GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məmmədli bələdiyyəsinin səhv qərarı sakinləri üzüzə qoyub - FOTO/FAKTLAR

Məmmədli bələdiyyəsinin səhv qərarı sakinləri üzüzə qoyub - FOTO/FAKTLAR

Tarix: 21-02-2024, 14:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 538

   Məlumdur ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası, mərhum prezidentimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilir. Həmin vaxtlarda dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlar nəticəsində, eyni zamanda Avropa Şurasının təklifləri nəzərə alınmaqla, ölkəmizdə ilk dəfə olaraq bələdiyyə institutu yaradılır. Qeyd edək ki, yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir formasıdır ki, bu forma onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirməyə imkanı verir. Bundan əlavə, bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata keçirən qurumdur.

      Düzdür, ötən illər ərzində bir çox bələdiyyələr öz fəaliyyətləri nəticəsində seçici etimadını qazansalar da, bəzi bələdiyyələr isə yerli sakinlərin inamsızlığını, hədsiz nifrətini və s. qazanmışlar. Buna da əsas səbəb, məhz onların fəaliyyətsizliyi və üzərinə düşən vəzifələrinin öhdəsindən lazımınca gələ bilməmələri olmuşdur. Bəli, KİV nümayəndəsi olaraq indiyə kimi bir çox bələdiyyələrin qanundan kənar fəaliyyətləri ilə bağlı silsilə tənqidi məqalələr yayımlamışıq və baş verənlərlə bağlı aidiyyatı qurumları lazımınca da məlumatlandırmışıq. Faktdır ki, belə bələdiyyələrdən biri də, vaxtilə mərhum Vaqif Nəbiyevin sədrlik etdiyi Abşeron rayonu Məmmədli bələdiyyəsi olmuşdur. Çünki, illər öncə bu bələdiyyənin rəhbərliyi tərəfindən elə bir formada qanunsuzluqlara qol qoyulur ki, bu yöndə atılan addımların “ağrı-acısı” ilə, bu gün də bir çox şəxslər üzüzə qalmaqdadırlar. Qeyd edək ki, Tağıyeva Nuranə Bəylər qızı 2004-cü ildə Abşeron rayonu Məmmədli bələdiyyəsindən torpaq sahəsi alır və o, aldığı torpaq sahəsini bağışlanma yolu ilə oğlu Nurlan Paşa oğlu Tağıyevə və qızı Əfsanə Paşa qızı Rzayevaya verir. Çox keçmir ki, hər iki şəxs Məmmədli bələdiyyəsinin “tora saldığı” şəxslərdən olurlar. Məsələn, bir neçə ildir ki, olmazın problemə düçar olan və bu gün də qeyd olunan problemin həllinə nail ola bilməyən Nurlan Tağıyevin və Əfsanə Rzayevanın gundemxeber.az xəbər portalının redaksiyasına ünvanladıqları video-müraciətə diqqət yetirdikdə bəlli olur ki, hər iki şəxsin üzüzə qaldıqları  problem də olduqca ciddi problemlərdən biridir. Belə ki, Nurlan Tağıyev və Əfsanə Rzayeva Abşeron rayonu Məmmədli bələdiyyəsinin əməllərindən Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi müraciət edib, “Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 23.05.2014-cü il tarixli, 05/118 saylı qərarının ləğv olunması” barədə qərar qəbul olunmasını xahiş edirlər. Hər iki şəxs iddianı onunla əsaslandırırlar ki, Abşeron rayonu, Məhəmmədi kəndində onların adına, yəni iddiaçı Rzayeva (Tağıyeva) Əfsanə Paşa qızının adına 0,017 (ha) reyestr nömrəsi 308013137203 və Tağıyev Nurlan Paşa oğlunun adına 0,0175 (ha) reyestr nömrəsi 308013137202 torpaq sahələri var. Həmin torpaq sahələrində inşa olunan tikililərin əsas giriş- çıxış yolu olan dəmir darvazaların qarşısında qeyri-qanuni tikinti işləri həyata keçirilmiş və hal-hazırda həmin tikilinin içində heyvan alqı-satqısı ilə məşğul olurlar.Təqribən iki metr hündürlüyündə olan tikilinin içində heyvan alqı-satqısı ilə məşğul olmaq hüquqi baxımdan yolverilməzdir. Çünki, tikili yol kənarında və yaşayış evlərinin yaxınlığında yerləşir. Belə bir səbəbdən də, heyvanların mələşmələri, səsküy salmaları və s. ətrafda narahatçılıqlar yaradır ki, bu da sakinlərin haqlı narazılıqlarına səbəb olur. Bundan əlavə, yəqin ki, heyvan alqı-satqısı ilə məşğul olmaq üçün aidiyyatı dövlət qurumlarından alınmalı olan hüquqi sənəd də yoxdur. O halda sual oluna bilər ki, nəyə görə hüquq-mühafizə orqanları,  bələdiyyə qurumu, RİH əməkdaşları və s. tərəfindən belə bir qanunsuz fəaliyyət növü ilə məşğul olan şəxslərə qarşı ciddi tədbirlər görülmür? Bəlkə zamanı çatmayıb?

Qeyd olunan torpaq sahəsi Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən 23 may 2014-cü il tarixdə, Məmmədli Bələdiyyəsinin alqı-satqı predmeti olan 175 kvm. və ya 0.0175 ha torpaq sahəsinin fərdi ev tikmək məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün, həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə 05/118 saylı qərar qəbul edilir. Diqqət yetirmək lazımdır ki, həmin torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşir. Bundan əlavə, həmin sahə ümumi istifadədə olduğundan, iddiaçıların mülkiyyətində olan evlərin darvazasının qarşısını kəsdiyindən, şəhərsalma və tikintiyə dair normativ sənədlərdə tikinti ərazilərinin və obyektlərin yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirləri qaydalarına riayət edilməsinə imkan vermədiyindən, bələdiyyənin qərarı qanunsuz hesab olunmalıdır. Bütün bunlara baxmayaraq, Sumqayıt İnzibati Məhkəməsinin 27.09.2023-cü il tarixli, 2-1(118)-4122/2023 nömrəli qərardadı ilə bu iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Belə olan halda iddiaçılar qərardan apellyasiya şikayəti verib, iddianın mümkün sayılmamasına dair qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edirlər.

İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırırlar ki, məhkəmələrdə aylarla, illərlə vaxt itirməmək üçün bələdiyəyə müraciət etsələr də, onlar bələdiyyədən imtina cavabı alırlar. Bütün bunlara baxmayaraq, hər iki şəxs əlverişsiz inzibati akt barədə, yəni “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq məlumatlandırılmırlar. Həmin Qanunun tələblərinə əsasən ilk növbədə, inzibati icraatı aparan inzibati orqan icraatın maraqlı şəxslərini məlumatlandırmalı idi. Belə bir addım atılmadığından, hazırkı qərardad ləğv edilməli və iş icraata qəbul olunmalıdır.  Faktdır ki, hazırkı iş üzrə iddiaçının əsas tələbi Məmmədli Bələdiyyəsinin 23.05.2014-cü il tarixli, 05/118 saylı qərarının ləğv edilməsindən ibarətdir. Məhkəmə isə müddətin ötürülməsi səbəbi ilə iddianın təmin olunmasını mümkün hesab etməmişdir və çıxarmış olduğu qərardadında qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən bələdiyyə qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 27 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, hal-hazırda mübahisə predmeti olan Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 23.05.2014-cü il tarixli, 05/118 saylı qərarı- 27 dekabr 2022-ci il tarixli məktubla təqdim edilmiş və iddiaçılar da həmin vaxtdan qeyd olunan qərardan xəbərdar olmuşlar. Bütün bunlara baxmayaraq, bələdiyyə qərarı məhkəmədə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün, qanunvericilikdə təsbit olunmuş 30 gün müddətin ötürüldüyü vurğulanmışdır.


       Onu da bildirək ki, iddiaçılar cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı da iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər və Orucov Yaqub Hüseyn oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, giriş-çıxış darvazasının qarşısında tikilmiş daş çəpərin sökülməsi barədə qərar çıxarılmasını xahiş edirlər. Məhkləmə isə belə bir iddia tələbi əsasında araşdırma aparıb lazımi qərarını qəbul etmək əvəzinə onu qeyd edirr ki, ilk öncə bələdiyyə qərarı ləğv olunmalıdır, daha sonra isə çıxarışın ləğvi ilə bağlı iddiaya baxılmalıdır. Belə olan halda iddiaçılar Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 2014-cü il 27 may tarixli, 05/118 saylı qərarının ləğv edilməsi barədə bələdiyyəyə ərizə ilə müraciət etsələr də, Bələdiyyə tərəfindən onlara cavab verilmir.


    Təəssüf doğuran hal odur ki, Nurlan Tağıyevin və Əfsanə Rzayevanın adına olan torpaq sahələrində inşa olunan tikililərə məxsus çıxış yolu, Yaqub Orucov adlı şəxs tərəfindən inşa olunmuş tikili ilə bağlansa da, hər iki şəxsin üzüzə qaldığı problemlə bağlı bu gün də lazımi araşdırmalar aparılmır. Bir sözlə, Məmmədli Bələdiyyəsi lazımi addımını atmır, Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi isə, məhz cavabdehlərin maraqlarına uyğun qərarlarını elan ediblər. Belə bir səbəbdən də, Nurlan Tağıyev və Əfsanə Rzayeva bu gün də getgəldədirlər. Qeyd edək ki, hər iki şəxs üzüzə qaldıqları belə bir problemlə bağlı xeyli müddət bundan öncə Ali Məhkəməyə müraciət etmişlər. İnanırıq ki, bu məhkəmə instansiyasında Sumqayıt İnzibati Məhkəməsindən və Sumqayıt Apellyasiya Məhkəməsindən fərqli yanaşma ortaya qoyulacaq və ədalətli qərar da çıxarılacaq.

Bəli, bütün bunları qeyd etməkdə başlıca məqsədimiz Nurlan Tağıyevə və Əfsanə Rzayevaya məxsus belə bir problemin varlığını ictimailəşdirməkdir və aidiyyəti dövlət qurumlarının diqqətini, məhz bu problemin varlığına yönəltməkdir. Ümidvarıq ki, indiyə kimi ölkə vətəndaşlarına “ayı xidmət” göstərənlər, bəlkə bu yazı yayımlandıqdan sonra “qış yuxusu”ndan ayıldılar və başları üzərində o böyük Yaradanın qüdrətini hiss edib, hər iki şəxsə məxsus bu problemi aradan qaldırmağa çalışacaqlar. Odur ki, həm gözləyək, həm də izləyək. Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.

 Mövzuya qayıdacağıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bələdiyyələrin statusu necə olacaq?

    Bələdiyyələrin statusu necə olacaq? ...

    25-05-2014, 12:48

  • 
  • Elçin Abdullayev: Bələdiyyələrin məqsədli şəkildə ölümcül quruma çevrilir

    Elçin Abdullayev: Bələdiyyələrin məqsədli şəkildə ...

    12-12-2012, 12:38

  • 
  • Bələdiyyə problemlərınə yeni bir baxış (ARAŞDIRMA)

    Bələdiyyə problemlərınə yeni bir baxış (ARAŞDIRMA) ...

    14-01-2014, 11:46

  • 
  • Qərib Məmmədovdan start siqnalı

    Qərib Məmmədovdan start siqnalı ...

    6-05-2013, 23:58

  • 
  • Azərbaycanda Konstitusiya günüdür

    Azərbaycanda Konstitusiya günüdür ...

    12-11-2013, 00:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (140)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu