Ölkənin talan edilməsində rol oynayan məmurların kimliyindən asılı olmayaraq, Azərbaycan büdcəsi xarici ölkələrə daşınmaqda davam edir. Öncə qeyd edək ki, müdafiəmizi təşkil edən Müdafiə Nazirliyinin yüksək çinli məmuru Londanda özünün maddi müdafiəsini qurmaqla məşqul olur
Belə bir korrupsiyaya yol vermək milli mövqeyimizə bir-başa xəyanət etmək deməkdir. Bu yerdə qeyd etmək yerinə düşər ki, Azərbaycan büdcəsi ilk müstəqillik dönəmində xalqın şəxsi büdcəsi hesabına formalaşıb. Bu gün də həmin büdcə ərazimiz üzrə yeraltı-yerüstü sərvətlərimiz hesabına formalaşır. Amma buna baxmayaraq, yüksək vəzifə daşıyan məmurlarımız ölkənin büdcəsini talan etməkdən çəkinmirlər. Beləliklə mövzunu uzatmadan yuxarıda qeyd etdiyimiz qeydləri araşdırmaçı jurnalist Cavanşir Həsənlinin təqdim etdiyi foto faktlardan bilməyimiz daha əsaslı olar. Beləliklə jurnalistin yayımladığı faktları gündəmxeber.az-ın oxucularına təqdim edirik: "Londonun Foley küçəsində eyniadlı elit restoranda iki nəfərlik ortabab nahar 70-100 funt sterlinqə (150-220 manata) başa gəlir. Bahalı restoranın sahibələri Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayevin qızlarıdır. Restoran Londonda fəaliyyət göstərən iki şirkət - FOLEY'S RESTAURANT LIMITED və onun törəməsi olan LONDON GASTRONOMY GROUP LTD tərəfindən idarə olunur. Restoran 2017-ci generalın qızlarının adına rəsmiləşdirilib."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?