GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hacıbala Abutalıbov son iş günündə ruhi xəstə ilə müqavilə bağlayıb - ŞOK DETALLAR

Hacıbala Abutalıbov son iş günündə ruhi xəstə ilə müqavilə bağlayıb - ŞOK DETALLAR

Tarix: 14-12-2021, 10:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 554


Dekabrın 14-də Nizami Rayon Məhkəməsində hakim Həqiqət Əhmədovanın sədrliyi ilə Nizami rayonu, Çobanzadə küçəsi 45 ünvanında yerləşən və xüsusi dövlət mülkiyyəti olan, Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin sanitar mühafizə zonasının qanunsuz olaraq icarəyə verilməsindən iddiaya baxılacaq. Gundemxeber.az bildirir ki, bu barədə "Yeni Müsavat" qəzeti məlumat yayıb.

İddiaçı Bahadur Əli qanunsuz bağlanmış müqavilənin ləğvini tələb edir. Bildirir ki, əslində müqavilə formal olaraq ruhi xəstə ilə bağlanıb. Torpaq sahəsi Cəlal Həmidovun adına rəsmiləşdirilsə də, faktiki olaraq vaxtilə Bakı Şəhər İcra Hakimiyyətində mühasib işləmiş, ağbirçək yaşında xuliqanlığa görə məhkum olunmuş Tamara Əliyevna Həmidovanın istifadəsindədir.
İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovdan alınan sənədlərin çox ciddi şəkildə araşdırılmasına ehtiyac olmasını vurğulayır: “Hacıbala Abutalıbov işdən çıxarılan gün - 2018-ci il aprelin 20-də Tamara Həmidovanın maraqlarına uyğun bir sənəd imzalayıb. Bu gün də bəlli deyil ki, Hacıbala Abutalıbovun həmin sənəddəki imzadan xəbəri olub və ya əksinə, olmayıb.
Məsələnin mahiyyəti budur ki, Tamara Həmidova qəyyumu olduğu qardaşı Cəlal Əli oğlu ilə Həmidovla Bakı Şəhər İcra Hakimiyyəti arasında torpaq sahəsinin icarəyə verilməsinə dair 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlanıb. İcarəyə verilən həmin torpaq vətəndaş Bahadur Əlinin Çobanzadə küçəsi 45A ünvanında yerləşən torpaq sahəsinə bitişik ərazidə yerləşir. İcarəyə verilmiş torpaq sahəsinin dönmə nöqtələrini yerə köçürərkən aydın olub ki, Tamara Həmidovanın qəyyumu olduğu qardaşına icarəyə verilən torpağın bir hissəsi Bahadur Əlinin torpaq sahəsini zəbt edir. Qalan hissəsi isə Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin sanitar mühafizə zonasına düşür".
Buna görə də Bahadur Əli Bakı Şəhər İcra Hakimiyyətinə və Cəlal Həmidova verilən icarə müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Cəlal Həmidovun həmin torpaq sahəsindən çıxarılmasına dair iddia ilə məhkəməyə müraciət edib. Nizami Rayon Məhkəməsində ekspertiza rəyi və toplanmış başqa sübutlarla icarə müqaviləsinin əsasında ayrılmış torpağın Bahadur Əliyə məxsus torpaq sahəsinin zəbt etməsi tam təsdiq olunub. Məhkəmədə Tamara Həmidovanın qardaşı ilə bağlanan icarə müqaviləsinin ləğv edilməsi və iş üzrə xüsusi qərardadın çıxarılması qaçılmaz olub.
Vəziyyətdən çıxış yolu kimi növbəti, cinayətə bərabər ağlasığmaz qanunsuzluq baş verib!
Tamara Həmidova məhkəməyə qardaşı ilə BŞİH-in 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə 20 aprel 2018-ci il tarixli, 7-183/10q saylı bildirişi təqdim edib.
Məhkəmə icarə müqaviləsinin ləğv edilməsini əsas götürərək Bahadur Əlinin iddiasını həmin hissədə təmin etməyib. Bahadur Əli ağbirçək qonşusunun məhkəmədə bu cür geri çəkilməsindən şübhələnib. Ortada yeni bir hiylə və cinayətin ola biləcəyini ehtimal edib. Yanılmayıb, məlum olub ki, Tamara Həmidova qəyyumu olduğu qardaşı Cəlal Həmidovun adına verilmiş 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv etdiyi gün elə həmin torpaq sahəsinə Hacıbala Abutalıbovun imzası ilə yeni - 1460 nömrəli, 20 aprel 2018-ci il tarixli icarə müqaviləsi alıb.
Bahadur Əli Nizami rayonu, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti ilə Cəlal Əli oğlu Həmidovun qanuni nümayəndəsi Tamara Əliyevna (Əli qızı) Həmidova arasında bağlanmış 20 aprel 2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cəlal Əli oğlu Həmidovun həmin torpaq sahəsindən çıxarılması tələb edir.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova “Buxar” KM-in direktoru Oktay Əliyevin MÜRACİƏTİ

    Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab ...

    24-05-2015, 01:16

  • 
  • Bir müqavilənin tarixçəsi və ya saxtakarlığa meydan açanlar

    Bir müqavilənin tarixçəsi və ya saxtakarlığa ...

    18-04-2015, 23:15

  • 
  • Mütəşəkkil cinayətkar qrup iş başında

    Mütəşəkkil cinayətkar qrup iş başında ...

    18-04-2014, 10:59

  • 
  • Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir”

    Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir” ...

    21-05-2015, 23:50

  • 
  • Səbaildə torpaq maxinasiyaları araşdırılır

    Səbaildə torpaq maxinasiyaları araşdırılır ...

    25-04-2014, 11:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu