GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » TƏRTƏR SOYQIRIMI: Azərbaycana qarşı aparılan hibrid müharibəsinin bir elementi

TƏRTƏR SOYQIRIMI: Azərbaycana qarşı aparılan hibrid müharibəsinin bir elementi

Tarix: 30-01-2023, 14:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 782

Bu gün bizdə yaşananlar bir neçə il əvvəl Türkiyədə də yaşanıb


“Klanlar yaradacaqsınız, dövlət orqanlarına inamsızlıq yaradacaqsınız, prezidentlərə qədər çıxacaqsınız, nazirlərlə görüşəcəksiniz və siyasilərə təzyiqlər edəcəksiniz.

Əsas məqsəd güc strukturları və orduya nüfuz etməkdir. Bizim əsas fəaliyyətimiz hörümçək səbriylə tor qurmaq və həmən o tora düşəcək adamların olduğunu gözləməkdir”.

Bu sözlər FETÖ terror qruplaşmasının rəhbəri Fətullah Gülənə məxsusdur.

FETÖ terror qruplaşması fəaliyyətinə 60-cı illərin sonunda başlayıb və əsas məqsədi dövləti daxildən ələ keçirmək olub. Tez bir zamanda məşhurlaşan FETÖ “SIZINTI” jurnalı dərc etməyə başlayıb. Qruplaşmanın üzvlərinə mesajlarını həmən jurnal vasitəsilə ötürüb.

Əsas devizləri isə mühafizəkarlıq və sekulyar islam olub. Yəni, mülayim islam.

Əsas fəaliyyətlərini təşkil etdikləri bölgələr isə Türkiyə, Azərbaycan, Mərkəzi Asiya və Şimalı Afrika ölkələri olub.

Bu bölgələrdə məktəblər yaradaraq yüksək səviyyəli təhsil proqramı ilə çıxış edərək rəğbət qazanmağı bacarıblar. İnsanlar axın-axın öz övladlarını Gülən məktəblərinə təhvil veriblər. Fətullahçılar isə özlərinə lazım olan kadrları həmən məktəblərdən seçərək hazırlayıblar.

90-cı illərin sonlarında Türkiyə dövləti başa düşməyə başlayır ki, dövlət içində dövlət yaradılıb. Buna başqa adla paralel dövlət də deyilir. 1999-cu ildə “Telekulaq” əməliyyatı isə ölkədə böyük səs-küyə və ajiotaja səbəb olur. Ölkənin bir çox yüksək vəzifəli məmurları və ordu mənsubları kimlərsə tərəfindən qanunsuz olaraq dinlənilirmiş. Bundan da əlavə, əməliyyatlar nəticəsində bir çox məmurların gizli çəkilmiş porno və özəl kasetləri ələ keçirilib. Yəni, özəl həyatlar gizli çəkilərək şantaj obyekti kimi istifadə olunurmuş.

Bu əməliyyatların keçiriləcəyindən duyuq düşən Fətullah Gülən xəstəliyini bəhanə edərək, Amerikaya müalicə adı ilə mühacirətə gedir və orada Pensilvaniya ştatında yerləşir.

Amma artıq gec idi. FETÖ dövlətin içinə sızmışdı və kifayət qədər əlində maliyyə cəmləməyi bacarmışdı. 2004-cü ilin rəqəmlərinə görə, təxminən 50 milyard dollardan artıq vəsait FETÖ-nün sərəncamında idi.

Ötən yazımızda “Tərtər işində” FETÖ-nün əsas rol oynadığını iddia etmişdik və bir çox nümunələr ilə bunu əsaslandırmağa çalışmışdıq. Çox təəssüflər olsun ki, iddiaların hər birinə reaksiyalar gəlsə də, heç biri içtimai müzakirələrə çıxarılmadı və içtimai reaksiyalar verilmədi. Bu isə əvvəlcədən gözlənilən və bilinən idi. Çünki dövlətin və içtimai siyasi sektorun içinə sızmış FETÖ-çülərə belə müzakirələrin aparılması sərf etmir və iddiaları görməzdən gəlirlər, bəziləri isə məsələlərin üzərinə getməkdən qorxurlar. Olsun, bu gün bizdə yaşananlar bir neçə il əvvəl Türkiyədə də yaşanıb. Dövlət çevrilişinə cəhddən sonra isə sanki hər kəs ayıldı və FETÖçülərə qarşı mübarizəyə başladı.

Azərbaycanda 30 ildən artıq bir müddətdir ki, belə bir fikir formalaşdırılmağa çalışılır və insanların şüuruna yeridilir ki, bizim başımıza nə bəlalar gəlirsə, erməni-rus-fars triosundan gəlir. Bu xəstə təbliğata isə əks arqumentlər söyləyənlər tərbiyəsizcəsinə və həyasızcasına linç edilir, təhqirlərə məruz qalır və agent damğası ilə ləkələnir.

Mən Rusiyanın, İranın və Ermənistanın bizə qarşı təxribatlarının olmadığını iddia etmirəm, belə bir fikirdə də deyiləm. Amma və lakin bunlardan başqa da ölkədə təxribatçı güclərin olduğu fikrindəyəm və bu iddialarımı əsaslandırmağa çalışıram.

Biz nəticə əldə etmək istəyiriksə, həqiqətlərin gözünə dik və alnı açıq baxmalıyıq.

Bizim içtimai siyasi sektorda olanların dünyagörüşlərinin və biliklərinin aşağı səviyyədə olması bəzi məsələlərə bilərəkdən və ya bilməyərəkdən ötəri münasibət bildirməklə məhdudlaşır. Bu da cəmiyyəti doğru istiqamətə irəliləməkdən məhrum edir. Həqiqətlərin gizlədilməsi isə bizi inkişaf etməkdən məhrum edir.

İndi isə qayıdaq Tərtərə.

Tərtərdə baş verən əsrin cinayətinin içtimai müzakirələri zamanında belə bir qənaətə gəlinib ki, Azərbaycan ordusuna qarşı təxribatlara 2005-2006-2007-ci illərdən başlanılıb. Bu nəticələrin ortaya çıxması isə təbii ki, araşdırmalar və şahid ifadələrindən sonra gəlinən qənaətlərdir.

Türkiyə tarixinə qara ləkə kimi düşən Ergenekon əməliyyatı 12 iyun 2007-ci ildən başlayaraq həyata keçirilib.

Həm Azərbaycan, həm də Türkiyə ordusuna qarşı əməliyyatların təxminən eyni illərdə başlaması təsadüfi hesab edilə bilməz.

Ergenekon hadisəsində həbs olunan zabitlərdən birinin məhkəmədə dediyi fikirləri sizə təqdim edirik.

Hasan Atilla Uğur:

“Mən bütün həyatımı türk millətinə, türk dövlətinə həsr etmiş bir türk zabitiyəm, ancaq mən heç bir zaman başımı əymədim, heç bir şəkildə dik duruşumu dəyişdirmədim. Burada yaşananların komediya olduğunu da bilirik. Bunu açıqca demək istəyirəm ki, Ergenekon deyilən cinayət işi Türkiyə cümhuriyyətini çökdürmək niyyəti ilə məlum güclər tərəfindən, Fətullahçılar tərəfindən quraşdırılmış bir cinayət işidir. Ona görə də sizin verəcəyiniz hökmün mənim üçün heç bir qiyməti yoxdur”.

Bu fikirləri eşitmisiniz sanki, doğrumu? Tanış sözlərdir.

Bundan əlavə sizə terror və təhlükəsizlik eksperti olan Abdullah Ağarın fikirlərini təqdim etdikdən sonra məqaləmiz davam edəcək.

FETÖ-nün əsas fəaliyyət istiqamətləri dinlər və məzhəblər arası qarşıdurma yaratmaq, iqtisadiyyatın əsas qollarına nəzarət etmək və qeyri-müəyyənlik yaratmaq.

FETÖ dəyişik kimliklər üzərindən fəaliyyətini davam etdirir.

Əsas məqsədləri Xaos yaratmaqdır.

Gördüyünüz kimi, əsas fəaliyyət istiqamətlərindən biri də iqtisadiyyata təsir edə biləcək mövqelərə yerləşməkdən ibarət olub.

Yaddaşınızı təzələmək üçün yaxın tarixdə baş verən hadisələrə nəzər salmaq istəyirəm.

2015-ci ilin fevral ayında baş verən devalvasiya Azərbaycan insanına böyük bir zərbə vurdu desək, yanılmarıq, bundan əlavə isə ölkəmizin bank sistemi iflic vəziyyətinə düşdü. İtirən isə xalqımız və dövlətimiz oldu. Bunlardan da əlavə isə daha ciddi bir məqam ondan ibarətdir ki, devalvasiyadan bir neçə gün öncə prezident Əliyev Azərbaycan manatının güclü olması haqqında çıxış etmişdi. Həmən çıxışdan bir neçə gün sonra isə develvasiyanın baş tutması prezidenti sabotaj etməkdən başqa bir şey deyildi. Çünki bir neçə gün ərzində nə xarici şirkətlər Azərbaycana gəlmişdi, nə də ki əhali gedib kütləvi surətdə pullarını dəyişmişdi. Bu iqtisadi terror hadisəsinin əsas məqsədi isə prezidenti nüfuzdan salmağa və sabotaj etməyə hesablanmış əməliyyat idi.

Daha sonra oktyabr ayında MTN-də böyük bir əməliyyat keçirildi, nazirliyin bir çox vəzifəli şəxsləri həbs olundu və sonra nazirlik ümumiyyətlə ləğv olundu.

Daha sonra əməliyyatlar Rabitə Nazirliyində də davam etdirildi, yenə də bir çox yüksək vəzifəli şəxslər həbs olundu və nazirlik ləğv olundu.

2015-ci ilin sonlarında isə dövlətə və xalqa vurulan daha bir zərbənin üstü Azərbaycan Beynəlxalq Bankında keçirilən əməliyyatdan sonra açıldı. Məlum oldu ki, Beynəlxaq Bankdan təxminən 10 milyarddan çox pul oğurlanıb. Bu isə ölkə iqtisadiyyatının şah damarını kəsməyə bərabər bir əməliyyat idi. Üzərindən 8 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də vurulmuş yaralar sağalmayıb.

Həbs olunanların bir çoxunun qısa bir müddət ərzində həbsdən azad olunması da FETÖ-çülərin qızıl qaydalarına sadiq qaldıqlarının nümunəsi idi. ”Öz sıralarımızdan olan heç kəsi qurban vermək olmaz” prinsipinə sadiqlik nümayiş etdirirlər.

Bu mexanizm ilə Türkiyədə də eyni qayda ilə uzun illər işləyiblər.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu bir çox çıxışlarında dəfələrlə vurğulayıb ki, “Tərtər cinayəti” Azərbaycana qarşı aparılan hibrid müharibənin elementlərindən biridir. Bu faktlar isə Ərəstun bəyin fikirlərinin nə dərəcədə doğru olduğunun bariz nümunəsidir. İstər orduya qarşı aparılan əməliyyatlar olsun, istər iqtisadiyyatımıza qarşı aparılan əməliyyatlar olsun, bunlar hamısı böyük bir əməliyyatın komponentləridir. Təbii ki, cinayətlər ordu və bank sistemi ilə yekunlaşmır. Digər sahələrdə də terror əsdirilir. O mövzulara isə “FETÖ AZƏRBAYCANDA” filmində baxacaqsınız.

Ərəstun bəyin fikirlərini təqdim etdikdən sonra məqaləmiz davam edəcək:

“Tərtər qətliamı” Azərbaycan dövlətinin mövcudluğunu aradan qaldırmağa yönəlmiş ağır dövləti cinayətdir və bu cinayət xarici dövlətlərin kəşfiyyat orqanları tərəfindən hazırlanıb. Azərbaycandakı casus şəbəkəsi vasitəsilə həyata keçirilib. Cinayətin bütün detalları yüksək səviyyədə hazırlanıb və hər şey nəzərə alınıb, içtimai rəyin yönləndirilməsindən tutmuş, məhkəmə, prokurorluq, təhlükəsizlik, daxili işlər orqanlarının, icra hakimiyyəti orqanlarının və nəhayət ali icra hakimiyyətində yerləşdirilmiş konversasiya olunmuş şəxslərində bu işə cəlb olunması ilə bir başa həyata keçirilib”.

Ərəstun bəyin çıxışında 2 ifadəni əvəzləyəndən sonra yazını yenidən oxusaq, bu çıxışların plagiat olduğu qənaətinə gələrik. “Tərtər qətliamı” sözünü “Ergenekon”, “Azərbaycan” sözünü isə “Türkiyə Cümhuriyyəti” sözü ilə əvəzləsək, belə çıxışların başda Ərdoğan olmaq üzərə bir çox yüksək vəzifəli Türkiyəli şəxslər tərəfindən deyildiyinin şahidi ola bilərsiz.

Sizcə bu qədər oxşarlıqlar təsadüfdürmi ?

Ərəstun bəy plagiatlıqla məşğuldur, yoxsa, proseslər eyni mərkəzdən idarə olunub? Burada məsələ tək Ərəstun bəydən getmir. Zərərçəkən hərbçilərin ifadələri də eynilə bir-birinə bənzəyir. Zərərçəkənlərin ailələrinin də verdiyi açıqlamalar eynidir desək, yanılmarıq.

Türkiyənin Bağdaddakı səfirliyinin hərbi atteşesi olan polkovnik İlham Akanın ifadəsini olduğu kimi diqqətinizə çatdırırıq:

“Bizim qarşımızı kəsirlər, bunu başa düşdük, amma bu qədər namussuzluq olarmı? Bizim uşaqlarımız var, bizim namusumuzu ləkələyirlər, minlərlə insanımız, ləyaqətli vətəndaşlarımız dövlətə inamını itirdi, küsdü getdi və bir daha geri gəlmədilər”.

Ergenekon hadisəsinin üstü açılandan və FETÖ-çülərə qarşı əməliyyatlardan sonra Türkiyə mətbuatında bir çox müzakirələr keçirildi və FETÖ-çülərin digər cinayətlərinin də üstü açıldı. Bu hadisələrə qədər isə onlar haqqında danışanlar və yazanlar onların cinayətlərini araşdırmağa cəhd göstərən bir çox araşdırmaçı jurnalistlər həbs olunub, işlədikləri agentliklərdən qovulub və yaxud da öldürülüb.

Bu gün Azərbaycanda da siyasi həbslərin arxasında FETÖ-çülərin olduğu qənaətindəyəm. Bəzi dairələr içtimai şüura yeritməyə çalışır ki, sanki həbsləri Rusiyanın “5-ci kolonu” həyata keçirir. Azərbaycan kanallarında, saytlarında, qəzetlərində isə 7-dən 77-yə hər kəs Rusiyanı söyür, təhqir edir və heç bir təzyiqlərə məruz qalmır. Əgər Rusiyaya qarşı danışmaq qadağandırsa, bu qədər adam necə rahatlıqla Rusiyaya qarşı danışa bilir ? Təbii ki, FETÖ yenə maskalanır və etdiyi cinayətləri başqa ölkələrin üzərinə atmaqla içtimai rəyi manipulyasiya etməyi bacarır.

Bu gün Azərbaycan içtimai rəyini intelektual dələduzlar təyin edir desək, yanılmış olmarıq. İstər TV kanallar vasitəsilə,  istərsə də sosial media hesabları ilə ictimai rəy yalnış yönə istiqamətləndirilir. Buna qarşı müqavimət göstərməyə cəhd edənlər isə cəzalandırılaraq həbs olunur.

FETÖ-çülərin qızıl qaydalarından biri də maskalanmaqdır, iz azdırmaqdır. Bunu unutmaq olmaz.

Türkiyədə də dəfələrlə FETÖ-çülərə qarşı əməliyyatlar zamanı onlar maskalanaraq özlərindən olmayanları hədəfə gətirərək həbs etdiriblər. Bunun ən məşhur nümunəsi isə azərbaycanlı iş adamı Mübariz Mənsimovu xatırlatmaq olar. FETÖ-nün Türkiyə qanadı onun FETÖ-çülərlə əlaqəli olduğunu içtimai rəyə yedirtməyə çalışırdı, Azərbaycandakı qanadı isə Mənsimovun ermənilərlə iş birliyində olduğunu tirajlayırdı. Adamı nüfuzdan salaraq ləkələməyə çalışırdılar. Bu metodlardan isə Türkiyədə kifayət qədər istifadə olunub.

Hərbi prokuror Xanlar Vəliyevin Türkiyə telekanallarında təbliğatının aparılmasını da təsadüfi hesab etmirəm. Həmən terrrorçu çətənin Türkiyə qanadı da Xanlar Vəliyevi qorumaqla məşğuldur.

Daha bir məlumatı nəzərinizə çatdırmaq istəyirəm.

Bildiyiniz kimi, işgəncələrdə əsas rolu “Dəniz Pişikləri” deyilən birlik oynayıb və işgəncələr onların vasitəsilə verilib. SAS və SAT adlandırılan “dəniz pişikləri” isə Xəzər dənizinin təhlükəsizliyini artırmaq üçün Azərbaycanda ABŞ Mərkəzi komandanlığı və digər ABŞ dövlət qurumlarının fəaliyyətlərini əlaqələndirmək üçün nəzərdə tutulmuş çərçivə proqramıdır. Təşəbbüs Xəzər regionunda terrorizm, nüvə silahlarının yayılması, narkotik və digər transmilli təhdidlərin qarşısının alınması və lazım gəldikdə onlara cavab vermək imkanlarını təkmilləşdirməkdə kömək edir. Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı Azərbaycandakı bütün əməliyyatlara cavabdehdir.

Fikrimcə, düşünmə qabiliyyəti olanlar üçün əlavə şərhə ehtiyac yoxdur.

30 ildir bizim başımızı qarışdırıb Rusiya, İranı və Ermənistanı söydürənlər zəhmət çəkib bizə qarşı hibrid müharibəsi aparanların cinayətləri haqqında da içtimaiyyətə məlumat versinlər. Təbii ki, əgər cəsarətləri varsa.

Yalançı xoxanla mübarizə aparmaqdansa, həqiqi əjdaha ilə döyüşməyi daha cəsarətli, ləyaqətli və faydalı hesab edirəm.

Ardı olacaq..... 


İlqar

GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə FETÖ üzvlərinə qarşı növbəti əməliyyat

    Türkiyədə FETÖ üzvlərinə qarşı növbəti əməliyyat ...

    5-08-2020, 15:54

  • 
  • Türkiyədə film kimi hadisə - FETÖ-çu tabutda "qaçdı"

    Türkiyədə film kimi hadisə - FETÖ-çu tabutda ...

    28-06-2017, 23:10

  • 
  • FETÖ-nün “Azərbaycan təmsilçisi” Türkiyədə həbs edildi

    FETÖ-nün “Azərbaycan təmsilçisi” Türkiyədə həbs ...

    6-10-2017, 22:48

  • 
  • Gülənə qarşı əməliyyat: kassir qaçdı, 51 milyon ələ keçirildi

    Gülənə qarşı əməliyyat: kassir qaçdı, 51 milyon ...

    1-08-2016, 23:57

  • 
  • FƏTULLAH GÜLƏN MİSİRƏ SIĞINA BİLƏR - “Mülayim islam” layihəsi Orta Asiya və Qafqaza okeanın o tayından gəlib?

    FƏTULLAH GÜLƏN MİSİRƏ SIĞINA BİLƏR - “Mülayim ...

    23-01-2019, 15:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (487)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu