GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bələdiyyə problemlərınə yeni bir baxış (ARAŞDIRMA)

Bələdiyyə problemlərınə yeni bir baxış (ARAŞDIRMA)

Tarix: 14-01-2014, 11:46 Bölmə :Maraqlı Baxış: 830
Bələdiyyə problemlərınə yeni bir baxış (ARAŞDIRMA)
Evlərin sənədləşdirilməməsi ucbatından bələdiyyələr maliyyə vəsaitlərini yığmağda çətinlik çəkirlər

Azərbaycan Evlərin sənədləşdirilməməsi ucbatından bələdiyyələr maliyyə vəsaitlərini yığmağda çətinlik çəkirlər.

ANS PRESS-in məlumatına görə, bələdiyyələr Azərbaycanda keçən əsrin axırında yaranıb. Onların formalaşmasına 1999-ci ildə başlanılıb, lakin ötən vaxt ərzində onların fəaliyyətlərindən gözlənilən nəticələr alındığı hələ hiss olunmur. Avropa Şurasının müraciətini nəzərə alaraq bələdiyyələrin fəaliyyətlərinin koordinasiyasını yaxşılaşdırmaq məqsədilə 2006-ci ilin sonunda, 2007-ci ilin əvvəlində Azərbaycanın şəhər, qəsəbə və kəndlərində bələdiyyə Assosiyasiyaları yaradıldı, lakin onların hansı səbəbdən üç ayrı müstəqil qurumlara bölünməsi yenə də aydın deyil. Hətta, sırf iqtisadi baxımdan vahid bələdiyyə Assosiyasiyanın saxlanılması daha səmərəli olardı. Əhəmiyyətli məsələlərin müzakirəsində belə hal birliyin yaranmasına kömək etmir. Çox böyük ehtimalla, İqtisadi Təşəbbüslər Birliyinin idarə heyətinin sədr müavini Rovşən Ağayevin Kütləvi İnformasiya Vasitələrində dediyi “Azərbaycan məmurları bələdiyyə assosiyasiyalarının vahid güvvədə birləşməməsi üçün onların ayrılıqda yaradılmasına qərar veriblər“ fikri təsdiqlənmiş olur.

Həyat üçün əhəmiyyətli olan məsələlərin sərbəst həll edilməsi üçün yerli özünü idarəetmə orqanları vətəndaşlara qanun çərçivəsində şərait yaradır. Bir-birindən fərqli olan sosial müdafiə və iqtisadi inkişaf üçün yerli proqramları həyata keçirir. Yerli proqramların məqsədi – dövlət tərəfindən həyata keçirilən proqramlarda nəzərdə tutulmamış məsələlərin həlli, ya da onlara əlavələrin edilməsidir.

Yaranmış assosiyasiyaların effektivliyinə və maliyyə vəziyyətinin yaxşılaşdırmasına təkən verən məsələlərin işıqlandırılması məqsədi ilə bələdiyyə fəaliyyəti ilə məşğul olan insanlarla söhbət etdik. Onların qeydlərini oxucularımızla tanış edirik.

Yaradılmış assosiyasiyaların effektivliyi barəsində danışanlar qeyd etdilər ki, Azərbaycanın şəhər, qəsəbə və kənd bələdiyyə assosiyasıyaları Avropa yerli idarəetmə xartiyanın əsasında yaranıb. Fəaliyyət göstərdiyi müddətdə onlar bələdiyyələrə kömək etmək işində müəyyən inkişaf yolunu keçiblər. Assosiyasiyalar bələdiyyələrin inkişafına yönəldilmiş köməklikləri göstərməyə çalışırlar.

Bələdiyyələrin həll edə bilmədiyi məsələlərə kömək göstərilməsi üçün daim lazımı tədbirlər görülür. Əsasən bələdiyyələrin maliyyələşmə mənbələrinin kifayət gədər olmamasına və vəsaitlərin vaxtinda daxil edilməməsinə xususi diqqət verilir. Bələdiyyələrin əsas sabit maliyyə mənbələrini torpaq, əmlak və mədən vergiləri təşkil edir. Əmlak və torpaq vergilərinin maliyyələşmə işində müəyyən çətinliklər var. Bu çətinliklər ondan ibarətdir ki, hal-hazırda bütün vətəndaşları maraqlandıran bir məsələ var. O da evlərin sənədləşdirilməsidir. Çünki evlərin sənədləşməməsi ucbatından bələdiyyələr maliyyə vəsaitlərini yığmağda çətinlik çəkirlər. Vətəndaşlar hamısı bələdiyyə işçilərinin qarşısında evlərin sənədləşmə məsələsini qoyur. Bu məsələ bu vaxta gədər bir neçə dəfə qaldırilsa da həllini indiyədək tapmayıb. Bəzi məlumatlara görə bu məsələ yaxın vaxtlarda həllini tapmalıdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən kadastr xəritəsi hazırlanır. Bu xəritə hazırlandıqdan sonra evlərin sənədləşdirilməsi öz həllini tapacaq. Bu, ən vacib məsələlərdən biridir. Evlərin sənədləşdirilməsi aparılmasa, bu, bələdiyyələrin maliyyələşməsinə böyuk zərbə olacaq. Vətəndaşların ərazilərdə yerləşən evlərin təxminən 60%-i sənədsizdir. Vətəndaşların bəziləri deyir ki, mənim evimi sənədləşdirin, dövlət qeydiyyətindən keçirin, ondan sonra vergiləri ödəyim.

Maliyyələşmənin yaxşılaşmasına mane olan digər səbəblərdən biri də çoxmərtəbəli binalarda yaşayan sakinlərin onlardan bələdiyyə tərəfindən vergilərin yığılmasını düzgün hesab etməməsidir. Onlar evlərin özəl olduğunu və Mənzil İstismar Sahələrinə (MİS) verdiyi odənişləri buna bir səbəb kimi göstərirlər. Lakin bu vətəndaşlar MİS-ə yalnız binanın istismar və saxlanma xərclərini ödəyir. Özəlləşdirilmiş mənzil əmlak olduğu üçün onların sahibləri ildə bir dəfə qanunla nəzərdə tutulan əmlak vergisini bələdiyyələrə ödəməlidirlər. Çoxları yanlış hesab edir ki, MİS-ə vəsait keçirdiyindən bələdiyyələrə heç nə ödəməməlidirlər. Onlarda bu cür fikir yaranıb. Yaxşı olar ki, televiziya vasitəsilə elə maariflənmə işi aparılsın ki, vətəndaşlar əmlak vergisini bələdiyyələrə ödəsinlər. Onlar bilməlidir ki, əmlak və torpaq vergiləri qanuni ödənişlərdir.

Aparılan söhbətlər zamanı MİS-lərin ləğv edilməsi məsələsinə də toxunuldu. Onların huquqlarının kimə keçməsi və vəzifələrinin hansı qurumlara həvalə edilməsi suallarına da diqqət yetirildi. Həqiqətən də belə söhbətlər dəfələrlə qaldırılıb və onun həlli yolları müxtəlif variantlar səsləndirilib. İlk dəfə onların ləğv edilərək səlahiyyətlərinin bələdiyyəyə veriləcəyi gözlənilirdi. Sonra digər variantlar da ortaya çıxdı. Məsələn, müəyyən təsərrüfat hesablı yerlər yaranaraq binalara xidmət edəcəklər. Bu üsul özünü çox ölkələrdə doğruldub. Bələdiyyəyə verilsə, maliyyə məsələlərini kim həl edəcək? Nəticə etibarı ilə hər şey maliyyə ilə bağlıdır.

Bir məsələ də öz həllini gözləyir. O da Neft Şirkətinin torpaqlarında qanunsuz tikilən evlərin aqibətidir. Bu torpaqlar bələdiyyələrə qanunla ötürülməlidir, çunki Neft Şirkətinin bütün ərazisində qeyri-qanuni çoxlu evlər tikilib. Onları da vergiyə cəlb eləmək üçün o torpaqlar bələdiyyə torpaqlarına daxıl edilməlidir. Ona görə ki, onların sökülməsi mümkün deyil, çünki orada çoxlu insanlar yaşayır. Bu baxımdan sökmək çox çətindir. Məlumata görə, Baki şəhərində bu qəbildən olan 450-500 min ev var.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qərib Məmmədovdan start siqnalı

    Qərib Məmmədovdan start siqnalı ...

    6-05-2013, 23:58

  • 
  • Bələdiyyələr nə işlə məşğul olur

    Bələdiyyələr nə işlə məşğul olur ...

    26-03-2014, 23:43

  • 
  • Bələdiyyələrin statusu necə olacaq?

    Bələdiyyələrin statusu necə olacaq? ...

    25-05-2014, 12:48

  • 
  • Hakimiyyətin sirli seçki propaqandası

    Hakimiyyətin sirli seçki propaqandası ...

    30-04-2014, 09:54

  • 
  • Elçin Abdullayev: Bələdiyyələrin məqsədli şəkildə ölümcül quruma çevrilir

    Elçin Abdullayev: Bələdiyyələrin məqsədli şəkildə ...

    12-12-2012, 12:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (74)
İyul 2025 (584)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu