GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi - RƏZALƏT

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi - RƏZALƏT

Tarix: 28-07-2025, 09:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 770

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının vur-çatlasın dövrüdür. Konfederasiyanı əməkdaşları hər il yay aylarını xüsusi səbirsizliklə gözləyirlər. Baxmayın da, təxminən 1 mln. 500 min nəfərdən artıq üzvü olan və hər bir üzvü hər ay əmək haqqının 2 faizini “könüllü” olaraq bu təşkilata ödəyən (məbləği özünüz hesablayın) Azərbaycan vətəndaşları ən çox bu aylarda adıçəkilən təşkilata müraciət edirlər. Onu da xatırladaq ki, dünyanın bütün ölkələrində həmkarlar əsasən zəhmətkeşlərin hüquqlarını müdafiə edir və müstəqil təşkilat kimi fəaliyyət göstərir. Bizim AHİK isə olsa-olsa zəhmət adamlarına ildə bir dəfə “putyovka” verməklə işini bitmiş hesab edir, onda da ki, belə... Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qeyri-hökumət strukturudur, bununla bərabər, öz obyektlərini də ən çox satıb sovan da bu təşkilatdır. İndi öz satdığı təşkilatlardan əcaib qiymətə kvota alır və bu yolla həm sanatoriya və istirahət evlərinin rəhbərləri də dolanır, həm də AHİK... Nəticədə illərlə bu təşkilata pul ödəyənlər qalır qapı arxasında. Mən başa düşə bilmirəm, 1 mln. 500 min insanın əmək haqqı hesabına qurulan sanatoriya və istirahət mərkəzləri necə satılıb sovulub? Hazırda AHİK rəhbərliyində olanlar AHİK-in keçmiş rəhbərı iqtisad elmləri doktoru, millət vəkili Səttar Möhbalıyevdən çox bərbad miras qaldığını deyirlər, həqiqətən də, 30 ildən çox (daha dəqiq desək 31 il) AHİK-ə patronluq edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri, tarix elmləri doktoru Əli Həsənovla qudalığından sui-istifadə edərək bu təşkilatı satıb sovan, qohum-əqrəbasına peşkəş edən və sonda da parlamentdə xalqın elçisi olan (düz 6 dəfə) Səttar Möhbalıyev Həmkarlar İttifaqları Konfederasiyasını beynəlxalq aləmdə müəyyənləşmiş statusundan çıxararaq hökumət arabasının 5-ci təkərinə, Əli Həsənovun və özünün gəlir yerinə çevirib. İstənilən azərbaycanlı bu gün deyə bilər ki, mənim verdiyim puldan keçmişdə Səttar Möhbalıyev, indi isə Sahib Məmmədov yararlanır. Bəs mən nə aman Həmkarlar təşkiatından yararlanacağam? Təkrar edirəm, Səttar Möhbalıyevdən AHİK-ə çox bərbad miras qalıb (Sahib Məmmədov özü də vəzifəyə yeni təyin olunanda daxili yoxlamalar aparıb və çox böyük nöqsanlar aşkarlayıb, amma məsələ yerindəcə ört-basdır edilib). Bütün bunlarla bərabər, bu gün adamlar deyir ki, heç olmazsa, Səttarın dövründə ildə bir dəfə də olsa, “putyovka” ala bilirdik, indi ondan da məhrum olmuşuq. Məhrum olmanın səbəbi də yeni sədrin “onlayn qeydiyyat” oyunudur.

  

  Sahib Məmmədov kimdir?

Sahib Əli oğlu Məmmədov heç yerdə harada doğulduğunu yazmasa da, atası Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin baş direktoru (1997 – 2021) vəzifəsində işləmiş, Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərərçəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının üzvü olmuş, Azərbaycan Respublikasının əməkdar mühəndisi adına yiyələnmiş Hacı Əli Məmməodovun tərcümeyi-halından göründüyü kimi o, əslən Ermənistanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndindəndir. Sonralar Bərdədə yaşayıblar. Amma Sahib Məmmədov nədənsə heç bir tərcümeyi-halında haralı olduğunu yazmır. Təhsili və əmək fəaliyyəti ilə bağlı digər faktlar vikipediyada olduğu üçün onları sadalamırıq. Sadəcə onu qeyd edək ki, 2001-ci ildən əmək fəaliyyətinə başlayan Sahib Məmmədov ildırım sürətilə irəliləyib, 13 il ərzində ekspert köməkçisindən İqtisadiyyat və Sənaye nazirinin müavininədək yüksəlmək bir yana qalsın, eyni vaxtda həm Aərbaycan Dövlət İqtisad Universitetini bitirmək, həm Harvard Biznes Məktəbinin sertifikatını qazanmaq, həm iqtisadiyyatdan elmi iş yazıb namizəd olmaq hamıya müyəssər olan iş deyil. 

  Sahib Məmmədov 26 avqust 2024-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib. 3 dekabr 2024-cü ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyanınvitse-prezidenti vəzifəsinə təsdiqlənib. Elə bil bu ölkədə başqa adam yoxdur, bütün vəzifələr bir nəfərə verilir. Bununla işimiz yox. 


   AHİK-də “putyovka” bazarlığı


Əsas işimiz S.Məmmədovun Həmkarlar İttifaqları Konfederasiyasına sədr təyin olunduqdan sonra, AHİK-də yaratdığı vəziyyətdir. Bu həm də onun digər vəzifələrdə necə işləməsinin göstəricisi sayıla bilər. Hələlik S.Məmmədovun AHİK-də yeniliyi köhnə və təcrübəli kadrları işdən uzaqlaşdırıb onların yerinə öz “adamlarını” gətirmək və “putyovkalar” üçün onlayn sistemini tətbiq etməsi olub. Onu da qeyd edək ki, onlayn qeydiyyat əsasında müraciətçilərin böyük əksəriyyəti bu il insanların “putyovkasız” qalmasına səbəb olub. Bu necə olur? “Putyovka” üçün müraciət edənlərə rəsmi qaydada “imtina” gəlir, səbəb kimi yerin olmaması bildirilir. Əvəzində isə həmin yerlər sanatoriyalarda 100% qiymətinə satılır. Demək, bir tərəfdən vətəndaşların illərlə ödədikləri vəsait AHİK-ə qalır, digər tərəfdən də rəhbərlik 100% “putyovka” satşından gəlir əldə edir (Elə isə əmək haqqında tutulan 2 faizlər hara gedir?). 

Mənə bir sanatoriyada açıq şəkildə bildirdilər ki, “imtina” yazılması göstərişi onlara AHİK tərəfindən verilir. Digər tərəfdən, şəxsən mən özüm “Şıx” sanatoriyasında olarkən onlarda boş yer olduqlarını bildirdilər, AHİK-də isə elə həmin gün mənə “imtina” verdilər. Bu necə olur... həm yer var, həm yer yoxdur, bu adamda istər-istəməz böyük maxinasiya oyunu şübhəsi yaradır. (Mən bu məsələni mətbuata çıxaracağım deyəndə AHİK-in qəbul şöbəsində çalışan əməkdaşları sadəcə rişxəndlə gülümsədilər. (Bu barədə növbəti yazıda geniş məlumat verəcəyəm).          

    “Agent ovu” 

Hələlik qayıdıram AHİK-dəki digər “yeniliyə”- kadr dəyişikliyi məsələsinə. Bununla bağlı Sahib Məmmədovun vəzifəyə gəldiyi ilk gündən mətbuatda tənqidi yazılar getməyə başlayıb. Onun AHİK-də qeyri-adekvat mühiti yaratması, insanlarla kobud rəftar etməsi, işsizlər ordusunun yaranmasına şərait yaratması gündəm mövusu olub. Sahib Məmmədov həmin informasiyaların daxildən sızdığını güman edərək “agentləri” tapıb üzə çıxarmaq istəyib. tribunainfo.az saytı bununla bağlı yazır: “Sədr əvvəlcə bu məlumatların (mətbuata) necə “sızdığı”nı dəqiqləşdirmək istəyib. Söhbət Konfederasiya sədrinin işçilərin işdən sonra qanunsuz saxlanmasından gedir. Ardından isə qurumda “agent ovu”na çıxıb. Bildirilir ki, Məmmədov “ov”dan “əliboş” qayıtmayıb. Belə ki, o, şübhələndiyi bir neçə əməkdaşı “müəyyən” edərək, dərhal işdən azad edir. Təbii ki, bu işdən çıxarma qanunsuz həyata keçirilir.

Daxil olan məlumatlara görə, “agent”ləri “müəyyən” edən və onları zərərsizləşdirən S.Məmmədov yeni qərarlar da qəbul edir. Bu qərarlardan biri də işə girişin “yanıq” saxlanılıması, işdən çıxışın isə “söndürülməsi” olur. Müşahidəçilərin fikrincə, Sahib Məmmədovun bu addımının qanunamüvafiq olmaması ilə yanaşı, həm də Əmək Müfəttişliyini aldatmaq məqsədi daşıyır”. Sayt daha sonra yazır: “Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri siyasi rəhbərliyin də etimadını doğrultmayıb. Belə ki, o, sədr təyin olunduğu 9 ay müddətində bir neçə tədbir keçirməklə kifayətlənib. Halbuki ona daha çox iş görməsi ilə bağlı tapşırıqlar verildiyi də qeyd edilir.


Eyni zamanda, sözügedən şəxsin keçirdiyi həmin tədbirlərə görə, böyük məbləğdə pullar silməsinə dair iddialar da var. Düzdür, bununla bağlı əlimizdə konkret faktlar mövcud deyil və bu barədə yaza bilməməyimiz də bununla bağlıdır.” 

GundemXeber.Az'ın apardığı araşdırmalardan məlum olur ki, AHİK-lə bağlı yazılarda sədrin işçilərlə onun qeyri-adekvat davranışıdan da şikayətlənilir. 1xeber.media da yazır ki, "müşavir Orxan Ərəbov və insan resursları şöbəsinin sədri Bənövşə Babayeva tutduqları vəzifədən ayrılmaq barədə ərizə yazıblar. Verilən məlumata əsasən, onların bu addımı atmasına səbəb qurumun sədri Sahib Məmmədovun əməkdaşlara qarşı qeyri-adekvat münasibəti olub. Daxil olan məlumata görə, istefa verən hər iki şəxs sədrin kollektivlə davranışı, işçilərə qarşı etik normaları pozan müraciət tərzi və ümumi idarəetmə üslubu uzun müddətdir narazılıq doğurduğunu əsas gətirərək işdən ayrılmalı olublar. Hər iki şəxs bu mühitdə daha fəaliyyət göstərməyin mümkün olmadığını əsas gətirərək vəzifələrini tərk ediblər”.

Yazıda hətta qeyd olunur ki, “Sahib Məmmədovun İqtisadiyyat Nazirliyindən AHİK-ə transfer edilərək özü ilə gətirdiyi qohumu Daxili Nəzarət Şöbəsinin müdiri təyin edilmiş ehtiyatda olan Sərhəd xidməti polkovniki Babək Orucovun da istefa verdiyi bildirilir”.

Adətən insanlar hüquqları pozulanda Həmkarlar İttifatları təşkilatına müraciət edirlər, bəs Həmkarlar İttifaqları Konfederasiyasında hüquqlar pozulanda insanlar kimə və hara müraciət etsinlər? 

                                  Jurnalistka ilə düşmənçilik


minatv.az yazır: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındakı (AHİK) sədr dəyişikliyindən sonra ilk bağlanan qurumun 30 illik orqanı “Ülfət” qəzeti oldu. İndi məlum olur ki, qəzeti bağlayan AHİK rəhbərliyi həmkarlarını işsiz qoyub, hüquqlarını ayaqlar altına atıb”.  Musavat.com-a müraciət edən həmin qəzetin əməkdaşı Rasim Süleymanov deyir ki, ötən ilin avqust ayının 26-da qurumun növbədənkənar qurultayından sonra Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib. Oktyabrın 15-dən sonra əməkdaşları çağırıb izahat yazmağımızı xahiş etdilər. Bizi ötən ilin oktyabrın 22-də digər strukturlarda işlə təmin etmək adı altında aldadıb işdən azad etdilər. Düzdür, 5 aydan sonra mənə Mərdəkanda qurumun sanatoriyalarının birində mühafizəçi işinə – 530 manat maaşla iş təklif etdilər və mən bunu qəbul etmədim. Uzun müddət qəzetdə işləməyimi nəzərə almadan bu hörmətsizliyi göstərdilər”. Doğrudan da bu, insana qarşı həqarətdir, 31 il jurnalistika sahəsində çalışmış bir adama günün birində çağırıb mühafizəçi işləməyi təklif etmək, məncə, ən böyük təhqirdir. Sahib Məmmədovun jurnalistə bu münasibəti nədən doğur? Onun tərcümeyi-halında fəxrlə qeyd etdiyi Avropa məkanında jurnalistə bu cür yanaşma vardımı? 

Rasim Süleymanov yazır: “Sözüm Sahib Məmmədovadır: niyə bizi bir dəfə qəbul etmədiniz ki, bəlkə sözümüz olacaq? Niyə əvvəlki iş yerində olan iş yoldaşlarınızı, dost-tanışlarınızı yığıb gətirib AHİK-də işlə təmin etdiniz, amma uzun illər həmkarlarda çalışmış, bu qurumun fəaliyyətində canını qoymuş əməkdaşları düşünmədən işdən kənarlaşdırmaqla məşğul olursunuz. Bu proses bu gün də davam edir. Hər tərəfdən bu quruma qarşı narazılıqlar artmaqdadır!”

Rasim Süleymanov yeni sədrin gəldiyi ilk vaxtlarda qurumda yoxlamalar aparıldığını və bir çox cinayət faktlarının üstü açıldığını bildirir. “Daxildə baş vermiş, özlərinin aşkar etdikləri nöqsanları ört- basdır etməklə, hüquq- mühafizə orqanlarından gizlətdilər. Sual yaranır: niyə və nəyin müqabilində!? Danışılası söz çoxdur. Amma vaxtı çatanda hər şey aşkara çıxacaq. Hələlik isə qurumun yeni tərkibi yeni-yeni yeniliklərə imza atmaqla məşğuldur. Bu da köhnə işçilərin hamısının yavaş-yavaş bu təşkilatdan uzaqlaşdırılması ilə nəticələnir”.  Bütün bunlardan belə çıxır ki, Sahib Məmmədov AHİK-ə öz şəxsi kooperativi kimi baxır və onu dövlət qanunları ilə yox, öz şəxsi qanunları ilə idarə edir. Bu, yolverilməzdir! Təbii ki, dövlət başçısının yüksək etimadı düzgün dəyərləndirilmədikdə narazaılıq da, qarşıdurma da güclənəcək.                                               

(Davamı var)


Güney İbrahimov

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həmkarlar İttifaqı intihar edən qazinin ittihamından danışdı

    Həmkarlar İttifaqı intihar edən qazinin ...

    25-12-2013, 16:41

  • 
  • Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

    Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt ...

    30-12-2013, 01:17

  • 
  • Səttar Mehbalıyevin «provsoyuz» biznesi

    Səttar Mehbalıyevin «provsoyuz» biznesi ...

    17-12-2012, 11:51

  • 
  • Səttar Mehbalıyevin korrupsiya əməliyyatları araşdırılır - faktlar

    Səttar Mehbalıyevin korrupsiya əməliyyatları ...

    10-09-2020, 11:48

  • 
  • Möhbalıyevin "menyu"sundan...

    Möhbalıyevin "menyu"sundan... ...

    12-05-2022, 12:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu