladılar. Əlbəttə ki, abadlaşan şəhərə yamaq olan, başdan-ayağa antisanitariya mənbəyi hesab olunan, müasir standartlara cavab verməyən, sanki orta əsrləri xatırladan “Şərq Bazarı”nın Rəşid Babayevə aid olan hissələrinin, yəni yol kənarındakı cırıq çadırlı, üfunətli meyvə-tərəvəz bazarının və alış-veriş aparılan hissəsinin sökülməsi, sanki bütün sumqayıtlıların ürəyincə oldu. Amma, ortada “qurunun oduna yaş da yandı”. Belə ki, abadlaşma bəhanəsi ilə sənədləri tam qaydasında olan 66 sahibkara məxsus dükanlar da söküldü. Onu da xatırladaq ki, adı çəkilən bazarın bazarkomu ilə 66 sahibkar arasında baş verən mübahisə, 2011-ci ildən söküntü aparılan vaxta kimi davam etmişdi. Bütün məhkəmə instansiyalarında sahibkarların qalib gəlməsinə baxmayaraq, sənədləri qaydasında olmayan Rəşid Babayev, həmin vaxta kimi hər vəchlə sənədləri qaydasında olan 66 sahibkara məxsus dükanları sökdürmək istəyirdi.

Sumqayıtdakı “Şərq Bazarı” ətrafında oynanılan oyunların oyunçuları kimlərdir?


Bu gün bütün ərazi yeni ticarət mərkəzinin tikilməsi üçün tam şəkildə təmizlənsə də, təkcə Rəşid Babayevə məxsus ərazi təmizlənməyib. Onu da vurğulayaq ki, Rəşid Babayev hər vəchlə söküntüyə mane olduğundan, o, bu gün də icra başçısı Zakir Fərəcova qarşı dirəniş göstərməkdə davam edir. Tikintinin ləngiməsinə bir səbəb də, Rəşid Babayevə məxsus inzibati binanın sökülməməsi bildirilir. Belə ki, keçmiş bazarkoma məxsus binanın biri demontaj olunub sökülsə də, "mehmanxana" məqsədilə istifadə olunan binanın söküntüsü isə dayanıb. Düzdür, bu şəxsin söküntünü tam dayandırmaq üçün məhkəməyə müraciət etdiyi də bildirilir. Əgər məhkəməyə müraciət etmək söküntünün dayandırılmasına səbəb olsaydı, o halda 66 sahibkarın dükanına heç cür yaxın durmaq olmazdı. Çünki, qanunun tələbinə görə dükanların söküntüsü üçün ortada məhkəmə qərarları olmalı idi. Amma, sahibkarlara məxsus dükanların söküntüsü həyata keçirilsə də, ortada hər hansı məhkəmə qərarı olmayıb. Belə bir səbəbdən də sual olunur ki, icra başçısının bu binanı sökməyə gücü çatmırdısa, o halda niyə 66 sahibkarın sənədli-sübutlu dükanlarını teztələsik sökdürdü. Əgər ərazi şəhərin ümumi gözəlliyinə xələl gətirirdisə, indi zir-zibil içində olan və sanki xarabazarlığı xatırladan ərazi yenə də xələl gətirməkdədir. Bəs onda bunun nə fərqi oldu?! Əgər yeni bazar tikilməyəcəkdisə, niyə 66 dükan söküldü və sahibkarlara xeyli məbləğdə ziyan vuruldu?!

Sumqayıtdakı “Şərq Bazarı” ətrafında oynanılan oyunların oyunçuları kimlərdir?


Deməli Əmlak Komitəsi tərəfindən 66 sahibkara verilmiş mülkiyyət sənədlərinin varlığına baxmayaraq, (ölkə qanunlarına görə mülkiyyət hüququ müəyyən hallar istisna olmaqla toxunulmazdır) onlara məxsus dükanları Sumqayıt şəhər İcra Hakimiyyəti heç bir məhkəmə qərarı olmadan, heç bir kompensasiya ödəmədən sökməyə gücü çatır, amma deyilənlərə görə içki həvəskarı olan Rəşid Babayevə gücü çatmır. Deyilənlərə görə bu şəxs binasının sökülməməsi üçün, müəyyən şəxslərin köməyi ilə hətta RF-nın prezidenti Putinə, Dağıstanın keçmiş başçısı Ramazan Abdulatipova, Rusiyadakı ləzgi cəmiyyətlərindən birinə də müraciət edir. Belə bir müraciətlərdən sonra Rəşid Babayevə məxsus binanın söküntüsü tam dayandırılır. Digər tərəfdən ona lazım olan dəstəyin Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı, Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Akif Quliyev tərəfindən verildiyi də iddia olunur. Bu şəxsin Akif Quliyevə arxalanaraq müəyyən mənada icra hakimiyyətinə qalib gəldiyi də bildirilir.

Sumqayıtdakı “Şərq Bazarı” ətrafında oynanılan oyunların oyunçuları kimlərdir?


Bir müddət bundan əvvəl internet kanalların birinə müsahibə verən Rəşid Babayev, məhz ölkə rəhbəri cənab İlham Əliyevdən imdad istəyirdi ki, icra başçısı Zakir Fərəcovun əməllərinə son qoya bilsin. 66 sahibkar da Rəşid Babayevin belə bir açıqlamasını təkzib etmişdilər. Keçmiş bazarkom ətrafında olan bir neçə şəxslə (katibəsi, baldızı, gecə gözətçisi, pulyığanı Ərəbxanla və başqaları ilə) Prezident Administrasiyasına şikayətə gedərək, sahibkarların adından sui-istifadə etdiyinə görə, sahibkarlar internet kanalı vasitəsilə onun fikirlərini təkzib edirlər. Deyilənlərdən belə başa düşmək olur ki, deyəsən vətəndaşı olduğu, yaşadığı ölkənin məhkəmlərinin qərarlarını tanımaq istəməyən Rəşid Babayev, indi də kömək məqsədilə başqa ölkəyə müraciət edir, oradakı havadarlarına ümid bəsləyir. Verilən məlumatlarda o da bildirilir ki, sökülmüş ərazidə inşa olunacaq "Sumqayıt Mall" icra başçısına yaxın sahibkarlardan biri tərəfindən tikiləcək. Araşdırmamız davam edəcək.

“Gündəm Xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Sədərək”də 400 dükan bağlandı, sahibkarlar bazarı tərk edir

    “Sədərək”də 400 dükan bağlandı, sahibkarlar ...

    17-08-2015, 22:13

  • 
  • SUMQAYIT  ZAKİR FƏRƏCOVUN TƏCRÜBƏ POLİQONUDUR?

    SUMQAYIT ZAKİR FƏRƏCOVUN TƏCRÜBƏ POLİQONUDUR? ...

    20-07-2017, 15:09

  • 
  • Sumqayıtlı sahibkarlar aksiya keçirirlər

    Sumqayıtlı sahibkarlar aksiya keçirirlər ...

    21-10-2013, 12:51

  • 
  • Kərəm Həsənov amansız savaşı uduzdu

    Kərəm Həsənov amansız savaşı uduzdu ...

    4-02-2013, 10:03

  • 
  • Fərəcovun “fərasət”i sahibkarları çökdürür- “Şərq”in giriş-çıxış yolları bağlanıb

    Fərəcovun “fərasət”i sahibkarları çökdürür- ...

    16-05-2017, 16:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu