GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Abdin Fərzəliyevin "zibilə qoyduğu" şəhərdə pişiklər də "intihar edir" - RƏZALƏT (FOTO/VİDEO)

Abdin Fərzəliyevin "zibilə qoyduğu" şəhərdə pişiklər də "intihar edir" - RƏZALƏT (FOTO/VİDEO)

Tarix: 24-07-2024, 15:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 527

Xeyli müddətdir ki, Abşeron rayonu ərazisində sosial problemlərin baş alıb getməsi, sərhəd tanımayan qanunsuzluqların hökm sürməsi, sakinlərin olmazın hoqqalarla üz-üzə qalmaları və s. kimi məsələ və problemlərin varlığı, ölkə gündəmində daha çox müzakirələrə səbəb olsa da, nədənsə Abdin Fərzəliyevin rəhbərlik etdiyi bu rayonda yenə də “köhnə hamam, köhnə tasdır”. Ola bilər ki, Abşeronda hökm sürən dözülməz vəziyyətin varlığına karın yazdığı məktubu korun oxuya bilməməsi səbəb olur. Söz yox ki, bu da irəli sürülən versiyalardan biridir. İndi isə keçək əsas mətləbə. 

Bu günlərdə redaksiyamıza Xırdalan şəhər sakinləri tərəfindən belə bir məlumat çatdırıldı ki, şəhərin Heydər Əliyev prospektinin ərazisi zibilliklər içindədir. Redaksiyamıza daxil olan bu məlumatdan sonra qeyd olunan ərazilərdə olduqda, gözlərimizlə gördüklərimizdən dəhşətə gəldik. Çünki, Ulu Öndərin adını daşıyan prospektin əraziləri elə bir rəzil vəziyyətdə idi ki, ümumi mənzərəni görənlərin başı gicəllənirdi.

Bəli, əvvəlcə prospektin ərazilərində müəyyən video-çəkilişlər həyata keçirdik və ilk əvvəl bu haqda Abşeron RİH başçısının müavini İlkin Əsədovu məlumatlandırdıq. O halda o, “Siz video-çəkilişləri mənə göndərin, qeyd olunan problemlə bağlı dərhal lazımi tədbirlərimizi görək” dedi. Düzdür, biz həmin çəkilişi İlkin Əsədova göndərdik, amma o, bu problemlə bağlı deyil, dərhal bizimlə bağlı lazımi tədbirini gördü. Yəni, İlkin müəllim dərhal telefonumuzu blokladı. Bu da bu şəxsin düşüncəsinə görə “dərhal görülən tədbir” oldu. Bəli, bütün bunlar onu göstərir ki, Xırdalan şəhəri, Heydər Əliyev prospektinin sağ və sol hissələrinin zibilliklər içərisində boğulması, bir növ rayon rəhbərliyinin bu ilin 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək COP-29 konfransı ilə bağlı gördüyü “hazırlıq işləridir”.

GundemXeber.Az bildirir ki, İlkin Əsədovun belə bir yanaşmasından sonra, Heydər Əliyev prospektindəki dözülməz mənzərə ilə bağlı Abşeron RİH-nin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovu xebertv.info məlumatlandırmaq qərarına gəlir. Çox təəssüflər olsun ki, bu şəxsi məlumatlandırmaq üçün iki gün ərzində göstərilən cəhdlər baş tutmadı.

Sonradan özünü Kommunal Xidmətlər İdarəsinin baş mühəndisi deyə təqdim edən Vüsal adlı şəxs isə sayta “Siz Vəli müəllimi neynirsiniz? Vaxt edin görüşək, mən nə lazımdırsa edim, siz də həyata keçirdiyiniz həmin çəkilişləri yayımlamayın. Vəli müəllim indi istirahətdədir, zəng edib mən onun istirahətini heç cür poza bilmərəm” deyib. Məsələnin daha utandırıcı tərəfi ondan ibarətdir ki, zirzibil o qədər aşıb-daşır ki, hətta həmin yerdə dözülməz mənzərəyə tab gətirməyən və buna görə də “intihar edən” alabula pişiyin ölmüş cəsədini də görmək mümkündür.

Bütün bunlardan əlavə, Xırdalan şəhəri Abşeron rayonunun mərkəzi ərazisi hesab olunsa da, bu şəhərin ayrı-ayrı ünvanlarındakı zibil qabları olduqca köhnə olduğundan, onların çoxu sınıq-salxaq vəziyyətdədir. Faciə odur ki, şəhər ərazisində zibil tullantılarını daşıyan nəqliyyat vasitəsinə aid dövlət nömrə nişanı yoxdur. Torbalara yığılmış zibillər zibil maşınının sağ və sol hissələrindən asılır və belə bir vəziyyətdə də zibil maşını hərəkətdə olur. Bu da digər nəqliyyat vasitələrinin hərəkətlərinə çox ciddi maneələr yaradır.

Faktdır ki, qeyd etdiklərimiz bugünkü gündə Xirdalan şəhəri ərazisində yaşanan mənzərənin görünən tərəfləridir. Bütün bunlara baxmayaraq, Abşeron RİH-nin başçısı cənab Abdin Fərzəliyev ən mühün tədbirlər zamanı çıxış edib bildirir ki, “Abşeronun şəhər təsərrüfatında bütün işlər qaydasındadır”. O halda ortaya belə bir sual çıxır ki, görəsən icra başçısı Abdin Fərzəliyev düşünülmüş şəkildə insanları aldadır, yoxsa bu şəxs ölkə rəhbərinə yalan hesabatlar verməklə, bir növ özünü “sudan quru” çıxarmağa çalışır? Yaxud da, bu şəxsin verdiyi yalançı hesabatların arxasında nə kimi planlar durur?

Amma, onu da unutmaq olmaz ki, şəhər təsərrüfatına aid zibil qablarının, nəqliyyat vasitələrinin və s. olduqca köhnə, olduqca sınıq-salxaq vəziyyətdə olmasına səbəb, söylənilənlərə görə bu sahəyə kimlərinsə“əl qoyması" olur. Yəni, kimlərsə şəhər təsərrüfatına verilən nəqliyyat vasitələrinin, bir çox avadanlıqların “arxasına keçir”. Belə bir səbəblər üzündəndir ki, hal-hazırda Xırdalanın şəhər təsərrüfatı biabırçı vəziyyətdədir.

Qeyd edək ki, bu ilin noyabr ayında keçiriləcək COP-29 tədbiri ilə bağlı Bakı şəhərində ciddi hazırlıq işləri görülür, paytaxta bitişik Xırdalan şəhərində isə əməlli-başlıca anarxiyadır. Çünki, bu şəhərin ərazisində yaşanan problemləri zəng edib bir kimsəyə demək mümkün olmur. Səbəb də o olur ki, vəzifə sahiblərinin tam əksəriyyəti telefon zənglərinə cavab vermirlər. Bu da onu göstərir ki, icra başçısı Abdin Fərzəliyev üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirmir, yaxud da yerinə yetirməyi bacarmır.

GundemXeber.Az olaraq yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abdin Fərzəliyev rayondakı idarə müdirlərindən pul yığır

    Abdin Fərzəliyev rayondakı idarə müdirlərindən ...

    3-10-2014, 15:31

  • 
  • Abdin Fərzəliyevin rayonunda qış zülmü

    Abdin Fərzəliyevin rayonunda qış zülmü ...

    20-12-2012, 14:02

  • 
  • Nərimanov icra başçısı Abdin Fərzəliyev hara baxır?

    Nərimanov icra başçısı Abdin Fərzəliyev hara ...

    5-12-2012, 09:12

  • 
  • Abdin Fərzəliyevin Lənkəran sərgüzəştləri

    Abdin Fərzəliyevin Lənkəran sərgüzəştləri ...

    6-12-2012, 14:38

  • 
  • Abşeronda məmurlar sakinləri oliqarxların cənginə verib - ŞOK VİDEO

    Abşeronda məmurlar sakinləri oliqarxların cənginə ...

    18-03-2024, 15:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu