GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MƏHKƏMƏ HÜQUQ SİSTEMİ QAZİLƏRƏ, İNSANLARA DƏLƏDUZLUQ SƏRGİLƏYİR

MƏHKƏMƏ HÜQUQ SİSTEMİ QAZİLƏRƏ, İNSANLARA DƏLƏDUZLUQ SƏRGİLƏYİR

Tarix: 13-12-2021, 14:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 254

Bakı İnzibati Məhkəməsinə verilən ərizələr it-bata salınır


Azərbaycanda məhkəmə hüquq sistemi elə duruma salınıb ki, bilmirsən, bura məhkəmədir, hüquq müdafiə orqanıdır, yoxsa bazar? ! Özəlliklə inzibati məhkəmələr vətəndaşların hüquqlarına , özü də məhkəmə təminatı hüquqlarına qadağa qoymaqda , qeyri-prosessual ilişgidə öndə gedirlər. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsi 6 ildir Qarabağ qazisinin ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (hazırda tabeliyindəki Sosial Xidmətlər Agentliyinə) qarşı 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarının icrasını təmin etməkdən imtina edir. Tələbkar Qarabağ qazisinin borclu inzibati orqana sanksiya tətbiq edilməsi haqqında 5 illik ərizələrinə isə, ümumiyyətlə, baxılmır. 

Qərarı qəbul etmiş Şərafət Məmmədova bu qeyri-prosessuallığa görə apellyasiya instansiyasına təyinat alıb, onun yerinə apellyasiyadan birinci instansiya məhkəməsinə “endirilən” Aygün Abdullayeva isə son 3 ildə “partizan kimi” susur. Nə əvvəlki sədr Rəşid Rzayev, nə də onu əvəzləyən Araz Hüseynov nəinki görəvlərinə və Konstitusiyaya uyğun olaraq tədbirlər görür, əksinə borclu inzibati orqanın diqtəsi ilə özləri cəhənnəm, məhkəmə hakimiyyətini məmurun rüşvətindən aşağıda tuturlar. Deyə bilərsiniz ki, Konstitusiyanın 133-cü maddəsinə əsasən, qanunların icrasına və tətbiqinə nəzarət edən baş prokurorluq var ! Problem ondadır ki, baş prokurorluq özü də məhkəmə hakimiyyətinin gözdən salınmasında “önəmli” rol oynayır. Təsəvvür edin, vətəndaşın baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin 161 qaynar xəttinə zənginə 2 ildən sonra, o da ali dövlət hakimiyyəti orqanlarına, Ombudsmana çoxsaylı şikayətlərdən sonra “baxılıb”. Belə “qaynar” xətdə lap “bişmək” olar ki! ? İndi isə idarənin müstəntiqi Rəşad Məmmədov 3 aydır 09.09.2021 tarixli qərarını vermir. Yəqin bir 2 il də qərarın verilməsi çəkər, Ombudsmanın insan hüquqlarını yada salması ilə məhkəmə qərarının qərəzlə icra olunmamasında hüquq pozuntusu aşkarlanmaz.
Qonudan -mövzudan uzaqlaşmayaq, Bakı İnzibati Məhkəməsinə bir aydır yenidən tələbkar kimi ərizə verən qazinin ərizəsinə yenə də baxılmır. Belə məhkəmə olar? Məhkəmənin işi vətəndaşların ərizələrinə baxıb uyğun prosessual hərəkətləri etməkdir. Ərizənin gizlədilməsi, it-bata salınması birbaşa “yuxarı” səviyyədə həyata keçirilən hüquq pozuntusu olsa da, Ombudsman da bu pozuntuya son qoymaqda maraqlı görünmür. Görünür, öz maraqları daha üstündür. “Ombudsman haqqında” qanunun 1.9 maddəsində isə yazılıb ki, OMBUDSMANIN MƏHKƏMƏLƏRDƏKİ SÜRÜNDÜRMƏÇİLİK, SƏNƏDLƏRİN İTİRİLMƏSİ VƏ VAXTINDA VERİLMƏMƏSİ, MƏHKƏMƏ QƏRARLARININ İCRASININ GECİKDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR İNSAN HÜQUQLARININ POZULMASINA GÖRƏ ŞİKAYƏTLƏRƏ BAXMAQ HÜQUQU VARDIR. Bakı şəhər icra hakimiyyətinə qarşı “sərbəst toplaşmaq azadlığı hüququna qoyulan qadağanın götürülməsi” tələbi ilə qaldırılan iddiadan da bir aydır səs – soraq yoxdur. Halbuki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 11-ci maddəsində məhkəmənin 2 günə işə baxmalı olduğu doğrulanıb. Niyə Bakı İnzibati Məhkəməsi qanunvericiliyin tələblərinə uyğun olaraq işə baxılmasını təmin etmir? Belə çıxır, məhkəmə BŞİH-in qərarını və qeyri-prosessual göstərişlərini qanundan üstün tutur?
Bakı İnzibati Məhkəməsinin, eləcə də apellyasiya və kassasiya instansiyalarının özbaşınalığı, qərəzi təkcə ərizələri gizlətməsində deyil, qəbul edilmiş -edilməmiş qərarların aylarla -illərlə verilməməsində də üzə çıxır. Dələduzluq o həddə çatıb ki, Bakı İnzibati Məhkəməsi məhkəmə qapılarının pandemiya səbəbindən bağlı olduğu vaxtda , guya qərardad qəbul edib! Bəli, bəli, Rüstəm Kərimli yüksək hakim adını Nərimanov bələdiyyəsindən götürdüyü rüşvət öhdəliyinə dəyişərək Sabunçu məhkəməsindən Bakı İnzibati Məhkəməsinə ezam olunub və sədr Araz Hüseynovla qeyri – prosessual ilişgi sonucunda ləğv edilmiş qərardadı üzrə işə “təsadüfən” hakim təyin edilib. Və. ..məqsədi, niyyəti işi icraatına götürüb gizlətmək olan bu rüşvət hakiminin “Məhkəmələr və hakimlər haqqında” qanunun 16-cı, İPM-in, MPM-in 18-21 maddələrinə əsasən işə baxmasının yolverilməzliyindən şikayətlərə cavab olaraq məsləhətçi –“hakim”lər bildirib ki, 01.12.2020-ci ildə (?-M.B) iddia mümkün sayılmayıb. Araz Hüseynov və məsləhətçiləri bilməsə də, NK yanında Operativ Qərargahın 19.11.2020 tarixli 450 saylı qərarına əsasən Ali Məhkəmə 27.11.2020 tarixli Məlumatla 2020-ci ilin dekabrından işlərə baxılmasının ertələnməsnii qət edib. Belədə Rüstəm Kərimli (və Araz Hüseynov) necə 01.12.2020-ci ildə bağlı qapılar arxasında qərardad qəbul edib ? Özü də vicdansızcasına guya 16.12.2020-ci ildə göndərildiyini bildirirlər. Axı, 16.12.2020-ci ildə məhkəmə qapıları bağlı olub! Belə nağıllarla Ombudsmanı , Məhkəmə-Hüquq Şurasının üzvlərini aldatmaq olar , məhkəmə təminatı hüququ pozulanı yox.
Məhkəmə hüquq sistemindəki özbaşınalıqları bir yazıya sığışdırmaq mümkün deyil. Bircə sual ciddi cavab tələb edir : Niyə hakimlər, məhkəmə sədrləri qanuna, Konstitusiyaya yox, məmura qulluq yolunu seçirlər?


GundemXeber.Az




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə borclu Sosial Xidmətlər Agentliyinə DARĞALIQ EDİR... - NARAZILIQ!

    Məhkəmə borclu Sosial Xidmətlər Agentliyinə ...

    30-10-2021, 11:28

  • 
  • Bakı İnzibati Məhkəməsi 5 ildir qəbul etdiyi qərarın icrasını təmin etməkdən imtina edir

    Bakı İnzibati Məhkəməsi 5 ildir qəbul etdiyi ...

    19-08-2020, 10:35

  • 
  • Ali Məhkəmənin “Covid pasportu” ilə bağlı qadağaları insan hüquqlarına qarşıdır

    Ali Məhkəmənin “Covid pasportu” ilə bağlı ...

    6-10-2021, 19:42

  • 
  • Konstitusiya Məhkəməsi Qarabağ qazisinə QARŞI - NARAZILIQ!

    Konstitusiya Məhkəməsi Qarabağ qazisinə QARŞI - ...

    25-05-2021, 16:00

  • 
  • Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 aydan sonra ayrılan vəkil də şikayəti yazmır

    Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 ...

    15-01-2021, 12:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu