Bu Yaşayış Kompleksinin 25 faiz sərmayəçisi olan Səfərov Elşad Aydın oğlunun anası Səfərova Səadət Soltanəli qızı əlindəki sənədlərlə səhmdar hüquqlarını almaq üçün ölkə rəhbərliyindən kömək istəyir. Belə bir qalmaqallı vəziyyətdə iş o yerə çatıb ki, 25 faiz sərmayəçi Səfərov Elşad Aydın oğlu bir ay bundan öncə həbs edilib. Səadət xanım Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, Elçin İsmayılov küçəsində yerləşən “Vətən -- 2022” MTK-nın qarşısında gundemxeber.az-a deyir ki, oğlu əsassız yerə şərlənərək, həbs edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?