Gundemxeber.az » GündəmXəbər » İki MTK-nı çökdürən Bayram Yusifov da deputat olmaq istəyir – İDDİA
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədlər arasında xeyli maraqlı adlar var. Köhnə deputatlardan bəzilərinin namizədliyini verməməsi nə qədər diqqətdədirsə, deputat olmaq istəyən yeni namizədlər də o qədər maraqla qarşılanır.
Gundemxeber.az bildirir ki, afn.az-a daxil olan məlumata görə, deputat olmaq fikrinə düşənlərdən biri də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovdur. Onun hansı dairədən namizəd olacağı ilə bağlı hələlik dəqiq məlumatımız yoxdur, lakin namizədliyini vermək üçün hazırlıqlar apardığı bildirilir.
Bu ad əslində oxucularımız üçün yad deyil. Belə ki, bir müddət öncə B.Yusifovun haqqında iş adamının şikayətini ictimailəşdirmişik. Özü də iş adamı olan B.Yusifov 2015-2016-cı illərdə guya Nofəl Hacıyev adlı şəxsə 1.500.000 (bir milyon beş yüz min) manat pul verdiyini iddia edərək, Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus yaşayış binalarından 25 mənzil və 1000 kv. metrdən artıq qeyri-yaşayış sahəsinin qanunsuz olaraq öz adına rəsmiləşdirilməsinə nail olub. Halbuki, həmin mənzillər və qeyri-yaşayış sahəsi 2013 və 2014-cü illərdə qanuni şəkildə müxtəlif vətəndaşlara satılıb. Əslində isə Nofəl Hacıyevin rəsmi olaraq “Çinar AN” MTK-ya heç bir bağlılığı yoxdur. O, MTK-da nə payçı, nə də sədr olmayıb, bununla da mənzil satmaq, müqavilə bağlamaq səlahiyyətlərinə də malik olmayıb. Mənbə bildirid ki, Bayram Yusifov Nofəl Hacıyevi aldadıb, müqavilələrin sadəcə olaraq, sığorta üçün girov kimi verilməsini tələb edib, lakin verdiyi pulu aldıqdan sonra həmin 25 mənzilin və qeyri-yaşayış sahələsni də mənimsəyərək sahiblənmək üçün “Çinar AN” MTK-ya qarşı iddia ilə məhkəməyə müraciət edib.
B.Yusifovun əməlləri bununla bitmir. O, başqa bir şirkəti – “Təbriz” MTK-nı da ələ keçirərək “Çinar AN” MTK-nın gününə salıb. Hər iki MTK-ya ümumilikdə 13 milyon 130 min manat ziyan vurub. Bütün bu əməlləri hələ iş adamı olarkən törədən B.Yusifov Ağsaqqallar Şurasının sədr müavini olduqdan sonra da qarşısına başqa məqsədlər qoyub. Bunlardan biri Şuranın sədri olmaq idi, lakin buna nail ola bilmədi. Mərhum Fəttah Heydərovdan sonra bu vəzifəyə Eldar Quliyev gətirildi. İndi isə B.Yusifov deputat olmaq fikrinə düşüb. Maraqlıdır, ola biləcəkmi?!
B.Yusifovun mövqeyini verməyə hazırıq.
Gundemxeber.az
27-10-2022, 19:27
4-11-2022, 14:44
31-01-2015, 20:23
31-08-2015, 19:17
9-10-2015, 19:59
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?