GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bələdiyyələrin statusu necə olacaq?

Bələdiyyələrin statusu necə olacaq?

Tarix: 25-05-2014, 12:48 Bölmə :Manşet Baxış: 0
Bələdiyyələrin statusu necə olacaq?
İlqar Hüseynli:
“Bələdiyyə üzvü olan xanımların passiv olmasının nəticəsidir ki, bu gün özünüidarə
orqanlarının fəaliyyəti əvvəlki illərlə müqayisədə daha iflic bir duruma düşüb”


Artıq 15 ildir ki, Azərbaycanda özünüidarə orqanı olan bələdiyyələr fəaliyyət göstərir. Bu müddət ərzində, 3 dəfə ölkədə bələdiyyə seçkiləri keçirilib. Bir sıra qanunvericilik aktları ilə bələdiyyələrin səlahiyyətləri müəyyən qədər artırılıb. Bundan başqa, bir neçə il öncə, həyata keçirilən tədbirlər nəticəsində bəzi bələdiyyələrin birləşməsi ilə onların sayı azaldıldı. İndi ölkədə 1718 özünüidarə orqanı vardır. Ötən 15 illik fəaliyyət bələdiyyələrin ciddi bir quruma çevrilməsi, cəmiyyətdə öz sözünü deməsi üçün demək olar ki, kifayətedici bir müddətdir. Bu əsas da maraqlıdır, görəsən, keçən müddət ərzində Azərbaycanda bələdiyyə strukturları özlərini nə dərəcədə doğrulda bildi, ümumiyyətlə bunu bacardılarmı? Başqa bir tərəfdən, son bələdiyyə seçkilərindən sonra burada təmsil olunan üzvlər arasında qadınların sayı 26 faizə qədər artırıldı. Bu xanımların prosesdə aktiv olmasına hesablanıb. Amma məsələ ondadır ki, kənd və rayon bələdiyyələrində zərif cins nümayəndələrinin sayının artması onsuz da aktivliyi ilə seçilməyən bu qurumların fəaliyyətinin daha da zəifləməsinə gətirib çıxarıb. Belə ki, kənd bələdiyyələrinə seçilən xanım üzvlər gündəlik fəaliyyətlərinin bir hissəsini işlədiyi dövlət müəssisəsində, qalan vaxtı isə evdə ailəsinə sərf etməklə məşğuldur. Bu fonda isə onların üzvü olduğu özünüidarə orqanları ilə əlaqələri demək olar ki, sıfır səviyyəsindədir. Bu hal da bələdiyyəni iflic duruma salan məqamlardandır.
Bələdiyyə məsələləri üzrə ekspert İlqar Hüseynli düşünür ki, 15 illik fəaliyyət dövründə Azərbaycanda bələdiyyələr özlərini əsl özünüidarə orqanları kimi göstərə bilmədi: "Azərbaycanda qəribə bir tendensiya formalaşıb. Struktur yaradılarkən və burada problemlər aşkarlananda, nəyə görəsə həmin sahənin inkişafına birbaşa cavabdeh olan hakimiyyət qurumları ölkənin müstəqilliyə yeni qədəm qoyması səhnəsini ortaya atır. Amma dünya praktikasında bu məsələdə də oturuşmuş təcrübə, hazır modellər var. Lakin Azərbaycanda həmin təcrübənin tətbiq edilməsində də geriləmə müşahidə olunur. Türkiyə, Fransa, Litvanın bələdiyyələrin inkişafı sahəsində ciddi modelləri var. Hansı ki, həmin modellərin ölkəmizdə tətbiqi sahəsində uzun müddət hər hansı bir problem görünmürdü. Amma 15 illik ötən müddət ərzində ölkəmizdə bələdiyyələrin inkişafına demək olar ki, heç bir real potensial qoyulmadı. Bu müddət ərzində bələdiyyələr barədə ancaq torpaq satan qurum imici formalaşdı. Sonradan bu prosesə də son qoyuldu və bələdiyyələr özünün maliyyə imkanlarını artırmaq imkanından tamamilə məhrum oldu. 15 illik dövr göstərdi ki, bələdiyyələr əslində icra hakimiyyəti strukturlarından asılı bir quruma çevrilib. Bələdiyyələrə geniş səlahiyyətlər verilməsi sahəsində heç bir ciddi addımlar atılmadı. 15 ildir ki, bir sıra səlahiyyətlər üzrə hələ də bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında ikili səlahiyyət hökm sürür. Səlahiyyətlərin real olaraq bölünməməsi fonunda isə özünüidarə orqanlarının işi də alınmır. Bu problem hələ də öz həllini tapmayıb. Bələdiyyə seçkilərinə yerli icra strukturlarının ciddi müdaxiləsi və müstəqilliyini itirmiş bələdiyyə şurası üzvlərinin inkişafı istiqamətində müstəqil mövqe sərgiləməməsi, bilavasitə prosesin tormozlanmasına əsas səbəblərdən oldu. Düzdür, bəzi müsbət nümunələr də var. Mərdəkan, Rəsulzadə, Yasamal bələdiyyələri model olaraq müəyyən inkişaf səviyyəsinə çatıblar. Ancaq onlar da dünyanın inkişaf etmiş bələdiyyələri ilə müqayisə ediləcək səviyyədə yetərli deyil. Qarşıdan gələn yeni seçkilərin nə dərəcədə obyektiv olacağını isə cari ilin dekabrında biləcəyik. Çünki, bələdiyyələrin inkişafında başlıca amil seçkilərin obyektivliyindən keçir".
Həmsöhbətimiz də qeyd etdi ki, bələdiyyə üzvü olan qadınların sayının artması bu qurumun fəaliyyətini daha da iflic edib: "Bələdiyyələrdə gender bərabərliyi və Avropa Xartiyasının bu sahədə balanslaşdırma siyasəti aparmaq məsələsini önə çəkərək, iqtidar icra hakimiyyəti və məktəblərdə çalışan qadınları formal olaraq özünüidarə orqanlarına cəlb etdi. Belədə onlar sadəcə olaraq, görüntü xarakterli balanslaşdırılmış gender aspekti yaratdılar. Amma məsələ ondadır ki, könüllü olaraq həmin xanımların namizəd qismində seçkilərə qatılması müşahidə olunmadı. Sadəcə olaraq total şəkildə, yuxarıdan aşağıya tapşırılmış siyasətin nəticəsində bu məqam baş tutdu. Xanımlar könüllü olaraq, bələdiyyə strukturlarında təmsil olunmaq niyyətlərini önə çəksəydi, bu gün qurumun işində fəal olaraq iştirak edərdilər. Amma gördüyümüz mənzərə, seçilən qadınların özünüidarə orqanlarında demək olar ki, fəaliyyətsiz olduqlarını göstərir. Onlar bu addımları ilə bələdiyyələrin passiv üzvlərinin sayının artmasına xidmət etmiş oldular. Proses gender bərabərliyinin təmin olunması üçün məcburi şəkildə olduğundan, bu gün seçilən həmin xanım bələdiyyə üzvlərinin əksəriyyəti demək olar ki, bələdiyyələrin işində iştirak etmirlər. Bunun nəticəsidir ki, bu gün bələdiyyələrin fəaliyyəti əvvəlki illərlə müqayisədə daha iflic bir duruma düşüb".
Həsən İSLAMOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

    Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri ...

    19-10-2019, 11:11

  • 
  • 78 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

    78 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb ...

    13-02-2018, 13:57

  • 
  • Elçin Abdullayev: Bələdiyyələrin məqsədli şəkildə ölümcül quruma çevrilir

    Elçin Abdullayev: Bələdiyyələrin məqsədli şəkildə ...

    12-12-2012, 12:38

  • 
  • Bələdiyyələrin funksiyası torpaq satmaqdan ibarətdir?!

    Bələdiyyələrin funksiyası torpaq satmaqdan ...

    17-07-2017, 17:35

  • 
  • Bələdiyyələr nə işlə məşğul olur

    Bələdiyyələr nə işlə məşğul olur ...

    26-03-2014, 23:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (91)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu