GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şəhid bacısı dövlət başçısından kömək istəyir

Şəhid bacısı dövlət başçısından kömək istəyir

Tarix: 28-10-2013, 19:07 Bölmə :Ölkə Baxış: 1 414
Şəhid bacısı dövlət başçısından kömək istəyir
O, “Qaçqınkom”un hansı səlahiyyətli nümayəndəsinin məsuliyyətə cəlb olunmasını tələb edir?
Azərbaycanda dövlət büdcəsi hesabına qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün ayrı-ayrı bölgələrdə inşa olunan evlərin tikintisində və paylanmasında dəhşətli vəziyyətin hökm sürdüyü bildirilir. Qaçqın və məcburi köçkünlər üçün tikilən yeni mənzillərin paylanılmasındakı acınacaqlı durum da məyus olmağa əsas verir.
Qeyd edək ki, təkcə son iki il ərzində “Qaçqınkom”da korrupsiya və rüşvətxorluq halları artıb və bu barədə mətbuatda dəfələrlə yazılıb. Redaksiyamıza edilən müraciətdə bildirilir ki, köçkün ailələrinə mənzil və yeni evlər paylanıb. Bu yaxınlarda da ölkə başçısının iştirakı ilə Abşeron rayon, Masazır qəsəbəsində salınan qaçqın şəhərciyinin açılışı oldu. Amma köçkün ailələri hələ yeni mənzillərinə köçürülməyiblər. Bu gün toxunmaq istədiyimiz məsələ isə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindəki "qohumluq siyasəti" ilə bağlıdır.
Redaksiyamıza Abşeron rayonu, Masazır qəsəbəsi bina3 mənzil 3-də yaşayan məcburi köçkün, şəhid bacısı Muradxanova Bəsdi Teymur qızı “Qaçqınkom”un səlahiyyətli nümayəndəsi Elman müəllimdən və Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi humanitar şöbənin müdiri Mönsümov Nizamidən şikayət məktubu ünvanlayıb. Həmin şikayət məktubunu diqqətinizə çatdırırıq:
“Salam, “Gündəm Xəbər” qəzetinin kollektivi. Ümid yerimiz olduğunuza görə sizə müraciət etmək qərarına gəldik. Mən və mənim ailəm Zəngilan rayonundan məcburi köçkünük. 1993-cü ilin oktyabr ayının sonlarından Azərbaycan Neft Akademiyasının yataqxanasında məskunlaşmışıq. Artıq 20 ildir ki, bu yataqxanada məcburi köçkün həyatının çətinliklərini, əzablarını, ağrı-acılarını yaşayırıq. Bu yaxınlarda ölkə başçısının sərəncamı ilə, Azərbaycan Neft Akademiyasının yataqxanasında məskunlaşmış məcburi köçkünlərin Masazır qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalara köçürülməsinə start verdi. Ancaq çox təəsüflər olsun ki, bu köçürülmə və ev bölgüsü ədalətsizliklə, haqsızlıqla, saxtakarlıqla həyata keçirildi.Ölkə başçısının göstəriş və sərancamlarına əməl olunmadı. Qeyd edək ki, məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı dövlət proqramına əsasən ehtiyacı olanlara evlər tikilir və növbəli şəkildə paylanır. Öncə çadırda yaşayanlar, daha sonra Fin qəsəbəsindəkilər, sonda isə tələbə yataqxanalarında məskunlaşanlar köçürülür. Hansı köçkün hansı yerli rayonlarda məskunlaşıbsa, onların sosial problemləri ilə yerli icra hakimiyyətləri məşğul olur. Yerli icra hakimiyyəti orqanları isə əlavə yardımlar etmək əvəzinə onları yenidən didərgin salırlar. Nəsimi Rayon İcra Hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş üzrə şöbəsinin müdiri Şəfəq Cəfərova, Qaçqınkomun səlahiyyətli nümayəndəsi Elman müəllim və Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi humanitar şöbənin müdiri Mönsümov Nizami birləşib saxtakarlıqlar edərək yaxşı pullar müqabilində mənzilləri ayrı-ayrı adamlara satdılar. Kim yaxşı pul verirdisə onlara yaxşı binalardann, yaxşı mərtəbələrdən, yaxşı təmir olunmuş mənzillərdən verirdilər. Bütün bu saxtakarlıqların başında Nizami Mövsümov dayanırdı. Hətta elə adamlara ev satdılar ki, biz onları köçkün kimi tanımırıq.
Bizim kimi pulu olmayanlara, pul verməyənlərə ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olanlara iki otaqlı, pul verib ailəsində iki nəfər olana da iki otaqlı mənzillər verdilər. Bizim ailəmizdə 4 nəfərin olması, gəlinimin hamiləliyi və qardaşımın şəhid olmasına məhəl qoymayan Nizami Mönsümov pul vermədiyimizə görə bizə birinci mərtəbədə rütubətli və kosmetik təmir olunmuş mənzil verdi.Biz ailədə 4 nəfərik. Yuxarıda vurğuladım ki, gəlinim hamilədir. Bu gün-sabah nəvəm olacaq. Nəvəm dünyayagələndən sonra o, rütubətli evin tavanından daman və su buraxan mənzildə necə yaşamalı olacağıq. Budurmu gənc ailələrə göstərilən qayğı?”
Köçkünlər üçün tikilən evlərin pulla satıldığını iddia edən şikayətçi onlara çatacaq evlərin də başqalarına pulla satıldığını vurğulayır. Onun sözlərinə görə, yeni köçkün qəsəbələrinə köçürülənlərin bir hissəsindən pul alınıb: “Aşağı məbləğ iki min manatdır. Hələ ümumiyyətlə qeydiyyatda olmayan, yaxud evi olanlara da ev verilib. Bu adamlar üçün ikiotaqlı mənzillər on min manatdan paylanıb. Ümumiyyətlə köçkünlər üçün ev bölgüsü ədalətli olmayıb. Əksər hallarda mənzillərə haqqı çatan köçkünlərdən də pul alınıb. Onlarla köçkün ailəsi ilə həqiqətən ehtiyacı olduğu halda, yataqxanada qalmağa məcburdur. Bizim kimi hüququ pozulanlar , haqqı tapdalananlar minlərlədir. İnsanlar incidilir, alçaldılır , dövlətdən və prezidentən narazı salınır. Nizami Mənsimovun ədalətli bölgü aparmadığına görə narazılığımı bildirəndə məni küçə söyüşləri ilə , insanlığa yaraşmayan mədəniyyətsiz davranışlarla qarşıladı. Bildirdim ki, insanda həya olmalıdır axı, siz dövlət məmurusuz, mənim də qardaşım torpaqlarımız uğrunda gedən döyüşlərin birində Zəngilan rayonunda çəhid olub niyə hörmətsizlik edirsiniz. Ağır və dözülməz cavablar eşitdim Nizami Mövsümovdan, mənə görə ölüb, mənəm günahkar. Gedin kimə və hara şikayət edirsiniz edin”.
Qəzetiniz vasitəsilə Dövlət Başçısına, Daxili işlər Nazirinə, Respublikanın Baş Prokuroruna müraciət edirəm. Qaçqınlar və məcburi köçkünlərin köçürülməsi prosesi təzədən araşdırılsın və nəzarətə ötürülsün. Qaçqınkaomun səlahiyyətli nümayəndəsi Elman müəllim və Zəngilan rayon icra hakimiyyətində çalışan Nizami Mövsümov məsuliyyətə cəlb olunsunlar. Nizami Mövsümov sözün əsl mənasında özünü Zəngilan rayonunun ağası kimi aparır. Sizə Nizami Mənsimovun kimliyindən və kimlərə arxalandığı haqqında məlumat vermək istərdim.O, Qaçqınkomun sədri Əli Həsənovun və Zəngilan Rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Həsənovun yaxın qohumudur. Qeyd edək ki, Qaçqınkomun sədri Əli Həsənov və Zəngilan Rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Həsənov doğma qardaşdırlar. Nizami Mövsümovun mənzil bölgüsündə etdiyi saxtakarlıqlar haqqında kifayət qədər faktlar var.
Əlavə olaraq bildirək ki, komitə sədrinin müavini Gəray Fərhad oğlu Fərhadov da Əli Həsənovun xalası oğludur. Sədrlə qohumluqdan istifadə edən Fərhadov məcburi köçkünlər üçün nəzərdə tutulan müxtəlif yardımların dağıdılmasında birbaşa pay sahibidir. Sonda dövlət başçısından kömək istəyən şikayətçi , qəzetimiz vasitəsilə Prezidentə səslənib: “Möhtərəm cənab Prezident! Sizdən humanist, alicənab və qayğıkeş bir dövlət başçısı olaraq digər məcburi köçkün ailələri kimi, bizim də Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün yeni tikilmiş yaşayış binalarında müvafiq mənzillərlə təmin edilməyimiz üçün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə lazımi göstəriş verməyinizi xahiş edirik. İnanırıq ki, Sizin bir dövlət başçısı kimi öz müstəsna səlahiyyətləriniz çərçivəsində bizim bu mənzil problemimizin həllinə şəxsən diqqət yetirməyiniz problemimizin çevik şəkildə müsbət həllinə kömək edər. Biz Sizdən kömək istəyirik”.
Elşad Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənovun qohumluq siyasəti

    Əli Həsənovun qohumluq siyasəti ...

    22-01-2013, 09:39

  • 
  • Əli Həsənovun tikinti maxinasiyaları

    Əli Həsənovun tikinti maxinasiyaları ...

    1-02-2013, 10:56

  • 
  • Qaçqınlar “Qaçqınkom”un qabağında aksiya keçirəcək

    Qaçqınlar “Qaçqınkom”un qabağında aksiya keçirəcək ...

    8-01-2014, 18:29

  • 
  • Tağı Əhmədov depo ərazisindəki evləri sökməyə başladı

    Tağı Əhmədov depo ərazisindəki evləri sökməyə ...

    22-01-2014, 13:10

  • 
  • Əli Həsənova daha bir ittiham

    Əli Həsənova daha bir ittiham ...

    13-03-2013, 10:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu