GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Zakir Fərəcovu müttəhimlər kürsüsünə aparan yol: 50 milyonluq iddia

Zakir Fərəcovu müttəhimlər kürsüsünə aparan yol: 50 milyonluq iddia

Tarix: 8-09-2023, 21:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 475

Bir müddət öncə  Sumqayıt Şəhər İcra Hakimiyyətində maliyyə yoxlamaların başladığı haqqında məlumatlar yayılmışdı. Məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun son üç illik fəaliyyət dövrünün maliyyə nazirliyinin qrupu tərəfindən araşdırıldığı qeyd olunub. Artıq yoxlamaların ilkin nəticələri də ortaya çıxmaqdadır.  Mənbənin bildirdiyinə görə Z.Fərəcovun ən ciddi maliyyə pozuntularından biri şəhər stadionu ilə bağlıdır. Arenada yenidənqurma işləri ötən ilin dekabrında başa çatsa da, hələ də istifadəyə verilməyib. Yoxlamalar zamanı məlum olub ki, stadionda kifayət qədər ciddi problemlər var. Layihədə nəzərdə tutulan bir çox detallar icra edilməyib ki, bu da maxinasiyaların olması anlamına gəlir. Bu səbəbdən Sumqayıt kimi şəhərin stadionu azarkeşlərin və eyniadlı klubun istifadəsinə verilmir. Bu barədə yeni məlumatda bildirilir ki, yaxın vaxtlarda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov işdən azad ediləcək. Stadionun açılışı da yeni başçının təyinatından sonra reallaşacaq. Belə ki, yoxlamaların təkcə Maliyyə Nazirliyi deyil, həmçinin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də həyata keçirirmiş. Əldə etdiyimiz məlumata görə, sözügedən qurum bir həftədir Sumqayıt şəhər Təhsil, Səhiyyə, Kommunal Təsərrüfat idarələrində genişmiqyaslı araşdırmalara start verib. Artıq ilk yeyinti faktının aşkarlandığına dair məlumatlar da var. Həmin məlumata görə, KQMBİ-nin ilk araşdırması Sumqayıt Şəhər Səhiyyə İdarəsində həyata keçirilib. Həmin araşdırma nəticəsində 6 milyon 427 min manat yeyinti aşkarlanıb. Dövlət qurumu bu yeyintinin birbaşa İcra Hakimiyyətinin əliylə aparıldığını aşkarlayıb. Məlumatda vurğulanır ki, məsələdən xəbərdar olan Sumqayıtın icra başçısı Zakir Fərəcov danışıqlar aparmağa çalışsa da, buna imkan belə verilməyib.

Bu arada Külli miqdarda mənimsəmədə təqsirləndirilən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Gündüz Əliyev, onunla birgə ittiham olunan “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinin sabiq baş mühasibi Gülnarə Bayramova və tanışları – Elxan Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib. İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələri ilə yekun ittiham elan edilib.

Bundan əvvəl isə Sumqayıtın icra başçısı Zakir Fərəcovun bacısı oğlu Elgizlə bağlı cinayət işi açılmışdı. Hüquq mühafizə orqanları tərəfindən qaldırılan cinayət işinə səbəb isə Abşeron rayonunda, xüsusən də Mehdiabad kəndində torpaq sahələrinin kütləvi şəkildə satılması göstərilir. Məlumatda deyilir ki, çoxsaylı şikayətlərə əsaslanan proses zamanı Mehdiabad kənd İcra Nümayəndəliyi və yerli bələdiyyənin bir neçə üzvü saxlanılıb. Onlar verdikləri ifadələrində Elgizin adını çəkiblər və torpaq satışı məsələsində söz sahibi olmadıqlarını bildiriblər. Bundan sonra isə icra başçısının bacısı oğlu istintaqa dəvət olunub və dindirilib. Lakin onu saxlamayıblar. Zəmanətlə sərbəst buraxıblar.Məlumatlarda hazırda Zakir Fərəcovuin bacısıoğlunun ölkədən çıxmamaq şərti ilə sərbəst buraxıldığı deyilir. Bildirilir ki, buna da dayısının xahişləri nəticəsində müvəffəq olub.
Son xəbərlərə görə, hazırda Elgizlə bağlı qaldırılmış cinayət işi üzrə istintaq gedir. Zakir Fərəcov belə prosesə müdaxilə edə bilmir. Onun bir neçə dəfə istintaq orqanlarına yanaşaraq, məsələni həll etmək cəhdləri isə alınmayıb. Fərəcovun qorxusu bacısı oğlunun uzun müddət həbsdə yatması deyil. Onu narahat edən məsələ odur ki, Elgiz istintaqda onun da adını çəkə bilər ki, bu da icra başçısı üçün əlavə baş ağrısıdır. Yeri gəlmişkən bu işlə bağlı icra başçısının digər bacısı oğlu, Sumqayıt Mənzil Təsərrüfat İstehsalat birliyinin rəhbəri Hüseyn Sovet oğlu Həsənovun da adı hallanır. Bu arada Zakir Fərəcovun bacısının həyat yoldaşı olduğu deyilən, “Sumqayıt Nəqliyyat” MMC-nin rəhbəri olmuş mərhum Xannı Rüstəmovla bağlı maliyyə qalmaqalının araşdırıldığı da iddia olunur.

“Paşa Bank” Açiq Səhmdar Cəmiyyəti (ASC) Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Fərəcov Zakir Fərəc oğlunu məhkəməyə verib. “Azərbaycan Reallığı” xəbər verir ki, Buna səbəb Zakir Fərəcovun birbaşa tabeçiliyində olan “Sumqayıt Nəqliyyat-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) və Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) banka külli miqdarda kredit borcunun olmasıdır. İşə avqustun 31-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Alıyevanın sədrliyi ilə baxılacaq. Cavabdeh qismində məhkəmədə Fərəcov Zakir Fərəc oğlu da dindiriləcək.
Qeyd edək ki, “Sumqayıt Nəqliyyat-1” MMC-nin qanuni təmsilçisi Elgiz Fərəcov Novruz oğludur. İcra başçsının bacısı oğlu olan Elgiz Fərəcovun rəhbərlik etdiyi MMC-nin banka külli miqdarda borcu olduğu üçün ölkədən çıxışına da məhdudiyyət qoyulub. Elgiz Fərəcovun adı Saray bələdiyyəsinin sədri, 39 yaşlı Vəsilə Əbilhəsənovanın və onun həyat yoldaşının qətlində də hallanıb. Sözügedən cinayət hadisəsinə görə həmin vaxt Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində işləyən Elgiz Fərəcovun adı bir sıra rezonas doğuran hadisələrdə də keçib. Sonradan isə o öz işini heç nə olmamış kimi Abşeronda olduğu kimi Sumqayıt şəhərində də davam etdirib.
Sumqayıt şəhər rəhbəri Zakir Fərəcov son həftələr ən çox xoşagəlməz xəbərlərlə medianın diqqət mərkəzinə gəlir. Adətən belə xronologiya həmin məmurun president tərəfindən işdən azad edilməklə cəzalandırılması ilə müşayiət olunur. Bu dəfə də nəticənin eyni olacağı gözlənilir. “Sumqayıtın Elmar Vəliyevi” adlandırılan Z.Fərəcovun son problemi ilə bağlı ilginc məlumatlar əldə etmişik. Gələn məlumatlar arasınd maraq doğuran məlumatlardan biri də Sumqayıt şəhər icra hakimiyyətinin Dövlət Gömrük Komitəsinə 3 mln, Paşabanka 4 mln.800min manat borclu olmasıdır. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin məlumatına görə bu pulların Z.Fərəcovun yaxın qohumu olan mərhum Xannı Rəsulava verildiyi bildirilir. Məsələ ilə bağlı o dövrdə ölkə mediasında yer alan xəbərdə deyilir: “dövrü mətbuatda “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Xannı Rüstəmovun ölkədən qaçdığı barədə məlumat yayılıb. Həmin xəbərlərdə Xannı Rüstəmovun külli miqdarda pul götürərək güya ölkəni tərk etməsi önə çəkilib.

Sumqayıtın icra başçısı Zakir Fərəcovla bağlı cinayət işi açıla bilər. Buna səbəb bir qrup sahibkarın Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etməsidir. İş adamlarının  verdiyi məlumata görə, artıq Baş İdarədə etdikləri müraciət icraata götürülüb. Belə ki, 23-174-01-02-001204 müraciət üzrə icrası həvalə edilib. Onlar bildirilər ki, həmin müraciət hələ 2016-cı ildən başlayan borc qalmaqalı ilə bağlıdır. “Zakir Fərəcov bizim Sumqayıtdda gördüyümüz işlərin pulunu 7 ildir vermir. Dəfələrlə onunla görüşüb, problemin dinc yolla həllinə çalışdıq. Lakin o, bizi gah hədələdi, gah həbslə qorxutdu, gah da Sumqayıta girişimizə qadağa qoydurdu. Uzun çək-çevirdən sonra qərfara aldıq ki, birgə rəsmi qurumlara müraciət edərək, məsələni hüquqi yolla həllinə nail olaq. Ona görə də, KQMBİ-yə mütraciət etdik. Artıq müraciətimiz icraata götürülüb. Ümid edirik ki, yaxın zamanlarda məsələ ilə bağlı araşdırmalara start verilər”.

Qeyd edək ki, Zakir Fərəcovla iş adamları arasında baş verən borc qalmaqalı heç də kiçik məbləği əhatə etmir. Bəzi məlumatlara görə, təkcə şikayət edən sahibkarlara icra başçısının borcu 10 milyon manatdan çoxdur. Bir digər məlumata görə isə Fərəcov təkcə, şikayətçi olanlara borclu deyil. Onun kənarda da ciddi borcları var. Bu rəqəmlərin isə üst-üstə 50 milyon manat təşkil etdiyi deyilir.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Fərəcov idarə müdirlərini hədələdi, birini zaldan qovdu

    Zakir Fərəcov idarə müdirlərini hədələdi, birini ...

    10-09-2015, 18:48

  • 
  • Zakir Fərəcov Eldar Əzizovun iki kadrını "vurdu" - Sumqayıt İH-də ilk dəyişikliklər

    Zakir Fərəcov Eldar Əzizovun iki kadrını ...

    7-09-2015, 14:08

  • 
  • Zakir Fərəcovun və qohumlarının Sumqayıtdakı biznesi - FOTO

    Zakir Fərəcovun və qohumlarının Sumqayıtdakı ...

    7-10-2015, 19:56

  • 
  • Zakir Fərəcov xidməti avtomobilini təhvil vermədi

    Zakir Fərəcov xidməti avtomobilini təhvil vermədi ...

    3-09-2015, 23:05

  • 
  • Zakir Fərəcovun Bakı meri gətirilməsinə RƏSMİ MÜNASİBƏT

    Zakir Fərəcovun Bakı meri gətirilməsinə RƏSMİ ...

    9-12-2013, 17:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu