GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Kərəm Həsənova bağlı özəlləşdirmə talanı

Kərəm Həsənova bağlı özəlləşdirmə talanı

Tarix: 9-01-2013, 11:12 Bölmə :İqtisadiyyat Baxış: 857
Kərəm Həsənova bağlı özəlləşdirmə talanı

Milyonlarla dəyəri olan obyektlər
özəlləşdirmə adı altında su qiymətinə satılır


Özəlləşdirmə prosesinin başlandığı 1996-cı ildən cari ilin əvvəlinə kimi ölkə ərazisində ümumilikdə 42 min 144 kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilib. Bu haqda məlumat Dövlət Əmlak Komitəsinin rəsmi saytında yer alıb. Komitənin məlumatına görə özəlləşdirilən obyektlər arasında nəqliyyat vasitələri, icarəyə verilən və ya istifadəsiz qeyri-yaşayış sahələri, ticarət və iaşə müəssisələri, yanacaqdoldurma məntəqələri və digərləri üstünlük təşkil edib. Eyni zamanda 1996-2011-ci illər ərzində dövlət müəssisələrinin bazası əsasında 1 587 səhmdar cəmiyyət yaradılıb. Səhmdar cəmiyyətlərə daha çox aqrar, sənaye və tikinti sektorunda fəaliyyət göstərən müəssisələr çevrilib.
Ümumilikdə isə 15 il ərzində dövlət əmlakının özəlləşdirilməsindən 560 milyon 150 min manat vəsait əldə olunub. Ən çox vəsait - 189 milyon 975 min manat kiçik dövlət müəssisələrinin, icarəyə verilmiş obyektlərin və yarımçıq tikililərin özəlləşdirilməsindən daxil olub. Əmlak Məsələləri Dövlət Komitəsinin açıqladığı göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, özəlləşdirilən kiçik dövlət müəssisəsi və obyektlərinin orta satış qiyməti 4,5 min manat olub. Amma bütün bunlar quru statistikadır.

Reallıqda

Azərbaycan hakimiyyətinin əmlak məsələləri ilə bağlı siyasəti həmişə kökündən yanlış olub və milli maraqların təmin olunması istiqamətində köklənməyib. Azərbaycanda keçirilən hərraclar hakimiyyətə yaxın insanların varidatının çoxaldılmasına yönəlib. Hakimiyyətə yaxın adamlar xalqın varidatını çox ucuz qiymətə mənimsəyirlər. Əmlak Məsələləri Dövlət Komitəsinin açıqladığı siyahı da həmin siyasətin davamıdır. Özələşdirmə prosesi başlayandan bu günə qədər Azərbaycan xalqının bütün sərvəti su qiymətinə dəyərləndirilib. Həmin vəsaitləri, əmlakları əldə etmək Azərbaycan vətəndaşları üçün keçərli deyil. Bu əmlakı yalnız rejimə yaxın adamlar əldə edə bilərlər.
2011-ci ilin əvvəlində ölkə prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əlavə və dəyişikliklərin edilməsi barədə fərman imzalaması və sonradan çeklərin dövriyyədən çıxması K.Həsənova istədiyi müəssisəni istədiyi kimi özününküləşdirməyə və ya satmasına imkan verir. Təsadüfi deyil ki, özəlləşdirmədə Kərəm Həsənovun dönəmi

“Qapalı özəlləşdirmə dövrü”

adlandırılır. Qeyd edək ki, Kərəm Həsənov özəlləşdirmə prosesinin başına keçdikdən sonra burda şəfaflıq tamamilə aradan qaldırılıb. 2006-cı ilin sonlarından K.Həsənov Azərbaycanda kütləvi özəlləşdirməni praktiki olaraq dayandırıb. Kütləvi özəlləşdirmə o deməkdir ki, vətəndaşlar kütləvi şəkildə öz çeklərini hansısa müəssisəyə qoyur və oradan pay götürür. Ancaq K. Həsənov buna məhəl qoymadı. O vaxtdan bu yana müəssisələrin 97 faizdən 99,5 faizə qədər bütün səhmləri satılır. Həmin müəssisələrdə çalışan vətəndaşlar isə prosesdən, ümumiyyətlə, xəbərsiz olublar. Bunun da əlbəttə, səbəbləri var. Məqsəd, əksər müəssisələrin səhmləri əvvəlcədən razılaşma əsasında müəyyən şəxslərə satıldığından, kollektivin iştirakına imkan verməməkdir.
Son illərdə isə hətta hərracda iştirak etmək istəyən vətəndaşlara qeyri-rəsmi məhdudiyyətlər qoyulur. Müəssisələrin səhm paketini əldə etmək istəyən vətəndaşların oradan sözün həqiqi mənasında qovulması faktları var. Fakt budur ki, ölkə vətəndaşları özəlləşdirmədən tamamilə kənarlaşdırılıb, proses çox məhdud bir çevrədə aparılır. Hər halda Kərəm Həsənovun özəlləşdirmə “strategiyası” Azərbaycanın əmlakının kiçik bir qrup tərəfindən talanmasına səbəb olub.
Qeyd edək ki,

Özəlləşdirmədəki qanunsuzluqlar

Yalnız ölkə vətəndaşlarının prosesdə iştirakının məhdudlaşdırılması ilə bitmir. Kərəm Həsənov prosesə rəhbərlik etdiyi dövrü ekspertlər “müflisləşmə dövrü” də adlandırır. Bundan əsasən iri obyektlərin özəlləşdirilməsində istifadə olunur. Belə ki, səhmdar cəmiyyətlər müflis elan edilib, ləğv edildikdə səhm sahibləri qanuni haqlarını əldə edə bilmirlər. Bunu K. Həsənovun səhmdar cəmiyyətləri və ya onların yerləşdiyi ərazini satması üçün fikirləşdiyi ən optimal üsul hesab etmək olar.
Bu zaman saxta qiymətləndirmə şirkəti cəlb etməklə əmlaka gülünc bir qiymət qoyulur. Hətta səhmə nominalından da aşağı qiymət qoyulur. Buna konkret misal kimi İsgəndər Xəlilovun “İnturist”i su qiymətinə almasını göstərmək olar.
Belə hallarda qəsdən torpaq özəlləşdirilməsi də aparmırlar. Ona görə də cəmiyyət ləğv olunanda səhmdarlara qalıq qiymət ödəyirlər. Əsas əmlak və onun altında olan torpaq sahəsi müəssisədə 96 faiz səhmin sahibinin mülkiyyətinə keçir. Yerdə qalan səhmdarlara isə hər səhm üçün qəpik-quruş verirlər. Əslində, real qiymətləndirmə aparılsa qat-qat çox ödənilər.
Bütün bunlar və qeyd etmədiyimiz digər faktlar göstərir ki, K.Həsənovun səyi nəticəsində özəlləşdirmə ayrı-ayrı qrupların əlində manipulyasiya alətinə çevrilib. Hökumət isə bununla bağlı tədbir görməyə tələsmir. Xatırladaq ki, özəlləşmə proseslərinə nəzarət etmək üçün dövlət komissiyası yaradılıb, sədri də baş nazir Artur Rəsizadədir. Amma indiyədək həmin komissiyanın nə iş gördyü məlum deyil. Özəlləşdirmə prosesinə bir dəfə də olsun hökumət tərəfindən qiymət verilməyib. Özəlləşdirmənin hansı strategiya ilə aparıldığı da məlum deyil. Proses proqrama uyğun aparılmasa da, vətəndaşlar özəlləşdirmədən səmərə götürə bilməsə də baş nazirin hələ hər hansı etirazı ilə qarşılaşan olmayıb. Bu da baş verən qanunsuzluqların arxasında siyasi hakimiyyətin dayandığını ehtimal etməyə əsas verir.

Qohum-əqraba ittifaqı

Qeyd edək ki, K.Həsənov özəlləşdirmə prosesindəki “sirləri” qorumaq üçün ətrafına əsasən yaxın qohumlarını və dostlarını yığıb. Məsələn, iri zavod və fabriklərin yerləşdiyi Sumqayıtda özəlləşdirmə prosesini qardaşı Malik Həsənova tapşırıb. Hətta buna görə, Abşeronun icra başçısı Zakir Fərəcovun qardaşını işdən qovub. Özəlləşdirmə prosesində xüsusi yeri olan Auksion Mərkəzini tam nəzarətə götürmək üçün uzun illər həmin mərkəzin rəhbəri işləyən və Nərimanovun icra başçısı Abdin Fərzəliyevin qohumu olan Ağəli Əhmədovu ordan uzaqlaşdırıb, yerinə isə öz yaxın adamını təyin edib. Yenə etibar etməyib, xalası oğlunu qeyri-rəsmi nəzarətçi təyin edib.
Bu baxımdan iri müəssələrin nə vaxt və kimlər tərəfindən ələ keçirildiyi sirr olaraq qalır. Yalnız sonradan gəlirli müəssələrin hansısa məmur-oliqarxlardan birinin nəzarətinə keçdiyi məlum olur. Məsələn bu yaxınlarda, “Gəmi Təmiri” ASC-nin səhmlərinin 99%-i xəlvəti şəkildə satışa çıxarılıb. Yeni mülkiyyətçinin adının açıqlanmaması zavodun məmur- oliqarxlardan biri tərəfindən alındığını söyləməyə əsas verir. Bunun ƏMDK-nin sədri Kərəm Həsənovun özü olması da istisna deyil. Ola bilsin Kərəm Həsənov bu zavodu da qohumlarından birinin adına sənədləşdirib.

Talanan zavodlar

Bir zamanlar nəinki Azərbaycanın, hətta SSRİ-nin sənaye şəhərləri içərisində məşhur olan Sumqayıtda daha bir zavod tarixin arxivinə göndərilib. Belə ki, şəhərdəki Superfosfat Zavodu artıq metal qırıntıları şəklində Poladəritmə Zavoduna »yem» edilir. Bu barədə qəzetimizə adının çəkilməsini istəməyən məlumatlı mənbə məlumat verib. Onun sözlərinə görə, işlədiyi müddətdə zavod kənd təsərrüfatı sahəsi üçün yüksək keyfiyyətli mineral gübrələr, həmçinin sulfat turşusu, dənəvər və sadə superfosfat istehsal edib. İndi bu böyük sənaye müəssisəsi gözü doymayan məmur-oliqarxların iştahının qurbanına çevrilib.
Fikrət Sadıqov “Azərkimya”nın prezidenti olanda gürcü əsilli bir İngiltərə vətəndaşı olan iş adamı bu zavodu almaq istəyib. O, burada nə iş görəcəyi, məhsulları hansı ölkəyə, neçəyə satacağı, oradan nələr alacağı barədə konkret planlarını da masa üzərində qoyubmuş. Ancaq ondan 2 milyon dollar rüşvət istənildiyi üçün iş adamı başını götürərək birdəfəlik qaçıb. Ondan sonrakı illərdə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev zavodun fəaliyyətini tam bərqərar etmək üçün zavodu almaq istəyib. Ancaq keçmiş nazirin 2005-ci ildə həbs edilməsi bu məsələnin də reallaşmasına imkan verməyib.
Zavodu almaq istəyən növbəti adam isə yəhudi əsilli iş adamları olub. Ancaq bu dəfə də hansısa səbəblərdən razılaşma əldə etmək mümkün olmayıb.
Sonradan zavod Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun tabeçiliyinə verilib. Bu ilin may ayından etibarən isə zavoda özlərini Həsənovun tapşırığını yerinə yetirən şəxslər kimi təqdim edən adamlar gəlib və zavodu doğramağa başlayıblar. İndiyə qədər davam edən müddətdə zavoddakı müxtəlif qiymətli dəzgahların, metal konstruksiyaların doğranması prosesi həyata keçirilsə də, proses hələ ki başa çatmayıb. Zavodda yalnız bir sexin saxlanıldığı, digər sexlərin isə məhv edildiyi bildirilir.
Başqa bir heyrətamiz məlumat budur ki, Poladəritmə Zavoduna “metallom” üçün satılan qiymətli metal məmulatlarının tonu 30 manata “oformit” edilir. Ancaq mənbə real bazar qiymətinin bundan dəfələrlə çox olduğunu deyir: “Sumqayıtda metal qəbul edən kiçik qəbul müəssisələrində dəmirin tonu 120 manatdır. Onlar da 120 manata alır və üstünə qazanclarını qoyub Poladəritmə Zavoduna verirlər. Deməli, real qiymət 200 dollar civarındadır”.
Mənbə deyir ki, doğranan dəzgahların əksəriyyəti işlək vəziyyətdədir. Yeri gəlmişkən, rəsmi məlumatlarda “Sumqayıt Superfosfat” ASC-nin nizamnamə kapitalının 7,54 mln. manat olduğu bildirilirdi. 1956-cı ildə istismara verilən zavod 62,4 ha sahəni tutur və orada 540 nəfər işləyirdi. Deməli, zavodun ləğvindən sonra bu ərazinin satılması mərhələsi də başlayacaq ki, bu da milyonlarla manat əlavə qazanc deməkdir.
Zavodların beləcə »metallom» kimi satılmasına dair bu yeganə fakt deyil. Məsələn, Səttərxan və Montin zavodlarından qiyməti milyon dəyərlərlə olan avadanlıqlar Çinə metal tullantısı kimi satılıb. Sumqayıt və Gəncə Aliminium zavodlarının, Daşkəsən filiz saflaşdırma zavodunun bir neçə dəzgahlarının satılmasında “Detal” holdinqin adı çəkilir. Araşdırmamız nəticəsində öyrəndik ki, bu holdinq İngiltərədə qeydiyyatdan keçib və Kərəm Həsənovun yaxını Rüstəm Şahbazova aid olduğu deyilir. R.Şahbazov komitə sədri ilə tələbə yoldaşı olub və onun maliyyə məsələlərində ən çox güvəndiyi adam sayılır. Zavodların avadanlıqlarının satılmasında alıcı tərəf kimi İran kəşfiyyatçısı olan Əsgər adlı şəxsin adı çəkilir. Bu istiqamətdə araşdırmalarımızı davam etdirəcəyik.

Elçin Əmirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənovun yalanları

    Kərəm Həsənovun yalanları ...

    26-12-2012, 13:07

  • 
  • İlham Əliyev Kərəm Həsənovun səlahiyyətini əlindən aldı - rəsmi

    İlham Əliyev Kərəm Həsənovun səlahiyyətini ...

    20-05-2016, 01:54

  • 
  • Kərəm Həsənovun yeni özəlləşdirmə maxinasiyaları

    Kərəm Həsənovun yeni özəlləşdirmə maxinasiyaları ...

    27-12-2012, 08:50

  • 
  • Kərəm Həsənov dövlət müəssisəsini necə dağıtdı?

    Kərəm Həsənov dövlət müəssisəsini necə dağıtdı? ...

    17-06-2016, 00:51

  • 
  • Yol-nəqliyyat infrastrukturuna 858 mln manat xərclənib amma...

    Yol-nəqliyyat infrastrukturuna 858 mln manat ...

    19-07-2013, 10:42


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (214)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu