GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Musiqi məktəbinin diplomsuz direktoru bazar açıb: “Ay alan! Məmləkəti-Rey satıram! “

Musiqi məktəbinin diplomsuz direktoru bazar açıb: “Ay alan! Məmləkəti-Rey satıram! “

Tarix: 17-12-2024, 09:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 304


Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəhbərliyi qış yuxusunda...


Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli, Sumqayıt şəhəri Sarıqaya yaşayış massivinin “Metallurq” düşərgəsində yerləşən Laçın rayon Şəlvə kənd 7 illik Uşaq Musiqi Məktəbinin direktoru Habil Rüstəmov musiqi məktəbində bazar açıb. Heç bir ali təhsili olmayan, kollec diplomu ilə böyük bir təhsil müəssisəsinin rəhbəri vəzifəsinə yol tapan bu şəxs, son 2 il ərzində bu müəssisəni əsl rüşvət və korrupsiya yuvasına çevirib.


Diplom, istedad? – Bunları boş ver. De görüm 10 minin var,yoxsa yox?


Bütün müəllimlərə xərac kəsən Habil Rüstəmov, musiqi məktəbinin bütün əməkdaşlarının aylıq əmək haqqısına ortaqdır. Hər bir əməkdaş ayın sonunda aldığı əmək haqqının bəlli bir miqdarını Habil Rüstəmova verməklə öz iş yerini qoruyub saxlamağa çalışır.

Habil Rüstəmov nümayişkəranə şəkildə bildirir ki, onun qanunsuz tələblərini yerinə yetirməkdən imtina edən kəs elə həmin gün tutduğu vəzifədən azad ediləcək. Habil Rüstəmov deyir ki, “bayırda işsiz qalan minlərlə müəllim var. Kimə desəm 10 min manatı yalvara-yalvara verəcək ki, bizi işə götür”.

Bu arada qeyd edək ki, Habil Rüstəmov Laçın rayon Şəlvə kənd 7 illik Uşaq Musiqi Məktəbinə müəllimləri məhz 10 min manata işə götürür. 7-8 min manata isə yalnız o şəxsləri işə götürür ki, “ona xüsusi hörməti var”, yaxud həmin şəxsin xahişini ondan “hörmətli yoldaş” edib.


Direktorun bütün qohumları onunrəhbərlik etdiyi məktəbdə işləyir


Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Laçın rayon Şəlvə kənd 7 illik Uşaq Musiqi Məktəbi ilə bağlı daha bir anormallıq Habil Rüstəmovun bütün yaxın qohumlaırnın onun rəhbərlik etdiyi məktəbdə işləməsidir. Məktəbdə Habil Rüstəmovun təxminən 10-a yaxın qohumu işləyir ki, onların bəzilərinin ümumiyyətlə diplomu yoxdur.

Xatırladaq ki, qanunvericilikdə açıq şəkildə qeyd olunub ki, əgər bir şəxs hansısa müəssisəsdə rəhbərdisə, həmin müəssisədə onun ailə üzvləri, yaxın qohumları işləyə bilməz. Lakin qanunun bu tələbi də Habil Rüstəmovun vecinə deyil. Məktəb müdiri bütün yaxın qohumlarına dövlət büdcəsi hesabına əsl atalıq etməkdədir.

70 minlik avtomobil, iki kafe, üç nəhəng market, onlarla mənzil və daha nələr...

Yığdığı pullar hesabına özünə 70 min manat məbləğində bahalı avtomobil alan Habil Rüstəmov, “dilə-dişə düşməmək üçün” işə adi avtomobillə gəlib-getməkdə, özünün mümkün qədər kasıb göstərməkdədir. Müdir təyin olunandan sonra iki kafe, üç nəhəng market və Bakı da daxil bir sıra rayonlarda çoxsaylı mənzillər satın alan Habil Rüstəmov hər kəsin göz qarşısında rüşvət və korrupsiya yolu ilə qaz vurubq azan doldurmaqdadır. Heç kim ona gözün üstə qaşın var demir. Halbuki, Mədəniyyət Nazirliyi, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi, o cümlədən güc orqanları Habil rüstəmova verməsi gərəkən sualalr var:


1.Ali təhsili olmayan bir şəxs musiqi məktəbinin direktoru vəzxifəsində necə çalışır?

2.Qanun qadağan etdiyi halda, Habil Rüstəmov bütün qohumlarını ərtafına necə yığıb?

3.Habil Rüstəmovun məktəbdə yaratdığı rüşvət piramidasına niyə bu vaxta qədər müdaxilə edilməyib. 

Mövzunu davam etdirəcəyik.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Habil Əliyev dünyasını dəyişdi

    Habil Əliyev dünyasını dəyişdi ...

    8-09-2015, 23:46

  • 
  • Məktəb müəllimi narkotik satarkən həbs edildi

    Məktəb müəllimi narkotik satarkən həbs edildi ...

    31-05-2018, 15:55

  • 
  • Musiqi məktəbində sensason olay yaşanıb – ŞOK İDDİA

    Musiqi məktəbində sensason olay yaşanıb – ŞOK ...

    20-06-2018, 19:00

  • 
  • Habil Əliyev yeriyə bilmir

    Habil Əliyev yeriyə bilmir ...

    3-10-2014, 13:01

  • 
  • Kəlbəcər rayon İncəsənət Məktəbində problemlər həllini tapmır

    Kəlbəcər rayon İncəsənət Məktəbində problemlər ...

    21-12-2015, 13:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu