Oğuz rayon sakini Əmrahov Ceyhun İlham oğlu ölkə başçısı İlham Əliyevdən təcili kömək istəyir.
Şikayətçinin iddiasına görə 2008-ci ildən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Oğuz şəhəri Ş.Qurbanov küçəsindəki 1 sot torpağın ona məxsus olması barədə Dövlət şəhadətnaməsi-Çıxarış verilib. Ancaq Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin məsul əməkdaşı Elçin Kərimov və onun atası mənə verilmiş torpağı sonradan saxta sənəd düzəltməklə Əmrahov Ceyhunun əlindən alıb. Redaksiya olaraq bildirək ki, Təhsil nazirliyinin məsul əməkdaşı Elçin Kərimovun mövqeyini öyrənmək cəhdimiz alınmadı. Bütün buna rəğmən Elçin müəllimin mövqeyini dərc etməyə hazırıq. Prezidentə ünvanlanmış videoşikayəti təqdim edirik:
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?