GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Adi talan sxemi: büdcədən oğurla, özünə biznes qur...

Adi talan sxemi: büdcədən oğurla, özünə biznes qur...

Tarix: 15-04-2014, 10:29 Bölmə :İqtisadiyyat Baxış: 901
Adi talan sxemi: büdcədən oğurla, özünə biznes qur...
Dövlətin pulları necə talanır

Bir neçə ay qabaq “Alatava-2 Avtonəqliyyat” adı altında fəaliyyət göstərən daş bazarında olaraq oradan reportaj hazırlamışdıq.
Alatava qəsəbəsində yerləşən bu müəssisənin sahibi Afaq Məmmədova adlı bir şəxsdir. Qəsəbə sakinləri ondan çoxdan narazılıq edir. Çünki, bu bazarda doğrudan da başqa bir “bazar” açılıb, ora narkomanların və cürbəcür cinayətkar ünsürlərin oylağına çevrilib. Amma məsələ təkcə bunda deyil. Həm də ondadır ki, bazarın künc-bucağında narkomanların sayəsində qalaqlanan şpris və s. zir-zibilin altında büdcə pullarının yuyulmasına xidmət edən dəqiq işləyən bir sistem də gizlənir.
Hələ ilk reportajımız zamanı bazarın satıcıları müxbirlərimizə etiraf etmişdilər ki, 4 hektar ərazini əhatə edən bu obyekt Afaq Məmmədovanın adına sadəcə rəsmən sənədləşdirilirb, yəni xanım Məmmədova onun formal sahibidir. Daş bazarının real sahibi və idarəçisi isə A.Məmmədovanın keçmiş əri Fərəməz Nurulla oğlu Məmmədovdur.
Bazarda çalışanlar onu da demişdilər ki, Fərəməz Məmmədov iqtisadi cinayətlərdə ittiham olunub, ona qarşı cinayət işi açılıb və bu iş hələ də açıq qalır. F.Məmmədov bunu bildiyi üçün həyat yoldaşından qəsdən boşanıb və bazarı xanımının adına sənədləşdirib, ki cinayət işi yenilənsə, əmlakı müsadirə olunaraq əlindən çıxmasın...
Bu işlə bağlı araşdırmaları davam etdirərkən maraqlı faktlar aşkarlayıb. Bəlli olub ki, F.Məmmədov vergidən yayınma yolu ilə qazandığı pullar hesabına öz tikinti biznesini bu gün də böyütməkdə davam edir. F.Məmmədov cinayət təqibi altında ola-ola “Yüksəl-inşaat” MTK adlı şirkət qurub. Bu şirkət Bakının 7-ci mikrorayonunda, həmçinin Ukraynada çoxmərtəbəli binalar tikir.
Aydın məsələdir ki, əgər hüquq-mühafizə orqanları bir şəxs barəndə cinayət işi açırsa, onu beynəlxalq axtarışa verirsə, həmin şəxsə heç nəyə məhəl qoymadan öz biznesini uğurla genişləndirirsə, deməli, burada söhbət böyük rütbəli məmurların ona himayədarlıq etməyindən gedir. F.Məmmədova bir vaxtlar “lap yuxarılar”dan olan məmurlar, o cümlədən sabiq baş prokuror Eldar Həsənov himayədarlıq edib. E.Həsənov böyük iqtisadi cinayətlərə yol vermiş F.Məmmədovu sözün hərfi mənasında həbsxanadan xilas etmişdi.
Fərəməz Məmmədov öz biznesinin 90-cı illərin ortalarında o zaman yüksək dövlət vəzifəsi tutan kiçik qardaşı Qalib Məmmədovun sayəsində qurub. Qalib Məmmədov isə Avtomobil Nəqliyyatı Nazirliyinin Yol Fondunun sədri vəzifəsinə sabiq spiker Rəsul Quliyevin qardaşı Telman Quliyevin xeyir-duası ilə təyin olunmuşdu (Avtomobil Nəqliyyatı Nazirliyi sonradan “Azəravtoyol” Dövlət Şirkətinə çevrildi, Yusif Novruzov da onun rəhbəri oldu. 1998-ci ildə Nəqliyyat Nazirliyi yaradılandan sonra bu Dövlət Şirkətinin statusu dəyişdi və o, 2003-cü ildə Nəqliyyat Nazirliyi nəzdində departamentə çevrildi. Amma bu yazıda biz Dövlət Şirkətini “nazirlik” kimi yazacağıq-red.).
Sonralar DİN-in Baş İstintaq İdarəsi Məmmədov qardaşlarının cinayətlərinin izinə düşəndən sonra Fərəməz Məmmədov istintaqdan qaçıb Türkiyədə gizlənməyə məcbur oldu. Onun qardaşı Qalib Məmmədov isə bu günə qədər də “Chevrolet” i “Cadillac” avtomobillərinin Bakıda dilerliyi ilə məşğul olan “Performance Center” şirkətinin rəhbəri olaraq qalır. Üstəlik, Qalib Məmmədov öz şirkətini açıq-açığına təmsil və təqdim edir. Aşağıdakı şəkildə o, “Babək” diler salonunun açılışındadır...
Masallının Ərkivan kəndində anadan olan Fərəməz Məmmədov kasıbçılıqdan çıxaraq bu yerlərə gəlib. O, Kənd Təsərrüfatı Nazirliyinin 4 saylı Elektromexanizasiya Trestinin qarajında işləyib. Onda qardaşı Qalib Məmmədov artıq nəqliyyat sektorunda çalışırdı, Avtonəqliyyat İdarəsinin rəisi idi. Q.Məmmədov bundan sonra Nəqliyyat Nazirliyi Yol Fondunun sədri təyin olundu. O dövrdə Məmmədov qardaşlarına sabiq baş prokuror Eldar Həsənovun qardaşı, nazir müavini postunu tutan Şahin Həsənov himayədarlıq edirdi.
Q.Məmmədov Yol Fondunun sədri olandan sonra əvvəlki iş yerində rəhbər kimi öz adamı Gülağa Məmmədovu saxladı. Bu da Q.Məmmədova gələcək “pulyuma mexanizmi”ni işlətmək üçün çox lazım idi. Araşdırmalar zamanı onu da öyrənə bilmişik ki, hər iki qardaş bir neçə il ərzində büdcə vəsaitlərinin mənimsənilməsi ilə məşğul olublar. Məmur-işbazlar bu zaman bir neçə sxem üzrə işləyiblər. Belə ki, onların hər yerdə adamı, lazımi postlara yerləşdirilmiş qohumları olub. Yaxınlarının, qohumlarının olmadığı yerlərdə isə hamını susduracaq qədər böyük pulları olub.
Yol Fondu az qala mini Vergi İdarəsi kimi işləyir və Nəqliyyat nazirliyinin tabeçiliyindəki müxtəlif dövlət idarələrindən (o cümlədən, neft bazalarından) faiz alırdı. Fond belə edirdi: firmalardan xahiş edirdi ki, həmin faizləri maddi-texniki təchizat idarələrinin hesabına köçürsünlər. Bu idarələr də dövlətin balansında idi. Bu “xahiş” rəsmi məktub şəklinə salınır, elə nazirlik tərəfindən də imzalanırdı. Nazirlik isə həmin kağızlara “şapka” müqabilində möhür vururdu. Əgər firmaların, konkret olaraq, neft bazalarının əlində nağd pul olmurdusa, onlar “vergi”ni neft, yaxud benzin şəklində, necə deyərlər, natura ilə ödəyirdi. Həmin neft və benzin isə Naxçıvan vasitəsilə Türkiyəyə göndərilərək qeyri-leqal sxem əsasında orada satılırdı.
Maddi-texniki təchizat idarələri, sadə dillə desək, 1 və 2 nömrəli neft bazaları sonralar sifarişlərini bir günlüyə yaradılan “kəpənək-firmalar”a verir, onlara öz balanslarından pul ödəyirdilər.
Sxemin birinci hissəsi ona görə yaradılmışdı ki, neft bazalarının hesabında ciddi məbləğdə pul olsun. Aydın məsələdir ki, bir günlük firmalar da Məmmədovlara məxsus idi, amma onlar ayrı-ayrı adamların adına sənədləşdirilirdi. Kağız üzərində məsələ həll olunan və pullar nəqdləşdirilən kimi firmalar dərhal ləğv edilirdi.
Məsələn, təkər (şin) alqısında bütün sövdələşmə kağız üzərində aparılırdı. Elə edilirdi ki, bu “materiallar” mümkün qədər tez yararsız hala düşsün, sonra firma bağlansın. Buna görə nazirliyə tabe olan dövlət idarələrinə 20 faiz “otkat” ödənilirdi. Silinmə aktı tərtib edilir, mövcud olmayan sehrli şinlər mövcud olmayan zibilxanaya atılır, nağd pullar isə Məmmədovların cibinə axırdı. Aydındır ki, dövlətə məxsus texnika bütün bu müddətdə köhnə və yararsız şinlər üzərində yeriyirdi.
Qalan mal-material yeyintisi də təkər kimi. Şin məsələnin görünən xırda hissəsidir. Digər talan sxemləri də var idi. Məsələn, nazirliyə aidiyyəti olan sahələrdən töycü yığılması, ölkəyə avtonəqliyyat vasitələri idxalına “krışalıq” edilməsi...
Nəqliyyat Nazirliyi oğurlanan pulların həcminin çox olduğunu görəndə bu kontoru bağlamaq və gözdən pərdə asmaq üçün formal cinayət işi açmaq qərarına gəldi. Yol Fondu ləğv edildi, onun səlahiyyətləri digər qurumlara verildi. 1 və 3 saylı neft bazalarının müdirləri zərbə altında qaldı. 1 saylı bazanın müdiri elə indiki daş bazarının sahibi Fərəməz Məmmədov idi. Ona da, 3 saylı bazanın müdiri Əhəddin Əliyevə də cinayət işi açıldı. Ə.Əliyevə xaricə qaçmaqda kömək elədilər. İndiyə qədər də xaricdə gizlənir.
Gülağa Məmmədovu da gizlədə bildilər. Fərəməz Məmmədov isə yalnız qardaşının himayədarlığı və yuxarılardakı yaxşı əlaqələri sayəsində cəzadan qurtuldu. Lakin cinayət işi hər halda açılmışdı. Axı oğurluğun və büdcə pullarının yuyulmasının miqyası həddən artıq böyük idi. F.Məmmədova açılmış cinayət işi bu günədək də açıq qalıb, lakin heç kim bu işlə məşğul olmaq istəmir deyə xəzinə oğrusu hələ də öz biznesi ilə məşğuldur.
90-cı illərin sonunda F.Məmmədovun qanunlarla problemi yarananda ona ilk yardım göstərən şəxs o vaxtkı baş prokuror Eldar Həsənov olmuşdu. E.Həsənov məsələyə müdaxilə edərək cinayət təqibinin dayandırılmasına nail oldu, çünki Məmmədovların tərəfdaşlarından biri də öz qardaşı Şahin Həsənov idi. Bu hay-küylü iş daha heç kimə lazım deyildi deyə ört-basdır elədilər.
F.Məmmədov azadlıqda olduğu müddət ərzində bütün “arzuedilməz” sənədlərdən yaxa qurtarmağa nail oldu. Üsul çox sadədir: Məmmədov dövlət arxivinə gedir, orada rüşvət verərək belə bir arayış alır ki, arxivin saxlanclarında onun işi ilə bağlı sənədləri saxlamağa yer olmadığı üçün həmin kağızlar məhv edilməlidir. Əsas şahid Əhəddin Əliyev işi “yaş” olduğu üçün özü də xaricə qaçıb. Qalan iştirakçılar isə ya hələ də yüksək vəzifələr tuturlar deyə heç nədən qorxmurlar, ya da artıq dünyalarını dəyişiblər. Məmmədovlara başqa amil də kömək etdi.
Sonralar - 1998-ci ildə Nəqliyyat Nazirliyi yaradılanda Yol Fondu tarixin dibinə gömüldü, onun ətrafındakı söz-söhbət də elə qurumun özü kimi unudulub getdi.
Bu günə gəlincə isə Məmmədovların hamisi Eldar Həsənov Avropada diplomatik fəaliyyətlə məşğuldur, Serbiyada səfirdir. Fərəməz Məmmədov daş bazarında inhisar yaradıb, tikinti biznesi qurub ev tikir. Onun qardaşı Qalib Məmmədov daha böyük biznes quraraq avtomobil alıb-satır. Bu korrupsiya mexanizminin necə yaranmasının şahidi olan sabiq spiker Rəsul Quliyev (unutmayaq ki, onun özü də iqtisadi cinayətlərdə ittiham edilib) ABŞ-da siyasi mühacirətdədir. 90-cı illərdə yaradılmış korrupsiya və talançılıq mexanizmləri isə prezidentin bu hallara qarşı mübarizə sahəsində göstərdiyi bütün səylərə baxmayaraq, hələ də işləkdir və bu sxemlərin kökü hələ də kəsilməyib. Ölkənin büdcəsindən milyardları oğurlayanlar isə hələ də azadlıqda gəzir...
Turac Əliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Kəbirə Məmmədova həbs oluna bilər

    Kəbirə Məmmədova həbs oluna bilər ...

    27-08-2013, 01:10

  • 
  • Bakının bir əsr yaşı olan bazarı dağıdılır-FOTOSESİYA

    Bakının bir əsr yaşı olan bazarı ...

    19-07-2013, 16:16

  • 
  • Vergilər Nazirliyi Kəbirə Məmmədovaya cinayət işi açdı

    Vergilər Nazirliyi Kəbirə Məmmədovaya cinayət işi ...

    4-08-2013, 18:25

  • 
  • Azərbaycanlılar Rusiyada etiraza qalxdı – ( Video)

    Azərbaycanlılar Rusiyada etiraza qalxdı – ( Video) ...

    31-01-2014, 17:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu