GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Elçin Abdullayev: Bələdiyyələrin məqsədli şəkildə ölümcül quruma çevrilir

Elçin Abdullayev: Bələdiyyələrin məqsədli şəkildə ölümcül quruma çevrilir

Tarix: 12-12-2012, 12:38 Bölmə :Müsahibə Baxış: 1 212
“Məqsəd icra hakimiyyətinin təsir gücünün saxlanması və idarəetmənin itrilməməsidir”

Düz 13 iləvvə lAzərbaycanda bələdiyyə orqanları yaradıldı, bu quruma ciddi ümidlər var idi. Hesabedilirdi ki, nəhayət daha çox siyasi hakimiyyətin təsir dairəsində olan və onun tapşırıqlarını yerinə yetirən, siyasi mübarizədə tərəf olan icraorqanlarının səlahiyyətlərinin böyük hissəsi yerli özünü idarə orqanı olan bələdiyyələrə veriləcək. Beləliklə də, bu orqanın oturuşması müstəqil strukturun yaranması və bunun çoxpartiyalı sistemin inkişafına, şəffaflığa, dövlət quruculuğuna və insanların social durumunun inkişafına ciddi təsire dəcək. Ancaq bu gözləntilərin heç biri özünü doğrultmadı. Əvəzində bələdiyyələr ən lazımsız bir quruma çevrildi. Bütün bu məsələlərlə bağlı ölkəmizdə bələdiyyyə institutunda real vəziyyəti ciddi araşdırıb müəyyən nəticələri ortaya qoyan Demokratik Təsisatlar və İnsan Hüquqlari İctimai Birliyinin sədri ElçinAbdullayev suallarımıza cavab verib.

- Azərbaycanda ən ciddi problemlərdən biri Bələdiyyələrin fəaliyyətində olan durğunluqdur. Hansı məqsədlə Bələdiyyələrin fəaliyyəti nəzərə çarpmır?
- Sovet quruluşu dağıldıqdan sonraAzərbaycanda yeni stuasi yarandı. Qərbə üz tutmasını bəyan edən Azərbaycan yeni dəyərlərinin öyrənilməsinə və tətbiqi başlamalı idi. Artıq 13 ilə yaxın bir dövr olsa da bizdə yerli özünün idarəetmə institutuları tam formalaşmayıb. Məsələn, qonşu ölkələrin təcrübəsinə baxsaq, xüsəsən qardaş Türkiyənin Bələdiyyə orqanları ölkənin siyasi, iqtisadi, sosial və ictimai həyatında ciddi təsirlərə malikdir və xüsusi rol oynayırlar. Bələdiyyə şəhərin adablaşdırılmasından tutmuş, bütün infrosturkturunyaradılmasında çox ciddi rola malik, hətta hərbi xidmətin təşkilində əsas rol oynayır. Amma bizim ölkədə Bələdiyyələr dövlət qurumun, xüsusən icra hakimiyyətinin bir qolu və ya filialı kimi, bəzən torpaq satan orqan kimi yadda qalıb. Bütün bunlar göstərir ki, Azərbaycanda Bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi inkişaf üçün xeyli işlər görülməlidir.
Elçin Abdullayev: Bələdiyyələrin məqsədli şəkildə ölümcül quruma çevrilir
- Sizcə bu qurumun inkişafı üçün nələr etmək lazımdır? Qurumun aktivləşməsində nələr çatmır?
- Bilirsiniz ümumiyyətlə demokratik dövlətlərdə bələdiyyələr çox ciddi qurumlardır. Bizim Bələdiyyələr məqsədli şəkildə maliyyə asılılığından asılı bir vəziyyətə çevrilib. Ümumilikdə Azərbaycanda bələdiyyə gəlirlərinin ümumi həcmi dövlət büdcəsinin 0.3 %-dən belə azdır. Halbuki müqayisə üçün bu göstərici Hollandiyada 61.35 %, Polşada 33.4%, ABŞ-da 25.5%, İngiltərədə 28.06%, Türkiyədə 12.97%, Estoniyada 12 %, Ukraynada isə 10.5 % olur. Hesab edirəm ki, bizim üçün Türkiyə, Ukrayna və Estoniya bələdiyyə orqanlarının bu rəqəmi nümunə ola bilər.
İkinci tərəfdən, Bələdiyyə büdcələrinə paylı vergilərin ayrılması Bələdiyyə gəlirlərinin həcminə müsbət təsir göstərə bilir. Xarici ölkələrin məsələn, Almaniya Federativ Respublikasında federal büdcədə toplanan gəlir vergisinin, satış vergisinin bir hissəsi, əmlak və iş yerlərindən alınan vergilərin isə tamamı yerli büdcələrə yönəldilir. ABŞ-da da yerli büdcələrin əsas gəlir mənbələri kimi əmlak və gəlir vergisi önə çıxmaqdadır. Litvada daha çoxdur- 78%-dir. Beynəlxalq təcrübə göstərir ki, sənaye ölkələrində yerli özünüidarə orqanlarının gəlirlərinin 40%-ni, inkişaf etməkdə olan ölkələrdə isə 50%-ni təşkil edən transfertlər arasında əsas hissə paylı vergilərə məxsusdur.Lakin Azərbaycan hökuməti məqsədli şəkildə bələdiyyələrin ölü qurumlara çevrilməsi üçün məqsədli siyasət aparır. Hesab edirəm ki, bu doğru siyasət deyil.

- Burada əsas məqsəd nədir?
-Yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı malik olan qurum bu gün maddi imkansızlıq və gəlirlərin azlığından öz mahiyyətini itirib.Burda yerli məmurların da maraqları bu prosesin yetişməsinə gətirib çıxarır. Torpaq satışını əsas gəlir mənbəyinə çevirən yerli icra məmurları istəmir ki, yerli özünüidarəetmə orqanı inkişaf etsin. Demokratik dəyərlərin inkişaf etdiyi ölkədə, icra hakimiyyətinin xeyli səlahiyyətləri məhdudlaşdırlıb, yerli özünüidarəetmə orqana verilib. Lakin icra hakimiyyəti bu məsələdə həssasdır və buna görə bələdiyyələri özlərindən asılı vəziyyətdə saxlayırlar.

- Sizcə, qanunların təkmilləşdirilməsi bu problemi aradan qaldıra bilərmi?
- Bələdiyyələrin statusu haqqında qanuna görə Bələdiyyələrin kifayət qədər hüquqları var. Bələdiyyələr sosial müdafiənin və sosial inkişafın, iqtisadi inkişafın və ekoloji problemlərin həlli üçün müvafiq proqramlar həyata keçirə bilər. Bu proqramlar Yerli sosial müdafiə, sosial və iqtisadı inkişaf, ekoloji və s. proqramlarında məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial, iqtisadi və ekoloji inkişaf məsələlərini həll etməkdən ibarət olmalıdır. Lakin bu gün Bələdiyyələrin fəaliyyətində geniş sistemli tədbirlər planına rast gəlmirik. Qanuna uyğun olaraq Bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər. Lakin bu təcrübədə kifayət qədər deyil. Bələdiyyələr maddi imkanları artırılmaq üçün Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Bələdiyyələr Bələdiyyə lotereyaları buraxa, kreditlər alıb-verə bilər, Bələdiyyə bankları və digər maliyyə-kredit idarələri yarada bilərlər. Ancaq biz hələ də belə ciddi təsisatlara malik olan bir qurumun fəaliyyəti ilə tanış deyilik. Bələdiyyə xüsusi xidmət əldə etmək üçün sifarişçi təsisat kimdə demək olar ki, zəifdir.

- Bələdiyyələrə ictimai nəzarət hansı səviyyədədir?
- Qanunda bir başa Bələdiyyələrin hesabatlığına dair bir neçə ciddi məqamlar var. Yerli rəy sorğuların keçirilməsi və bu sorğuların müzakirəsi və mümkün olan təkliflərin nəzərə alınması həyata keçirilməlidir. Bələdiyyə üzvü 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verməlidir. Əhalisi 500 nəfərdən az olan Bələdiyyələrdə yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək məqsədi ilə həmin bələdiyyə ərazilərində vətəndaşlar öz yığıncaqlarını keçirə bilər. Vətəndaşların yığıncaqları təşkili həyata keçirilməlidir. Bu məsələdə Bələdiyyələrin fəaliyyəti diqqəti cəlb etmir. Digər mühüm məsələ Bələdiyyələrin Məhəllə Komitələri faəliyyəti də Bələdiyyələrin inkişafı və fəaliyyətinə nəzarət üçün əhəmiyyətli məsələdir. Məhəllə Komitəsi görüləcək tədbirlərin siyahısını və növbəliliyini müəyyən edir və görülmüş işlərin uçotunu aparır. Lazım olan hallarda, lakin iki ayda bir dəfədən az olmamaq şərti ilə çağırılır. Məhəllə Komitəsi öz fəaliyyəti barədə altı ayda bir dəfə vətəndaşların yığıncağında hesabat verməlidir. Ümimyyətlə bu prosedurların həyata keçirilməsinə demək olar ki, əməl olunmur. Və bu da təəsssüf yaradır.

- Maraqlı məsələlərdən biri də bələdiyyələrə işə qəbulla bağlıdır. Aydın məsələdir ki, dövlət orqanlarında işə qəbulla bağlı vəziyyətin nə yerdə olduğu hər kəsə bəllidir. Bəs icra hakimiyyəti orqanlarından asılı olan bələdiyyətlərdə prosesi necə aparır?
- Yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir - Bələdiyyə qulluqçusu hesab edilir. Əslində Bələdiyyə maddi imkanları zəif olan bir qurum olduğu üçün potensial kadrların işə cəlb olunması real görünmür. Digər tərəfdən Bələdiyyə qulluqçusu orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilməlidir. Bələdiyyə qulluqçularının məzuniyyəti, əlavə ödənişlər, imtiyaz və zəmanətlərin verilməsi, başqa müavinətlərin təyin edilməsi və digər sosial təminatlar almaq hüququ var. Amma bugün baxaq hansı Bələdiyyə böyük maddi imkana malikdir ki, bunları təmin etsin. Digər tərəfdən yaxşı olar ki, Bələdiyyələr işə götürülmə prosesində şəffaflığın təmin olunması üçün bir neçə mühüm təşəbbüslə çıxış etməlidir. Tenderin elan edilməsi, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Seçim Komissiyasi yaratmalıdır. Yaxşı olar ki, bu elektron həyata keçirilsin. Bütün bunlar göstərir ki, Bələdiyyələrin qanunla onlara verilən statusa əməl olunması üçün ictimai maraqları və ictimai nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər görülməlidir.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bələdiyyələrin statusu necə olacaq?

    Bələdiyyələrin statusu necə olacaq? ...

    25-05-2014, 12:48

  • 
  • Müsahibimiz  “Avropa Demokratik Dəyərlərinin Təbliği Mərkəzi” İctimai Birliyinin sədri İntiqam Xudiyevdir.

    Müsahibimiz “Avropa Demokratik Dəyərlərinin ...

    10-06-2016, 12:01

  • 
  • İcra başçısı 23 bələdiyyəyə xərac kəsib

    İcra başçısı 23 bələdiyyəyə xərac kəsib ...

    8-11-2013, 14:41

  • 
  • Azərbaycanda sığorta tariflərinin tənzimlənməsi işi yeni quruma tapşırılır

    Azərbaycanda sığorta tariflərinin tənzimlənməsi ...

    4-03-2016, 11:38

  • 
  • Milli Şuranın liderləri səfirlərlə görüşdülər

    Milli Şuranın liderləri səfirlərlə görüşdülər ...

    26-05-2016, 22:26


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (341)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu