GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Bakcell”-in zorakı şəbəkə dələduzluğuna qiymət verilmir

“Bakcell”-in zorakı şəbəkə dələduzluğuna qiymət verilmir

Tarix: 3-10-2024, 11:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 542


Mobil operator qazinin 4 nömrəsindən bir gündə 70 manat silib

Məhkəmə tərkibinə etiraza hakim Vahid Sadıqovun “dayan görək” “aktı”


Xidmət sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktın “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19.09.1995-ci il tarixli , 1113 saylı Azərbaycan Respublikasının Qanununun olduğunu kim bilməsə də, xidmət qurumlarının özləri bilməmiş olmazlar. Nədən qanunu bilmədən xidmət göstərmək , sadəcə, mümkünsüzdür, sonda özbaşınalığa gətirər. Rabitə-bağlantı xidmətinin, özəlliklə, son 3-4 aydakı xidmət, daha düzü, şiddət şərtləri operatorların qanunvericilikdən bilgisizliyini ortaya qoyur. “Bakcell” MMC-nin xidmət yerinə, şiddət, reketlik xidməti isə heç bir normaya sığmır. Xidmət özbaşınalığına baxın, ilk operator 1-ci dərəcəli Qarabağ qazisinin 4 aydır ikitərəfli bağlı olan 4 nömrəsinin 4-ündən də eyni gündə - 31 iyulda 32,67 manat bir, 17,3 manat bir, 23,34 manat bir, toplam 70 manatdan yuxarı vəsait tutub (??) Niyə, hansı qanunla? “Bakcell”dən bu reketlik xidmətinin qanuni olduğu, nömrə bağlı olduolmadı, zorakı xidmət adına balansın sıfırlanmasının xidmət qurumunun müqavilə şərtlərini diqtə etmək hüququ ilə izah edilib. Guya mobil operator müştəri ilə müqavilə bağlayıb və 4 nömrəni birdən bağlı olduğu halda eyni vaxtda 70 manat ödəməklə işlədir. 4 aydır ikitərəfli bağlı nömrə necə müqavilə bağlaya bilər? Və balansın idarə edilməsi, hansısa xidmətə qoşulma, axı istehlakçının müstəsna hüququdur, xidmət qurumunun yox! 

70 manatı bir gündə qazinin balansından danışıq xidməti adına necə silmək olar? Heç demə, 31 may 2024-cü ildən Bakcell belə özbaşınalıq xidmətinə start verib: “ Bakcell xidmət təqdim edir və aylıq minimal istifadəni 1.99 manat TƏYİN edir” (?-Bakcellin belə zorla minimal istifadə TƏYİN etmək hüququ hansı qanunda yazılıb?- M. B.) Lap olsun, axı nömrə şəbəkədə deyil, ikitərəfli bağlıdır! Soyadını deməyən Zakir adlı agent nağıl xidmətini sürdürərək bildirib ki, “nömrə şəbəkədə olmasa belə, xidmət nömrədə aktivdir” (?- şəbəkədə olmayan, ikitərəfli bağlı olan nömrədə hansı xidmət aktiv ola bilər?-M.B.)

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 14.2 maddəsində yazılıb ki, İSTEHLAKÇINI ONA LAZIM OLMAYAN xidmət göstərilməsinə MƏCBUR ETMƏK QADAĞANDIR. Operatorun agentləri isə bildirir ki, “ Bakcell”in əsas qanunu özbaşına qəbul etdiyi qaydadır : ” Bakcell” şirkətinin MÜQAVİLƏSİNƏ əsasən, şirkət qaydaları və xidmətləri BİRTƏRƏFLİ qaydada diqtə edə, dəyişə bilər”. Müçtərinin xidmətdən istifadə etməməsi bir yana, axı” İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 16-cı maddəsi bu BİRTƏRƏFLİ DİQTƏNİ QADAĞAN edir: “ 

QANUNVERİCİLİKLƏ NƏZƏRDƏ TUTULAN HÜQUQLARLA MÜQAYİSƏDƏ istehlakçının hüquqlarını məhdudlaşdıran MÜQAVİLƏ şərtləri ETİBARSIZ SAYILIR”. Belə olmayan müqavilə diqtəsi ilə vurulan ziyanın ödənilməsi isə məcburidir. Di gəl, “ Bakcell” özbaşınalığını sürdürür, bağlı nömrələrdən sildiyi vəsaiti geri qaytarmır ki, işləməyən nömrəyə zorakı xidmətdən imtina etmək olmaz. 

30.09.2020-ci ildə yenə də 1-ci dərəcəli əlilin şəbəkədə olmayan nömrələrindən xidmətdən istifadə etmədiyinə görə (?- bu yeni zorakı xidmət növüdür, xidmətdən istifadə etməsən, hər ayın axırında balansından ən azı XİDMƏT adına 2 manat çıxılmalıdır- M.B.) 

Tətbiqdən bütün gecəni agentlərə nömrələrin bağlı olduğunu, lap açıq olsa da, 4 nömrədən birdən istifadənin mümkünsüz olduğunu anlada bilməyən 1-ci dərəcəli Qarabağ qazisinin üz tutmağa yeri də qalmayıb. Gerçğkdə bu şəbəkə cinayətidir və buna polis, prokurorluq DTX qiymət verməlidir. Məhkəməyə gəldikdə...

Acı da olsa, gerçək faktdır, məhkəmə hakimiyyəti “Bakcell”in VƏKİLİ rolunda çıxış edir. Bir ilə yaxındır Səbail məhkəməsidə qaldırılan iddianı hakim Mədinə Bağırova sifarişlə geri qaytarıb ki, məhkəmə Dövlət Vergi Xidmətinin saytına girib görüb ki, Bakcellin ünvanı Xətai məhkəməsinə aiddir. Birincisi, mülki işlərdə məhkəmənin məlumat toplaması yolverilməzdir, ikincisi, bəyəm “Bakcell”in Səbail rayonunda müştəri xidməti yoxdur? 

Məhkəmələr bilmir ki, MPM-in 36-cı maddəsinə görə , istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı işlərdə məhkəməni seçmək hüququ istehlakçıya məxsusdur? Bilmədiklərindən Xətai məhkəməsinə müraciət olunub və hakim Aygün Həsənova cavabdehin qeyri-prosessual sifarşindən qaça bilməyib. İş apellyasiya instansiyasında olanda isə cavabdeh “Bakcell” vurğuladığımız özbaşınalıqlara əl atıb. Lakin Vahid Sadıqovun sədrlik etdiyi heyət nə cavabdehin iştirakını təmin edib, nə də əlavə sübutlara baxıb. Faktiki olaraq Vahid Sadıqov cavabdehin vəkili rolunda çıxış etdiyindən, iddiaçı Qarabağ qazisi məhkəmə tərkibinə etiraz edib. Bu etiraz vəkil-hakimlərdə şok effekti yaradıb. Sədrlik edən etirazı “ dayan görək”lə cavablandırıb və qəfildən ayağa qalxıb, şikayətin təmin olunmadığını bildirib. Yəqin məhkəmə hüquq sistemində yeni qaydadır, məhkəmə tərkibinə etiraz “dayan görək” aktı ilə “qiymətləndirilib”(?)

Görək, Məhkəmə Hüquq Şurası bu “dayan görək” “aktı”na hansı qiymət verəcək? Belə görünür ki, “ Bakcell”-in qeyri-prosessual sifarişi Konstitusiyadan da, MPM-dən də üstündür. Hətta hakim Vahid Sadıqov qətnamədən şikayətə də qadağa qoyub. Ali Məhkəmənin , Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov məhkəmənin “dayan görək” “aktı”nı çıxaran Vahid Sadıqova “DAYAN , DUR” deyəcəkmi? “Bakcell”in zorakı reket xidməti öldürməsə, yaşaya bilsək, görərik.


Gundemxeber.az




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakcell-dən Qarabağ əlilinə qarşı ağlasığmaz şəbəkə dələduzluğu

    Bakcell-dən Qarabağ əlilinə qarşı ağlasığmaz ...

    2-09-2024, 12:18

  • 
  • “Aztelekom”, “Baktelekom”, “Bakcell” xidmətin keyfiyyətini yox, qiymətini qaldırır

    “Aztelekom”, “Baktelekom”, “Bakcell” xidmətin ...

    27-11-2023, 11:16

  • 
  • “Bakcell” qanunsuz ləğv etdiyi nömrələri müştərisinə yenidən satır

    “Bakcell” qanunsuz ləğv etdiyi nömrələri ...

    17-03-2023, 20:56

  • 
  • Azərbaycanda fevralın 1-də mobil nömrələrin daşınması sistemi fəaliyyətə başlayır

    Azərbaycanda fevralın 1-də mobil nömrələrin ...

    28-01-2014, 12:07

  • 
  • "Bakcell" Azərbaycana, yoxsa Ermənistana xidmət edir? - Cəhbə zonasında şok vəziyyət

    "Bakcell" Azərbaycana, yoxsa ...

    2-08-2014, 01:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (363)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu