GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bir müqavilənin tarixçəsi və ya saxtakarlığa meydan açanlar

Bir müqavilənin tarixçəsi və ya saxtakarlığa meydan açanlar

Tarix: 18-04-2015, 23:15 Bölmə :Manşet Baxış: 0
Bir müqavilənin tarixçəsi və ya saxtakarlığa meydan açanlar

Təkzibolunmaz dəlillər və məhkəmə qərarlarının olmasına rəğmən, Bakı şəhər İcra Hakimiyyətinin Tamara Həmidova ilə imzaladağı torpaq icarə müqaviləsini qüvvədə saxlaması heç bir hüquqi normaya uyğun gəlmir

Bəzən qanunlar onları qorumağa məsul olan şəxslər tərəfindən pozulur. Bu isə digərlərinin hüquqlarının tapdalanması ilə müşayiət olunur ki, nəticədə kimlərsə illərlə qanunsuz əməllərini davam etdirməyə müvəffəq olur. Ötən saylarımızda Tamara (Əliyevna) Həmidovanın illərlə davam edən qeyri-qanuni əməlləri barəsində məlumat vermişdik.

Qeyd edək ki, Həmidov Cəlal Əli oğlu qəyyumu Həmidova Tamara Əli qızı (Əliyevna) ilə birlikdə Bakı şəhəri, Çobanzadə küçəsi 30C ünvanında Bakı şəhərinin şərq zonasını içməli su ilə təchiz edən, diametri 1200-1400 mm olan magistral su kəmərlərinin üzərində qanunsuz olaraq fərdi yaşayış evi və digər tikililər inşa edib. Cinayət işi üzrə təyin edilmiş ekspertizalar üzrə 05 avqust 2014-cü il tarixli, 13667 nömrəli ekspert rəyinə və mütəxəssis araşdırması barədə 07 noyabr 2014-cü il tarixli 17-3/1473 saylı arayışa əsasən, qeyd olunan fərdi yaşayış evinin digər tikililərin həqiqətən magistral su kəmərinin üzərində tikilməsi tam sübuta yetirilib.

Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Burcayev İmran Ramazan oğlunun sədrliyi ilə 17 yanvar 2013-cü il tarixində keçirilən açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qeyd olunan qanunsuz tikilinin sökülməsi haqqında qərar qəbul edib. Uzun dirənişdən sonra T. Həmidova adıçəkilən tikilini sökməyə məcbur olsa da bütün bu illər ərzində onun qanunsuz əməllərinə rəvac verən və əlində əsas kimi götürdüyü, Bakı şəhər İcra Hakimiyyəti ilə 20 avqust 2010-cu il tarixli icarə müqaviləsi hələ də qüvvədədir. Baxmayaraq ki, T. Həmidovanın bütün qanunsuz əməlləri ifşa olunub, bu barədə məhkəmə qərarları mövcuddur. Ancaq, Bakı şəhər İcra Hakimiyyəti hələ də qanunsuz müqaviləni ləğv etmək istəmir.

“Torpaq sahəsinin icarəyə verilməsi haqqında” sözügedən müqaviləni 20 avqust 2010-cu ildə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İH başçısı Hacıbala Abutalıbov və Tamara Həmidova imzalayıb. Müqavilədə göstərilir ki, “Bakı şəhər İcra Hakimiyyətinin 07. 03. 2003-cü il tarixli, 7-129/ 7g saylı, Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23.08. 2004-cü il tarixli 18/038/5435 saylı məktubları ilə razılaşdırılmış eskiz layihəsi, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2( 009)-2298/2010 saylı, 12.06. 2010- cu il tarixli qətnaməsi və bu qətnamə ilə təsdiq edilmiş memar İ. Ağayev tərəfindən tərtib olunan plan-sxemə uyğun olaraq mövcud istifadə vəziyyətində faktiki istifadəsində olan Çobanzadə küçəsi 30C ünvanında yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanır”. Göründüyü kimi, müqavilənin imzalanması zamanı Səbail rayon Məhkəməsinin 12 iyul 2010-cu il tarixli qətnaməsi əsas götürülmüşdür. Nəticədə Həmidov Cəlal Əli oğlunun Bakı şəhər İcra Hakimiyyətinə qarşı torpaq icarə müqaviləsinin bağlanması haqqında iddiası təmin edilərək, Nizami rayonu, Çobanzadə küçəsi 45

ünvanında yerləşən, lisenziya əsasında fəaliyyət göstərən İ. Ağayev tərəfindən tərtib edilmiş plan-sxemə əsasən mövcud vəziyyətdə faktiki istifadəsində olan 826,2 kv/m torpaq sahəsinə dair C. Həmidov ilə torpaq müqaviləsi imzalanıb. Səbail rayon Məhkəməsinin 16 mart 2011-ci il tarixli qərardadı ilə “Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 45 ünvanı” “ Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 30 C ünvanı” ilə əvəz edilib.

Tamara Həmidova yüksək gərginlikli işıq-naqil xəttləri, qaz, su, çirkab borularının və istilik təchizat xətlərinin, ən əsası isə şəhərin şərq zonasını su ilə təchiz edən magistral su kəmərlərinin keçdiyi xüsusi mühafizə zolağını və əlavə olaraq müəssisənin ümumi istifadəsində olan, fəaliyyəti üçün xüsusi önəm kəsb edən giriş-çıxış yolunun bir qismini, yəni 375 kv/m torpaq sahəsini ələ keçirmək, orada yaşayış evlərinin tikintisini reallaşdırmaq üçün Bakı şəhər İcra Hakimiyyəti ilə müqavilə imzalamağa müvəffəq olur. Bakı şəhər İH ilə sövdələşmə aparan T. Həmidova zəbt etdiyi ərazini ələ keçirmək məqsədilə formal olaraq iddia qaldıraraq zəbt etdiyi sahədən də artıq olan 826, 2 kv/m torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasını Bakı şəhər İH-nə həvalə edilməsi barədə qətnamə çıxartmağa müvəffəq olub. Məqsəd isə T. Həmidovanın qanunsuz əməllərinə, zəbt etdiyi torpaq sahələrinə nəyin bahasına olursa-olsun, hüquqi don geyindirməkdən ibarət olub. Nəticədə, Səbail rayon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərək Bakı şəhər İcra Hakimiyyətinə T. Həmidova ilə icarə müqaviləsini imzalamağı “tövsiyyə edib”. Bu isə sonrakı bütün qanunsuzluqlara geniş rəvac verilməsi üçün bir növ yaşıl işıq olub. Tərəflər arasında 20 avqust 2010-cu ildə imzalanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə” torpaq sahəsinin məqsədli təyinatı kimi fərdi yaşayış evlərinin təyinatı göstərilib. Göründüyü kimi, sadaladığımız faktlara əsasən qeyd olunan sahə strateji əhəmiyyətli olduğu üçün burada heç bir tikinti işlərinin aparılması mümkün deyildir. Həmçinin, AR Su Məcəlləsinin 83-cü maddəsinə əsasən, su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə Torpaq Qanunvericiliyi və Su Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər. Aydın görünür ki, məhkəmənin ona qanunla müəyyən edilmiş torpaq sahəsinin C. Həmidovun istifadəsinə verilməsinə dair qərarı bütün qanunverici aktlara zidd olmuşdur. O cümlədən, magistral su kəmərlərinin sanitar mühafizə zolağını təşkil edən həmin torpaq sahəsinin icarəyə verilməsi “Azərsu” ASC-nin qanunla qorunan maraqlarını pozmuşdur.

Lakin, T. Həmidovanın Bakı şəhər İcra Hakimiyyəti ilə imzaladığı müqavilə hələ də qüvvədədir.

Baxmayaraq ki, onun ərazidə inşa etdirdiyi tikililər qanunsuz hesab edilərək artıq sökülüb. Həmçinin Bakı şəhər Səbail rayon Məhkəməsinin 12 iyul 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi barəsində Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2012-ci il tarixli qərarı da var. Bu qədər təkzibolunmaz dəlillər və məhkəmə qərarlarının olmasına rəğmən Bakı şəhər İcra Hakimiyyətinin Tamara Həmidova ilə imzaladağı torpaq icarə müqaviləsini qüvvədə saxlaması heç bir hüquqi normaya uyğun gəlmir.

Qeyd edək ki, məhz həmin icarə müqaviləsinin imzalanması nəticəsində Tamara Həmidova “Buxar” KM-nin ərazisini zəbt edərək əlində saxlayır. Yəqin ki, Bakı şəhər İcra Hakimiyyəti və şəxsən Hacıbala Abutalıbov uzun illər qanunsuzluqlara rəvac verən həmin müqavilənin tezliklə ləğv olunmasını təmin edəcəklər. Rəsmi dövlət qurumunun və şəhər merinin imzası olan belə bir müqavilənin hələ də qüvvədə qalması yolverilməzdir. İnanmaq istərdik ki, bu saxta müqavilə də tezliklə ləğv olunaraq tarixin arxivinə əlavə olunacaq.

Mustafa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qanunsuzluqlarla bağlı nazir Kəmaləddin Heydərova müraciət olundu

    Qanunsuzluqlarla bağlı nazir Kəmaləddin Heydərova ...

    13-11-2014, 12:46

  • 
  • Hacıbala Abutalıbov son iş günündə ruhi xəstə ilə müqavilə bağlayıb - ŞOK DETALLAR

    Hacıbala Abutalıbov son iş günündə ruhi xəstə ilə ...

    14-12-2021, 10:12

  • 
  • Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova “Buxar” KM-in direktoru Oktay Əliyevin MÜRACİƏTİ

    Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab ...

    24-05-2015, 01:16

  • 
  • Hacıbala Abutalıbovun “partlayan” qanunsuz torpaq qərarları - Daha bir TƏHLÜKƏ ANONSU...

    Hacıbala Abutalıbovun “partlayan” qanunsuz torpaq ...

    28-10-2022, 14:45

  • 
  •  “Azərsu” ASC-də 50 minlik “sülh sazişi”ndən sonra 50 minlik “müharibə” başlanır

     “Azərsu” ASC-də 50 minlik “sülh sazişi”ndən ...

    15-12-2014, 15:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu