GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dərslik müəlliflərinə bir sualım var: "Siz kimin dostusunuz: ayının, yoxsa mənim?"

Dərslik müəlliflərinə bir sualım var: "Siz kimin dostusunuz: ayının, yoxsa mənim?"

Tarix: 20-04-2025, 17:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 414

Düzü, dərsliyin açıq səhifəsi önündə saatlarla düşüncəyə dalıb bu ifrat „humanizm“ sahiblərinin təfəkkürünü anlamağa çalışır, qəlblərini hiss etmək istəyirəm: qarşımızda 30 ildən çox vətənin gəncəcik və hər zaman vurğuladığım kimi, anasının qoxusu üstündən çəkilməmiş övladlarının qırğınına bais olan qonşu və eyni ərazini paylaşmaq məcburiyyəti. Bu barədə uzun-uzadı düşünə bilərik. Qəlbimiz „yox“ desə də, dilimizlə „hə“ deməyə məcbur ola bilərik. Bəli, məcburiyyət! İnkaredilməz yeganə həqiqət qalarsa, o da budur: məcburiyyət!

 Gələk dərslik müəlliflərinin verdiyi suala: „Əmir kişinin yerinə olsaydınız, Aşotu bağışlayardınız?“

Aşotu bağışlamaq? Pulunu alıb, qaytarmayıbmı? Bağışla, bir də etməz. Səhv edib, müflis olmusanmı? Bağışla, insan xətasız olmaz, ölüm-itim olmayıb ki… Bilmədən, təsadüfən maşınla vurub birini öldürüb? “Qəzadır, qədərdir”, - deyib bağışlayarsan…

Aşotu bağışlamaq? Xalqının soyqırımı qarşısında bir Aşotu bağışlamaq? Nə deməkdir Aşotu bağışlamaq? Saatlarla “Qara tut ağacı”nın önündə düşünməkdən başım çatlasa da, bu sualın cavabını tapa bilmədim: “Əmir kişinin yerinə olsaydın, Aşotu bağışlayardınmı? ” 7-ci sinif şagirdləri, görəsən, bu suala necə cavab verdilər?

Bu gün orta məktəb dərslikləri vasitəsilə şagirdlərimizi erməniləri bağışlamaq, onları „anlamağa” sövq etmək, „ hekayələrimizdə erməni fərdlərin „vicdanını oyatmaq“ bizə, həqiqətənmi, lazımdır? Dərslik müəlliflərinin vurğuladığı kimi, cavabınızı məhdudlaşıdırıram, fərqli cavablar almaq məqsədi ilə vermirəm bu sualı. Yəqin ki, böyük əksəriyyət bu cümləni oxuduqda: „Xeyr!“ – deyə cavab verəcəkdir. Hələ sülh müqaviləsi imzalanmamış, düşmən öz peşmanlığını ifadə etməmiş bu nə qucaqdır açılıb Xocalı qatilllərinə? Söhbət 7-ci sinif „Azərbaycan dili“ dərlsiyindəki „Qara tut ağacı“ hekayəsi və onun əsasında yazılmış tapşırıqlardan gedir.

Ermənidə vicdan axtaran dərslik müəllifləri „erməninin dilinə alıb“ deyə bilmədiyini də etmək istəyiblər. Aşot öz durumunu, müəliflərdən fərqli olaraq, daha dəqiq ifadə etmirmi: „Onun yanında üzüm qaradır“?! Həqiqətənmi, erməni vicdan əzabı çəkdiiyi üçün Azərbaycanda qala bilməzdi? Erməninin belə ağlından keçməyən bu düşüncəyə aramızda neçə nəfər inanar? 7-ci sinif şagirdləri inandılarmı buna?

Dərslik, səh. 21:

„Doğru fikri seçin və mətnə istinad etməklə əsaslandırın.

a. Aşot azərbaycanlıların ondan qisas alacağından qorxduğu üçün Qarabağı tərk edirdi.

b. Vicdan əzabı rahatlıq vermədiyi üçün Aşot Azərbaycanda qala bilməzdi.“

Şagirdlərə Azərbaycandan köçüb gedən ermənilərə sual hazırlamaq tapşırığı verilir. Görəsən, şagirdlər hekayədəki naməlum jurnalist obrazından fərqli olaraq, nə qədər soyuqqanlı suallar tərtib edə bilərlər ki, jurnalistin cavabları „qərəzli“ hesab olunur? Bəlkə, mən şagird olsaydım, erməniyə heç bir sual verməzdim, bircə bunu deyərdim ki: „Get, dalınca da Qarabağ boyda qara daş.“ Parta yoldaşım Qarabağ şəhidinin övladı ola bilərdi, bəlkə…

Oxuyun. Dərslik, səh. 21:

„Müsahibədə əsas məqsəd qarşı tərəfdən mümkün qədər çox informasiya almaqdır. Gəlin bu baxımdan mətndəki müsahibədə jurnalistin suallarını təhlil edək.

„Sual: – Salam. Siz niyə köçürsünüz?

Şərh: “Niyə?”, “nə üçün?”, “necə?” əvəzliklərinin köməyi ilə qurulan sual cümlələri, adətən, müsahibi ətraflı danışmağa, daha çox informasiya verməyə sövq edir.

Suallar: – Sizin rahat köçməyinizə şərait yaradılıbmı, nədənsə şikayətçi deyilsiniz?

 – Sizə dəyib-toxunan yoxdur? Könüllü gedirsiniz?

Şərh: Sual ədatları və intonasiya ilə yaranan suallar qapalı suallardır. Adətən, müsahib onlara ya “hə”, ya da “yox” cavabı verir. Beləliklə, müxbir kifayət qədər informasiya ala bilmir.

Suallar: – Yaşınız az deyil. Yəqin, azərbaycanlıların Qarabağdan necə çıxarıldığını unutmamısınız.

 – 90-cı illərdə azərbaycanlılara qarşı döyüşmüsünüz?

Şərh: İttiham xarakterli suallardır. Müsahibə alan öz mövqeyini büruzə verməməlidir. Göründüyü kimi, bu suallardan sonra qarşı tərəf əsəbiləşdi və müsahibəni davam etdirmək istəmədi.“

Dərslik müəllifləri çox sadəlöhvdürlər. Düşünüblər ki, jurnalist təmkinli davransaymış, Aşotun vicdanı dil açıb televiziya qarşısında göz yaşı tökəcəkdi ki, qonşusunun, „dostunun“ oğlunu öz quldur dəstələrindən qoruya bilməyib. Hətta qorxuram ki, onlar bizim özümüzü Aşota qarşı qərəzli olmaqda ittiham edirlər:

„h. Aşağıdakı sualları oxuyun və şərh edin.

– Deyəsən, keçmişdə baş vermiş kədərli hadisələr sizə rahatlıq vermir. Bəlkə, o xatirələrinizi bölüşəsiniz, Qarabağı bu ağır dərdlə tərk etməyəsiniz?

– Yəqin ki, o qonşularınız, çörək kəsdiyiniz azərbaycanlılar bu müsahibəni efirdə görəcəklər. Onlara nə demək istəyərdiniz?

 • Suallarla bağlı uyğun variantı seçin və fikrinizi əsaslandırın.

Qərəzli suallardır. b. “Danışdıran” suallardır. c. Qapalı suallardır.“ (Dərslik, səh. 21)

Hekayədə söhbət Xocalıdan didərgin düşən Əmir kişinin yaralı oğlunu erməni qonşusuna etibar edib gəlməyinə baxmayaraq, onun erməni quldur dəstəsi tərəfindən qətlə yetirilməsindən gedir. O Xocalı ki: „…soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir.“ Dərslik müəllifləri isə yazırlar: „Əmir kişinin naxələf qonşuları da var idi.“ (Dərslik, səh. 24) Söz bax ha: „… naxələf qonşuları da var idi.“

Bütün bu tapşırıqları oxuduqdan sonra müəllimlərə bir sual vermək istəyirəm: əgər sinfinizdə qazi və şəhid övladları olarsa, onları Aşotun vicdanına inandıra bilib, erməniyə „qərəzsiz“ suallar yazdıra biləcəksinizmi? Dərslik müəlliflərinə isə bir sualım var: „Siz kimin dostusunuz: ayının, yoxsa mənim?“


Könül AYDIN Nəhmətova

Filologiya üzrə fəlsəfə doktoru 

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyanın oğlunu qaçırmaq istədilər, xəsarət aldı

    Paşinyanın oğlunu qaçırmaq istədilər, xəsarət aldı ...

    17-05-2023, 18:16

  • 
  • Təhsil Nazirliyi hökumətə müraciət edib - Dərslik problemi

    Təhsil Nazirliyi hökumətə müraciət edib - Dərslik ...

    22-08-2014, 14:04

  • 
  • “Bağışla məni, ana, nə səni yaşada bildim, nə də özümü” – İntihar edən gəncin tükürpədən məktubu

    “Bağışla məni, ana, nə səni yaşada bildim, nə də ...

    21-10-2019, 12:10

  • 
  • Yeznəsiylə qaçan 14 yaşlı qızın atası danışdı: "Bağışlamaq ola bilməz"

    Yeznəsiylə qaçan 14 yaşlı qızın atası danışdı: ...

    6-10-2016, 23:09

  • 
  • Bağışla, Windows XP, sağollaşmaq vaxtın çatdı

    Bağışla, Windows XP, sağollaşmaq vaxtın çatdı ...

    13-12-2013, 15:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu