Dünya siyasətində zaman-zaman güclü liderlər meydana çıxmışdır. Ancaq tarixin ən qaranlıq səhifələrində yer alanlar, öz xalqına və qonşularına zülm edən, işğalı və savaşı dövlət siyasətinə çevirən liderlər olmuşdur. Bu gün bu portreti ən açıq şəkildə təmsil edən ad, heç şübhəsiz Vladimir Putindir.
Putinin siyasəti artıq bir dövlət ağlının deyil, doymayan bir işğal hərisliyinin göstəricisidir. Gürcüstandan Ukraynaya, Krımdan Qara dənizə qədər atdığı hər addım Rusiyanın imperialist hirsinin açıq elanıdır. Öz xalqını azadlıqdan məhrum edən, müxalifləri susduran, mətbuatı zəncirləyən bu diktator, dünya üçün də ən böyük təhdidlərdən biridir.
Son günlərdə Alyaskada gerçəkləşən görüşlərdə belə Putinin dili təhdidkar və meydan oxuyucu olmuşdur. Hətta “Ukrayna torpaqları Rusiyaya verilməlidir” kimi bəyanatlarla beynəlxalq hüququ açıq-aşkar tapdalayıb. Bu açıqlamalar bir daha göstərdi ki, Rusiya yalnız qonşularına deyil, bütün dünyaya qarşı təcavüzkar bir siyasət yürüdür.
Daha acı olan isə, Amerikada Alyaska görüşü zamanı Putinin ayağına qırmızı xalça sərilməsi və iki protokol mərasimi ilə qarşılanmasıdır. Bir qatili, bir zalımı, əli milyonlarla insanın qanına batmış bir diktatoru bu şəkildə qarşılamaq, Amerika tarixi adına bir rüsvayçılıqdır. Dünyaya demokratiya və azadlıq dərsi verən ABŞ-ın Putin kimi bir qatilə bu cür hörmət göstərməsi həm Amerikanın siyasi etikasına, həm də beynəlxalq ədalət anlayışına kölgə salır.
Bu gün milyonlarla insanın qanı onun əllərindədir. Ukraynada bombalanan şəhərlər, sürgün edilən ailələr, paramparça olmuş həyatlar Putinin imperialist hərisliyinin nəticəsidir. İnsanlığın yüz milyonlarla dollarlıq neft və qaz gəlirlərinə məhkum edilməsi, avtoritar rejimin ən böyük silahıdır. Amma unutmaq lazımdır ki, heç bir diktator sonsuza qədər ayaqda qala bilməmişdir.
Putin artıq yalnız rus xalqı üçün deyil, bütün dünya üçün bir zalım və qana susamış diktator fiquruna çevrilmişdir. Onun işğalçı siyasəti tarixin zibilxanasında Hitler və Stalinlə eyni qaranlıq səhifədə anılmağa məhkumdur.
Dünya bu həqiqəti görməli və gec olmadan Rusiyanın işğalçı düşüncəsinə “dayan” deməlidir. Çünki susqunluq yalnız yeni işğalları və yeni qətliamları dəvət edir.
Sorğu
Yeni dizaynımız necədir?