GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Faciənin buynuzlarımı olmalıdır…?! - ƏLİ HÜSEYNOV (1-ci hissə)

Faciənin buynuzlarımı olmalıdır…?! - ƏLİ HÜSEYNOV (1-ci hissə)

Tarix: 13-11-2014, 01:04 Bölmə :İqtisadiyyat Baxış: 0
Faciənin buynuzlarımı olmalıdır…?! - ƏLİ HÜSEYNOV (1-ci hissə)
gundemxeber.az tanınmış iqtisadçı alim Əli Hüseynovun Azərbaycan iqtisad elmində baş verən neqativliklərlə bağlı araşdırma yazısının birinci hissəsini təqdim edir. Qeyd edək ki, bu yazı eyni zamanda, indiyə qədər müxtəliv KİV-lərdə Əli Hüseynov barəsində yazılan məqalələrə cavab xarakteri daşıyır. Yazıdakı bütün fikirlər bir tərəfə məxsus olduğu üçün, redaksiya adları çəkilən hər bir şəxsin də cavab haqqını tanıyır və bu istiqamətdə təqdim ediləcək məqalələri dərc etməyə hazır olduğunu bəyan edir:

Bir dəfə «ELM» qəzetində bir məqalə çap etdirmişdik. Onun az qala hər sözü yoxlanılmış, izahı tələb olunmuş, ən cüzi məna çalarına görə belə sinonimi ilə əvəzlənməsi tələb olunmuşdu. AMEA Rəyasət Heyətinin təsisçisi olduğu qəzet, şübhəsiz, adına da uyğun olaraq, elmliyi, ədalətliyi (və s.) ilə digər qəzetlərdən fərqlənməlidir. Lakin 18 iyul 2014-il tarixdə geniş yer ayırdığı «İqtisadçı alimin qərəzi» məqaləsini oxuduqda, nədənsə həmin prinsipiallıqdan əsər-əlamət görmədik. Bu «ikili standartlar» əsaslı şübhələr yaradır ki, orada da, ya T. Hüseynovun keçmiş komsomol «silahdaşlarından», ya da T. Paşanın «regionundan» kimsə çalışır..!
Yazıda «qərəzin» məhz nədən ibarət olduğu qeyd olunmasa da, o qədər, «uzlaşmayan» məqamlar və açıq-aşkar təhqiramiz ifadələr vardı ki, bunların da hamısının «ELM» qəzetinin gözündən yayınması çox təəccübləndirir. Məsələn:
Yazının axırında, şablona çevrilmiş, «qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq» sözlərini görmədik.
Bu mətnin, düz 1 ay və 1 həftə əvvəl (11 iyun 2014) «Bizim yol» qəzetində çap olunduğu, hazırda isə ən gözə çarpan «çatışmazlıqların düzəldilməsi» ilə (məsələn, birinci dəfə T. Hüseynovun monoqrafiyası əsas «təhlil predmeti» olduğu halda, adını yazmamışdılar və s.) təkrar çap olunduğu da qeyd olunmamışdı.
Bizi «etik normalardan uzaq» sayan müəlliflərin, yazıda təhqiredici ifadələrdən bu qədər geniş istifadə etmələri də, redaksiyanın gözündən yayınmış və yaxud da buna «göz yumulmuşdu».
Redaksiyada maraqlana bilərdilər ki, R. Abdullayevadan və T. Hüseynovdan fərqli olaraq, T. Paşanı bu qədər «yandıran» nədir?! Bəlkə bu canfəşanlığı «düşmənimin düşməni, dostumdur» prinsipinə əsaslanır?! Axı Ə.Hüseynov:
İllər uzunudur ki, ondan institutun «Həmkarlar» təşkilatını (HT) idarə etdiyini 20-25 il ərzində tərtib etməli olduğu protokollardan heç olmasa ən əsaslarını tələb edir.
Bütün bu illər ərzində HT xətti ilə xərclənmiş on minlərlə vəsaitlərin maliyyə hesabatlarını istəyir. Bunlardan heç birisinə və heç cürə nail ola bilmədiyindən, carəsiz qalıb, bu barədə «HəmKarLaL təşkilat» məqaləsində qeyd edib.
Sizcə, 20-25 il ərzində, hər il 10 min AZN qədər vəsaitlərin protokollarsız, maliyyə hesabatlarsız (və s.) «xərclənməsi» düzgündürmü?! Bu halda korrupsiyadan şübhələnməmək mümkündürmü?! Onda niyə Ə.Hüseynova qənim kəsiliblər və özlərinə «komanda» yığaraq, onu institutdan uzaqlaşdırmaq üçün əllərindən gələni edirlər?! Elə bu səbəbdən:
4.3. Attestasiya vaxtı «maneə» törətməyə çalışıblar.
4.4. «Makroiqtisadi inkişaf…» şöbəsini az qala «diktatura» rejimində idarə etmək istəyən (şöbənin işçilərini adicə surətçıxarandan istifadə etməyə qoymayan və s.); «Kapital» əsərini belə oxumadan iqtisad elmləri doktoru olmağa hazırlaşan, texniki elmlər namizədi Ağakərim Hacıyev, onun «rejiminə boyun əymək istəmədiyindən» Ə.Hüseynova, şöbənin adından xarakteristika (hətta mənfi) verməkdən tamamilə imtina edəndə, HT sədri kimi, A.Hacıyevə səlahiyyətlərini aşmamağı tövsiyyə etmək əvəzinə, dərhal bundan öz məqsədləri üçün istifadə etməyə çalışıblar və çalışırlar (və s.).
5) Yazıda bu qədər tez-tez qeyd olunan «Elmi Şuranın geniş iclasının» protokolunun heç olmasa nömrəsi ilə də maraqlanmaq pis olmazdı. Doğrudur, Ə.Hüseynovu heç nədən xəbərsiz yaxalayaraq, «ağsaqqallara hörmət, qarasaqqallara töhmət!» prinsipi ilə, şou xarakterli iclasın keçirilməsinə cəhd olub. Amma, onun gedişatı özlərinin əleyhinə çevrilməsi və camaatın dağılışıb getməyi üzündən baş tutmayıb! Belə deyilsə, protokolunu təqdim etsinlər!
Beləliklə, «Elmi Şura»ya yazılı müraciətimizə yazılı da cavab almaq əvəzinə, müxtəlif qəzetlərdə dalbadal təhqir olunuruq! Hətta bununla belə, onların əsərlərində anlaşılmayan məqamların izahını ala bilmirik. Odur ki, çarəsiz qalıb, ilk dəfə olaraq KİV-lərə («Elm» və «Bizim yol» qəzetlərinin redaksiyalarına, orada çap olunmayacağı və ya «ixtisarların» çox olacağı təqdirdə, digərlərinə) müraciət etmək məcburiyyətindəyik. Bəlkə onlar, bu yazıda və «qərəzli» müraciətimizdə qeyd olunanlardan heç olmasa bəzilərini, təhqirlərsiz izah edərlər. Məsələn:
Yazının elə 1-ci cümləsində yazılıb: «Son zamanlar (…) Əli Hüseynovun (…) Azərbaycanın bəzi idarəetmə orqanlarına, elmi ictimaiyyətinə qarşı nifrət dolu (mətndə kursivlər bizimdir – Ə.H) və qeyri-obyektiv yazılarına tez-tez rast gəlirik».
Elə 1-ci cümlədən «opponentinin» belə təqdim olunması, müəlliflərdən birisinin 1937-ci ildə anadan olmasını nəzərə alsaq, bir o qədər də təəccüblü görsənməz — o illərin «dəsti-xətti» çox aydın hiss olunur. Yalnız «xalq düşməni» ifadəsi çatışmır..! Amma, niyə «son zamanlar», bəs əvvəllər?! Belə narazılıq, «bəzi qurumların» və ya orada çalışan bəzi məmurların Ə.Hüseynova qarşı 15-16 il ərzində qeyri-ədalətli olmaları ilə əlaqəli ola bilməzmi?!
Bu cümlədən, həm də belə çıxır ki, tənqid «nifrətdən», tərif isə «məhəbbətdən» doğur. Bu da «tənqid dost üçün, tərif isə düşmün üçün» olduğu qeyd olunan atalar sözümüzlə dabandabana ziddir. Onda atalar sözünə inanaq, yoxsa bu alimlərə?!
Atalarımız onu da deyiblər ki, «baxma kim deyir, bax nə deyir!». Onda bu alimlər niyə «kimin dediyindən» başlayıblar?! Polemikada iradların müəllifi müzakirə olunur, yoxsa iradlar? «Elmi polemika» müstəvisindən, dərhal «o pis adamdır» müstəvisinə keçən alimlərə (xüsusən də 75-80 yaşlarında) nə demək olar?!
Növbəti abzasda yazırlar ki, monoqrafiyalar çox ciddi yoxlamalardan keçir. Yəni, «Ə.Hüseynovun iradları yersizdir».
Onda niyə onlarda bu qədər iradlara yer qalır (məsələn, T.Hüseynovun monoqrafiyasına, əsas mətninə «çatmamış», 20-30 irad)?!
İstənilən digər «elmi nəşrlərdən» qat-qat ciddi yoxlanılan dissertasiyalarda plaqiat halları baş alıb gedir, monoqrafiyalarda hər «şey» düpbələmdüz olarmı?! Yoxsa, dissertasiyaların monoqrafiyalardan zəif yoxlanıldığını iddia edirlər?!
Yazırlar ki, «Əli Hüseynovun dərk edə bilmədiyi həqiqət ondan ibarətdir ki, iqtisadi inkişaf insanların maddi və mənəvi rifahının yüksəldilməsinə xidmət edir».
Ey «Elm» qəzeti, bu sözlərdə aşağılama, təhqir hiss etmədinizmi?! Onda niyə «olduğu kimi» çap etdiniz?! Məsələn, T. Hüseynov bunu hiss edə bilməzdi. Keçmiş «komsomol liderləri» kimi, özündən yaşca və vəzifəcə aşağıda olanlarla, demək olar ki, həmişə belə ifadələrlə danışdığından, bu onun üçün adi haldır.
Əsasən, komsomol liderlərinə xas şüarçılıqla danışan Tofiq müəllim, 2+2-nin 4 olduğunu elə bir pafosla deyə bilər ki, sanki bu «dərk edilməsi çox çətin olan» yeni bir kəşfdir və bunu hələlik ondan başqa bilən yoxdur.
Əgər Əli Hüseynov bu qədər sadə şeyləri də «dərk edə bilməsəydi», T.Hüseynovun «şah əsərində», hələ əsas mətninə çatmamış bu qədər «çatışmazlıqları» tapa bilərdimi?! Sankt-Peterburq Dövlət İqtisad və Maliyyə Universitetini (SPbDİMU), qafqazlılara və xüsusən də azərbaycanlılara qarşı olan neqativ münasibətə baxmayaraq, fərqlənmə diplomu ilə bitirə bilərdimi?!
Elə oradaca, namizədlik və doktorluq dissertasiyalarının hər ikisini vaxtından qabaq müdafiə edə bilərdimi?! (və s.)
Yeri gəlmişkən, bilmək istərdik T. Hüseynov özü doğma Azərbaycanda institutu fərqlənmə diplomu ilə bitiribmi?! Onu da unutmaq olmaz ki, o dövrlər komsomol liderlərinə, vaxtlarını mühazirələrdə yox, komsomol yığıncaqlarında keçirsələr də, imtahanlarda çox böyük güzəştlər edilirdi! T.Hüseynovun monoqrafiyanın adı ilə bağlı yazırlar ki, «Əli Hüseynov bu mənanı başa düşməyibsə, bu onun problemidir. (…) Ancaq elmi cəhətdən kasad olan bir şəxs belə fikir yürüdə bilər. (…) Bu iradlar Ə.Hüseynovun elmin və praktikanın inkişafından çox geri qaldığının bariz ifadəsidir (…). Ancaq elementar etikanı anlamayan adam…».
Ey «Elm» qəzeti, burada təhqir elementləri yoxdurmu?! Bizim yazılarımızda buna oxşar heç olmasa bir ifadə belə olmadığı halda, onlar niyə bu qədər təhqirlərə yol verirlər?! Budurmu onların əsas diskussiya «metodu»?! Elmi polemikanın KİV-də olan hissəsində, opponentlərinə bu qədər təhqir yağdırırlarsa, görün bunu gündəlik həyatda necə və nə qədər edərlər?! Elmi diskussiyanı təhqirlərsiz apara bilməyən adamları, yalnız hansısa yollarla əldə etdikləri «Diplomlara» görə, «alim» adlandırmaq olarmı?! Fəqət, belə alimlərin sayı getdikcə çoxalır! Bu baxımdan, akademik Ramiz Mehdiyevin bu yaxınlarda, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyində, Respublikamızda savadlı kadrların çatışmadığı barəsindəki fikirləri çox düşündürücüdür..!
Sizcə, T.Hüseynovun «Azərbaycanda investisiyalar: gəlirlər, investisiyalar, sənayeləşdirmə, məşğulluq» adlanan monoqrafiyasının adında, «investisiyalar» sözünün 2 dəfə təkrarlanması nə dərəcədə «normal»dır?!
Məlumdur ki, (:) durğu işarsindən sonra, cümlənin ona qədər olan hissəsi açıqlanır. Beləliklə, monoqrafiyanın adından belə çıxmırmı ki, «gəlirlər», «investisiyalar», «sənayeləşdirmə» və «məşğulluq» Azərbaycanda (yəqin ki, digər ölkələrdən fərqli olaraq?!) investisiyaların tərkib hissələridir?! Şübhəsiz, nəinki iqtisadiyyatda, bütün kainatda, hər şey əlaqəlidir. Yalnız buna görə onları investisiyanın tərkib hissəsi kimi göstərmək olarmı?! Oxucular T.Hüseynovun bunu «hansı fikirlə» yazdığını necə bilməlidirlər – hər dəfə özündənmi soruşmalıdırlar?!
Adicə 1-ci cümləsinin ilk «Hörmətli oxucum, sizin mühakimənizə..» ifadəsində, razılaşarsınız ki, ya «sizin» sözü böyük hərflə yazılmalı, ya da «oxucularım» olmalı idi. Bunu da ayırd edə bilməyən adam necə elmlər doktoru olub və niyə başqalarını «dərk etməyən» adlandıraraq təhqir edir?!
Əsərdə, belə «xırda qüsurlar» lap çox olduğundan, onlara fikir verməkdən vaz keçirik. Lakin, elə «uyğunsuzluqlar» var ki, həqiqətən təhqirlərsiz izahını istərdik. Məsələn:
T. Hüseynov qeyd edir ki, prezidentimiz cənab İlham Əliyevin, hələ 2000-ci ildə «Nezavisimaya qazeta»ya verdiyi müsahibədən sonra «İqtisadi azadlığa aparan yol» adlı monoqrafiya hazırlamaq fikrinə düşmüş və bu yolla bu kitab ərsəyə gəlmişdir.
Onda belə çıxır ki, bu monoqrafiya təqribən doqquz il ərzində (2000-2009) yazılmışdır. Bu da müəyyən şübhələr yaradır.
T.Hüseynovun 2004-cü ildə müdafiə etdiyi doktorluq dissertasiyasının mövzusuna («Azərbaycan Respublikasında investisiyanın sosial-iqtisadi səmərəliliyinin yüksəldilməsi istiqamətləri») fikir verdikdə bu şübhələr daha da artır. Çünki, Azərbaycanda demək olar ki, hamı namizədlik və doktorluq dissertasiyalarını, sonradan mətni bir az dəyişdirərək «monoqrafiya», «dərs vəsaiti» və sairə kimi yenidən ictimaiyyətə təqdim edir. Bunun üçün onların fəsillərini, paraqraflarını və mətnlərini müqayisə etmək kifayətdir. Onda görəsən niyə T.Hüseynov bu kitabın, prezidentimizin müsahibəsindən «ruhlanaraq» yazıldığı kimi təqdim etməyə çalışır?! Burada, sovet dövründə olduğu kimi, «konyunkturaya reveranslar» hiss olunmurmu?!
Yazır ki, «Bu monoqrafiyada cənab İlham Əliyevə 35-dən çox (nə qədər «çox» bilinmir-Ə.H.) yerdə istinad var» (s.13). Təqribən hər 10 səhifədən bir (1-ci paraqraf 22-ci səhifədən başlayır, sonuncusu 370-də bitir-cəmi 348 səhifə), cənab prezidentə istinadlar edilən monoqrafiyanın, daha çox elmə yoxsa konyunkturaya xidmət etdiyi anlamına gəlir?!
Siyasətçilər və məmurlar öz müsahibələrində alimlərin ideyalarına istinad etməlidirlər, yoxsa alimlər «sırf elmi əsərlərini» onların çıxışlarından sitatlarla doldurmalıdırlar («bəzəməlidirlər» və s.)?!
Həmin siyasətçilərin buna ehtiyacları varmı, yoxsa bu yalnız «alimlərə», müəyyən məqsədlərlə lazımdır?!
«Elmi Şuraya» müraciətimizdə bu monoqrafiya barəsində bilmək istədiklərimizindən bəzilərini diqqətinizə çatdırırıq ki, heç olmasa bir dəfə təhqirlərsiz izahı alaq. Məsələn:
İzahı verilmədən «mənfəət» kateqoriyasından fərqli, «iqtisadiyyatda mənfəət» kateqoriyası qeyd olunur. Onda, razılaşarsız ki, «iqtisadiyyatdan kənar mənfəət» kateqoriyası da olmalıdır. Bu mümkündürmü?!
Monoqrafiyada verilən qrafikdə, Azərbaycanda 2003-cü ildə ÜDM və «iqtisadiyyatda mənfəət» tam bərabər olmuş və 2005-ci ilə qədər çox cüzi fərqlənmişlər. Ümumiyyətlə, istehsal olunmuş məhsulla, ondan əldə olunan mənfəət bərabər ola bilərmi?! Onda belə qrafiki kim «dərk edə bilər»?!
«Ümumi mənfəət» kateqoriyasından da istifadə olunur ki, o da «iqtisadiyyatda mənfəət»dən çox kəskin fərqlənir və üç il dalbadal (2003-2005) «dövlət büdcəsinin gəlirlərinə» tam bərabər olub. Bu illərdə büdcənin digər gəlir mənbələri yoxamı çıxıb?! Bunu bilmək istəməyimiz, hətta qəzetlərdə təhqir olunmağımızla nəticələnib!
T.Hüseynov inkar etməyə çalışır ki, əsər institutun vəsaitləri hesabına buraxılıb…

(Ardı var)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əli Nağıyevin xalası oğlunun həbs edilməsi tələb edildi

    Əli Nağıyevin xalası oğlunun həbs edilməsi tələb ...

    12-10-2015, 13:38

  • 
  • Biləsuvardan cavab gəldi

    Biləsuvardan cavab gəldi ...

    14-05-2014, 15:41

  • 
  • Əli Həziquluyevin namizədliyi qeydə alındı

    Əli Həziquluyevin namizədliyi qeydə alındı ...

    7-10-2015, 00:18

  • 
  • Əxlaqsız statusu bəyənən universitet müəllimi – Eldar Hüseynov

    Əxlaqsız statusu bəyənən universitet müəllimi – ...

    16-09-2015, 22:23

  • 
  • Əli Abbasov işdən çıxarıldı

    Əli Abbasov işdən çıxarıldı ...

    14-08-2020, 12:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu