GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AHİK qazilərə anında pulsuz yollayış verir, SXA 15 faiz haqq tutur – SƏBƏB?

AHİK qazilərə anında pulsuz yollayış verir, SXA 15 faiz haqq tutur – SƏBƏB?

Tarix: 17-03-2023, 21:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 306

Adam Allahı unutmasın gərək, Qarabağ qaziləri, savaş əlilləri  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyevə müraciət edən kimi heç bir ödəniş etmədən sanatoriya – kurort yollayışları ilə təmin olunurlar. Belə anında göstərilən diqqət və qayğı bir yandan hörmətli millət vəkilinin qardaşının və bütün yaxın qohumlarının 1-ci -2-ci Qarabağ savaşında şəhid, qazi olmalarıdırsa, o biri yandan özünün və rəhbərlik etdiyi kollektivin işlərinə olan ilgisidir. Başqa sözlə, AHİK başçısı və həmkarları doğrudan – doğruya görəvlərinin başındadır. Nə yazıq, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) haqqında bunu demək mümkün deyil. Agentlik açıq – aşkar sərgiləyici formada Qarabağ qazilərinə xidmətdən imtina edir. Yollayışla təminatın onun görəvinə aid olmadığını NK-nın 12.08.2002 tarixli qərarı ilə əsaslandıran SXA yetkililəri bilərəkdən, ya bilməyərəkdən unudur ki, indiyədək SXA yox idi, ƏƏSMN və yanındakı qurumlar əlillərin sanatoriya-kurort müalicəsini, istirahətini yüksək səviyyədə təşkil edirdilər. Yəni SXA-nın işi yollayışla təmin etmək yox, yollayışla təminatı təşkil etməkdir. Prezidentin 30.06.2020 tarixli fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsində də sözügedən agentliyin vətəndaşların  yollayışlarla təmin edilməsini təşkil etmək görəvi əks olunub. Görəsən, SXA niyə Prezident fərmanı ilə təsdiq olunmuş görəvini icra etməkdən imtinasını NK-nın 20 il qabaqkı qərarı ilə əsassız əsaslandırır? Bəyəm bilmir ki, Prezident fərmanı NK qərarından aşağıda tutula bilməz? 

Bir ay öncənin söhbətidir, ürəyimizdə yaranan ağrılar döyüş dostumla birgə AHİK sədrinə Bilgəh kardioloji sanatoriyasına yollayış verilməsi üçün müraciət etməyimizə nədən oldu. İnanın, heç bir həftə çəkmədi, lüks yollayışlar artıq hazır idi. Bundan sonrasına baxın, AHİK -in şöbələri nəinki yollayış verdi, hələ üstəlik, maddi yardım da göstərdi, di gəl, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi AHİK -dən göndərilən yollayışın 15 faizi həcmində ödəniş tələb edib, 162 manatı qəbz vermədən aldı. 

Bundan qabaq da belə olmuşdu, AHİK -dən müharibə əlilinin adına göndərilən yollayışa görə ƏƏSMN-də pul tələb edilmişdi. Belədə sual doğur : Sosial Xidmətlər Agentliyi nəyə xidmət edir, büdcədən bu qurumun saxlanılmasına, ofisinə milyonlar xərclənməsinə nə ehtiyac var? 

Sosial Xidmətlər Agentliyi Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində Qarabağ qazilərinin reabilitasiyasını təşkil etməkdən də imtina edir. Amma AHİK yox! Fikrimizcə, SXA-nın səlahiyyətlərinin AHİK -ə verilməsi daha məqsədəuyğun olardı . Qarabağ əlilləri, qazilər həm yollayışla pulsuz təmin olunar, həm reabilitasiya hüquqlarından yararlanar, həm də mənzil yiyəsi olardılar. 


Eldəniz

“Gündəm Xəbər”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əlilliyi olan şəxslərin, şəhid ailələrinin reabilitasiya , istirahət hüquqları pozulur

    Əlilliyi olan şəxslərin, şəhid ailələrinin ...

    19-07-2022, 14:38

  • 
  • Sosial Xidmətlər Agentliyi tənqidə görə qaziyə xidmətdən imtina edir - GİLEY

    Sosial Xidmətlər Agentliyi tənqidə görə qaziyə ...

    13-12-2021, 14:55

  • 
  • Sosial Xidmətlər Agentliyinin ailə dağıtmaq xidməti

    Sosial Xidmətlər Agentliyinin ailə dağıtmaq ...

    12-10-2021, 19:03

  • 
  • Prezident Administrasiyasının 1111 çağrı mərkəzi qazinin şikayətinə baxmaqdan imtina edir

    Prezident Administrasiyasının 1111 çağrı mərkəzi ...

    2-09-2022, 16:52

  • 
  • “Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası

    “Təhsil” istirahət mərkəzidir, yoxsa islah ...

    5-08-2022, 11:30


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (382)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu