GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gənclər və İdman Nazirliyinin QRANTYEYƏNİ... - Milyonları yeyən Fuad Babayev kimdir?

Gənclər və İdman Nazirliyinin QRANTYEYƏNİ... - Milyonları yeyən Fuad Babayev kimdir?

Tarix: 16-12-2021, 16:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 608

Gənclər və İdman Nazirliyində vəzifəli şəxslərin qrant siyasəti tənqidlərə və ittihamların səslənməsinə səbəb olub. Artıq iqtidaryönlü gənclər təşkilatlarının sədrləri Nazirlikdə ayrı-ayrı şəxslərin qrant müsabiqələri ilə bağl yol verdikləri maxinasiyaları dilə gətirməyə başlayıblar. Belə məlum olur ki, GİN məmurları böyük bir qrant mafiyası formalaşdırıblar və gənclər siyasəti üzrə ayrılan vəsaitlər mənimsəmələrin qurbanı olur.

GundemXeber.Az bildirir ki, TİA.Az-ın araşdırması nəticəsində yüksək qrant alan təşkilatların əksəriyyətinin fəaliyyətsiz olduğu, bəzilərinin isə qrantdan-qranta fəaliyyət göstərdikləri üzə çıxıb. Məsələn, “Gənc Psixoloqlar” İctimai Birliyinin bu günə qədər külli miqdarda qrant layihələri aldığı, lakin heç bir effektiv iş görmədiyi aydınlaşıb. Həmçinin, “Gənclər İntellektual” İB, “Dünya Azərbaycan Gənclər Beynəlxalq Həmrəylik” İB və “Fəal Gənclər” İB, “Yeni Yol Maarifləndirməsi” İB və digərlərinə yüksək məbləğlərdə qrantlar ayrılıb. Amma indiyədək hər hansı fəaliyyətləri diqqət çəkməyib. Ən yaxşı halda kosmetik tədbirlər keçirməklə qrantları mənimsəyiblər.
Gənclərin İnkişaf Mərkəzin rəhbəri Kamil Həmidov da sosial media hesabında tənqidlərini bölüşüb. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi yenə bizi görməzlikdən gəlir: “Davamlı olaraq 2018-ci ildən bəri hər həftə dayanmadan qrant, gəlir niyyəti güdmədən, məkanı dost obyektlərdən, proyektoru digərlərindən, kofe breyk üçün ləvazimatları imkanlı dost təşkilatlardan alaraq gənclərə töhfə veririk, nazirlik bizi görmür. Kimi görür, şou-biznes ulduzlarını xatırladan təşkilatları.
Rayonlarda kitabxanası olmayan, ömründə kitaba toxunmayan, kitab qoxusunun nə olduğunu bilməyən saysız-hesabsız gənclərə kitab oxutmağın, maarifləndirməyin nə olduğunun, necə çətin olduğunun fərqindəsinizmi?
2003-cü ilin dekabrında ümummilli lider mərhum Heydər Əliyevin vəfatı ilə əlaqədar NAYORA-da keçirilən iclasda adın əbədiləşdirilməsi ilə bağlı Heydər Əliyev adına Fondun yaradılması təşəbbüsünü irəli sürmüşdük. İndiki əməkdaşlarınızın bir xeyli hissəsi orda iştirak ediridi. Cənab Fuad Muradovun rəhbərliyi dövrü idi. O zaman Azərbaycanda milli donor olmadığından Amerika prezidentlərinin adına olan fondların analoqları variantı təklifini verdik, daha yüksək mərhələlərdə təklif səsləndirilsin.
Fuad Babayev siz ki, o zaman orada iştirak edirdiz. Bəs indi niyə bizi görmürsüz. 4-ildir sərasər hər həftə Don Kixot kimi qolumuzu çırmalayıb kitabdan uzaq millətin gənclərinə Kitabla Terapiya layihəsini heç kim görməsə də siz ki görmək zorundasız. Monitorinq edərək görmək, dəyərləndirmək və dəstəkləmək istənilən dövlətlərdə məgər istənilən nazirliyin əsas funksiyaları deyilmi? Məhz bu funksiyaların işləkliyi sayəsində də o sahə üzrə cənab prezidentin admnistrasiyası tərəfindən siyasi proqram (Gənclər Siyasəti proqramı) hazırlanır”.
K.Həmidov deyib ki, görməyin, dəstəkləməyin, eybi yoxdur, amma biz dəstəkləyəcəyik: “Dövlətimizi, ordumuzu, prezidentimizi, gənclərimizin inkişafını”.
TİA.Az xəbər verir ki, K.Həmidovun adını çəkdiyi Fuad Babayev isə Nazirlikdə qrant müsabiqələrinin monopolistidir. K.Həmidovun tənqid etdiyi Fuad Babayev vəzifəsindən azad olunan İntiqam Babayevin komandasında yer alan və adı bir sıra qalmaqallarda, maxinasiyalarda hallanan şəxlərdəndir.
Onun ünvanına indiyədək yaxın ətrafının adına təşkilatlar yaradaraq külli-miqdarda qrant mənimsəmə, gənclər üçün nəzərdə tutulan dövlət mükafatlarının ədalətsiz bölgüsü kimi mövzularda ağır ittihamlar səslənib.
İntiqam Babayevin vəzifədən gedişindən sonra Fuad Babayevin də postu ilə vidalaşacağı gözlənilsə də, əksi baş verdi. İctimaiyyətə bəlli olmayan səbəblərdən şöbə müdiri təyin edilib.
Həmçinin, iqtidaryönlü “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı da qrant siyasətini sərt ittiham edib. Ehtimal olunur ki, bu ittihamlar Gənclər və İdman Nazirliyinə yönəlib.

Çünki F.Şahbazlı bu ittihamları Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsinin nəticələrini açıqlandığı gün səsləndirib.
Sitat: “Müxtəlif qrant müsabiqələri çərçivəsində QHT-lərə qrant ayrılarkən görəsən onların fəaliyyət sferalarına, nizamnamələrinə, bundan əvvəl icra etdiyi layihələrə, heç olmasa təşkilatın adına diqqət edilir, araşdırılırmı?! Buna ciddi şübhəm var.
Yoxsa, məsələn “Azərbaycan- X ölkə Gəncləri” İctimai Birliyinə niyə kompyuter biliklərinin tədrisi, məşğulluq problemlərinin həlli, ətraf mühitin mühafizəsi kimi mövzularda qrant verilsin ki?!
Bu formada necə müəyyən olunmuş hədəflərə, layihənin məqsədlərinə çatmaq olar?! Axı bu atamızın, babamızın pulu deyil. Bütün xalqın payı olar büdcə vəsaitidir”.
Qeyd edək ki, bundan öncə də F.Şahbazlı Nazirliyin bır sıra vəzifəli şəxslərini tənqid atəşinə tutmuşdu.

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün Gənclər Fondunun razılığını alacaq - Yeni qayda

    Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün ...

    25-03-2019, 11:00

  • 
  • Gənclər sektoru irəli gedir, yoxsa geri?

    Gənclər sektoru irəli gedir, yoxsa geri? ...

    28-03-2016, 15:31

  • 
  • Gənclər Fondundan şok maliyyələşmə + 81400 AZN

    Gənclər Fondundan şok maliyyələşmə + 81400 AZN ...

    9-04-2013, 11:36

  • 
  • Azərbaycan QHT-ləri və gənclər təşkilatları niyə susur? - Buna görə də qrant istəyirlər?

    Azərbaycan QHT-ləri və gənclər təşkilatları niyə ...

    5-07-2017, 16:05

  • 
  • 9 ay əvvəl tikilən “Gənclər evi” uçur

    9 ay əvvəl tikilən “Gənclər evi” uçur ...

    14-01-2014, 11:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu