GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əmək müqaviləsiz işçiləri çalışdıran "Binəqədi park" MMC qanunları tanımır: Tikinti "patron"u Nazim kimə arxayındır?...

Əmək müqaviləsiz işçiləri çalışdıran "Binəqədi park" MMC qanunları tanımır: Tikinti "patron"u Nazim kimə arxayındır?...

Tarix: 4-08-2021, 12:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 563
Əmək müqaviləsiz işçiləri çalışdıran "Binəqədi park" MMC qanunları tanımır: Tikinti "patron"u Nazim kimə arxayındır?...


Gundemxeber.az bildirir ki, "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına Şəki rayon sakini 57 yaşlı Abdullayev Sakit Şakir oğlu müraciət edib.

Sakit Abdullayev müraciətində bildirir ki, Binəqədi rayon "Zəngəzur" qəsəbəsində aparılan 4 mərtəbəli binanın hazırda davam edən tikintisində 6 gün fəhlə işləyib.

Lakin, artıq orada işləmir.

Səbəb isə onunla bir tikinti obyektində çalışan digər fəhlənin ustası Aydın İlə dava etməsidir.

Sakit Abdullayev redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində qeyd edir ki, usta Aydın öz fəhləsinə deyil, Sakit Abdullayevə "Dur, mənə palçıq gətir" deməsi, ona acıq gedib.

A.Sakit gətirməyəcəyini, onun öz fəhləsinə tapşırıq verməli olduğunu dedikdə, usta onun atasına söyərək, təhqir edib və boynunun arxasından zərbə endirib.

Bu barədə Sakit Abdullayev sözügedən tikintidə prorab olan Füzuli adlı şəxsə və həmin ərazi üzrə polis bölməsinə şikayət edib.

Sakit Abdullayev iddia edir ki: - "Polis tikintinin rəhbəri ilə əlbir olub, məni hadisədən bir neçə gün keçdikdən sonra ekspertizaya göndərdi. Ovaxta qədər artıq ustanın vurduğu zərbənin yeri sağalmaq üzrə olduğundan ekspertiza rəyində zərbənin yüngül olduğu qeyd edilib".

S.Abdullayev isə buna etiraz edib və dəymiş ziyanı ödəmələrini tələb edib.

Çalışdığı tikinti obyekti ona 600 (altı yüz) manat pul təklif edib. S. Abdullayev təklif olunan məbləğ ilə razılaşmayıb.

Bundan sonra, necə deyərlər, "Əli aşından da olub, Vəli aşından da".


S. Abdullayev edaksiyamıza müraciətində bir polisin onun işinə düzgün baxmadığını iddia edir, bir də dəymiş ziyanın 1.000 (min) manat məbləğində olmaqla ona ödənilməsini tələb edir.

Bu Binəqədi rayon "Zəngəzur" qəsəbəsində yerləşən tikinti obyektində baş vermiş hadisədir.

Lakin, sözügedən tikinti obyektində daha böyük proseslər də baş verməkdədir.

Sən demə "öküzün yekəsi pəyədə imiş".

Demək, Sakit Abdullayev orada işə alındığı gündən, işdən kənarlaşdığı günə qədər heç bir əmək müqaviləsi olmadan işləyib. (Həmçinin digər çalışanların da əmək müqaviləsinin olmadığını bildirir.)

Şirkətin tikintidə çalışanları xüsusi geyimlərlə təmin etməməsi, eyni zamanda onların təhlükəsizliyini təmin etməməsi barəsində də məlumat almışıq.

Buradan belə nəticəyə gəlmək olur ki, şirkət işçilərini əmək müqaviləsi bağlamadan çalışdırmaqla həm əmək məcəlləsinin müvafiq maddələrini heçə sayır, həm də dövlətin vergisini ödəməkdən yayınır.

Bütün bunlar barəsində redaksiyamız tərəfindən Dövlət Əmək Müfəttişliyinə və Vergilər Nazirliyinə rəsmi sorğu göndəriləcək.

Nəticələri barəsində isə növbəti yayımlarımızda izləyicilərimizə ətraflı məlumat veriləcək.

P.S: Mövcud məsələ barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə sözügedən tikinti obyektinin prorabı Fizuli bəylə telefon əlaqəsi saxladıq.

Fizuli bəy biz özümüzü təqdim edib, zəng etmə səbəbimizi bildirən kimi, bizi qabaqlayıb ilk sualı o verdi:

- "Müəllim, siz heç yoxladınız o insanın psixi durumu yerindədir, yoxsa yox?".

Cavabında Fizuli bəyə bunun bizim işimiz olmadığını bildirdik və izah etdik ki, bizim işimiz sadəcə şikayətçinin şikayətini və qarşı tərəfin mövqeyini öyrənib dərc etməkdir. Araşdırma və digər məsələlər hüquq-mühafizə orqanlarının işidir. Bununla bağlı biz aidiyyəti qurumlara rəsmi sorğu göndərəcəyik, onlar lazımi araşdırmalar aparıb, müvafiq tədbirlər görəcəklər.

Fizuli bəy: - "Ay müəllim o adam normal adam deyil. O psixdir. Ona mən dedim gəl 300 manat verək, əl çək bizdən. Cəhənnəm ol get. Ürək bulandırma. O da deyir yox, mənə 1.000 (min) manat ver.
O adamın psixikası normal deyil. Sizin başqa işiniz yoxdur düşmüsünüz bir xəstənin sözüylə ortaya?"

Biz: - " Fizuli bəy, siz bu adamı orada 8 gün əmək müqaviləsi bağlamadan işlətmisiniz..."

Fizuli bəy sözümüzü ağzımızda kəsib:

- "O heç də onu qoy qırağa. Biz indi Sakitin şikayətindən danışırıq".

Qeyd: Fizuli bəyin və onun kimi bir çoxlarının "qırağa qoyduqları" bu məsələ Azərbaycan qanunlarının kobud şəkildə pozulması faktıdır.

Bundan əlavə yüzlərlə, bəlkə də minlərlə tikinti obyektlərində yaşanan qəzalar zamanı ölən və xəsarət alan, bir tikə çörək üçün evindən çıxan insanların qanının batmasıdır.

Bunu onlar dərk etmir. Ya da etmək istəmirlər.

Fizuli bəy əvvəl bizimlə normal şəkildə danışıb, məsələni yerində araşdırmamız üçün həmin obyektə getməmizi xahiş etdi. Biz də cavabında:
"Yaxşı. O zaman biz sabah komanda ilə yaxınlaşarıq"- dedik.

Fizuli bəy bu zaman çox aqressiv şəkildə:

- "Hə, di yığ komandanı gəl. Əl çək. Kiminlə istəyirsən gəl".

Biz:
- "Nə komanda?"

Fizuli bəy: (kinayəli)
- "Demirsən komanda yığıb gələcəm? Mən də deyirəm kimi istəyirsən yığ, gəl. Biz də burda qarşılayacağıq".

Söhbətimizin əvvəlində özünü ali təhsilli mühəndis kimi təqdim edən 60 yaşlı Fizuli bəy bizim aparacağımız çəkiliş komandasını, "söhbətə gedən məhlə uşaqları" zənn etmişdi deyəsən.

Əlqərəz.

Fizuli bəylə söhbətimizdən bir qədər sonra həmin tikintinin rəhbəri Nazim adlı şəxs bizimlə telefon əlaqəsi saxladı və başladı bizə işimizi öyrətməyə ki, "siz əvvəlcə ekspertizadan araşdırın, sonra polisdən".

Biz təkrar Nazim bəyə də izah etdik ki, araşdırmaq üçün aidiyyəti qurumlara rəsmi sorğu göndəriləcək, lazım olan addımlar aidiyyəti qurumlar tərəfindən atılacaqdır.

Əmək müqaviləsi olmadan 8 gün işçi işlətmələrini də Nazim bəy belə izah etdi ki: - "O adam gəldi məndən normal şəkildə iş istədi, mən də götürdüm görüm necə işləyir. Ona görə sənədsiz idi. Mən özümə şəxsi ev tikirəm".

Qeyd: Şikayətçi Sakit Abdullayev inşa edilməkdə olan binanın 5 mərtəbəli iaşə obyekti məqsədli olduğunu deyir.

Tikintinin prorabı Fizuli bəy tikinti şirkətinin adını "Binəqədi park" MMC olduğunu bizə bildirmişdi.

Tikintinin rəhbəri Nazim bəy isə özünə 4 mərtəbəli ev tikdirdiyini bildirir.

Tikintinin özəl olması Əmək Məcəlləsinin müvafıq maddələrini pozmağa əsas vermir. İstənilən halda müqaviləsiz çalışdırmaq, birmənalı şəkildə çalışanların hüquqlarını pozmaqdır.

Daha sonra Nazim bəy onu da qeyd etdi ki, "o insan normal insan deyil. O bu yolla insanları şantaj edib pul qazanır".

İstər prorabın, istərsə də tikinti rəhbərinin gətirdikləri arqumentlərin heç birisi nə onlara, nə də onlar kimi çalışan digər obyektlərə insanların hüquqlarını, dövlətin qanunlarını pozmağa əsas vermir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Iki qardaşı qonşular vəhşicəsinə döydülər

    Iki qardaşı qonşular vəhşicəsinə döydülər ...

    17-06-2019, 14:12

  • 
  • “Kapitalbank”ın Saatlı rayon filialında görünməmiş özbaşınalıq

    “Kapitalbank”ın Saatlı rayon filialında ...

    26-11-2016, 00:31

  • 
  • Rövnəq Abdullayev: “İntellektli gənclərə ehtiyac var”

    Rövnəq Abdullayev: “İntellektli gənclərə ehtiyac ...

    22-11-2014, 21:34

  • 
  • Vergilər naziri ilə qohum olmağı hədəfləyən “Kapitalbank”ın filial müdiri haqda şok iddialar

    Vergilər naziri ilə qohum olmağı hədəfləyən ...

    3-06-2015, 00:14

  • 
  • “AMAY”-ın sahibi Zakir Qaralovu ittiham etdi

    “AMAY”-ın sahibi Zakir Qaralovu ittiham etdi ...

    16-04-2015, 12:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu