GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Fizuli Ələkbərovun biznez imperiyasından yeni faktlar

Fizuli Ələkbərovun biznez imperiyasından yeni faktlar

Tarix: 3-02-2013, 11:31 Bölmə :İqtisadiyyat Baxış: 1 544
Fizuli Ələkbərovun biznez imperiyasından yeni faktlar

Əmək və Əhalinin Soasial Müdafiəsi nazirini “Azəri- Trans”
tikinti şirkəti ilə bağlı maxinasiyaları “Gündəm xəbər”də


Azərbaycanda, İsmayıllı rayonunda baş verən hadisələrin zamanında yandırılan Çıraq otelinin sahiblərinin arasında nazir ailəsinin üzvlərinin adı çəkilir. Sosial mediada otel və təsisçilərinə aid foto və Vergilər və Mədəniyyət və Turizm Nazirliklərinin (MTN) saytlarında yerləşdirilən sənədlərin surətləri yayılıb. Bu sənədlərdəki məlumatlar isə otelin idarəçiləri və təsisçisi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovu göstərir.
MTN saytında 2012-ci ildə mehmanxanalar barədə rəsmi sənədlər bölməsində Çıraq otel üçün “VAFİ Turizm” MMC-yə lisenziya verildiyi yazılır. “VAFİ Turizm” MMC-yə (hüquqi ünvanı: İsmayıllı şəhəri, Nizami küçəsi, 26.12.2012-ci il tarixli, qeydiyyat nömrəsi 393, seriya nömrəsi 074370) İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən “Çıraq” oteli üçün”.

“Çıraq” otelinin işıq düşməyən tərəfləri

Nnazirlik “Çıraq oteli üçün lisenziya verilən şəxsin” adını BBC Azərbaycanca bildirməyib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov bildirib, hazırda üç müxtəlif ölkədə sərgilər keçirildiyindən turizm şöbəsinin işçiləri səfərlərdədir. Hümbətov, Vergilər nazirliyinə müraciət etməyi məsləhət görüb. Vergilər nazirliyinin saytında isə, İsmayıllıda yerləşən və təsisçisi Vüqar Füzuli oğlu Ələkbərov olan “VAFİ Region” MMC barədə məlumat verilib. Şirkət 4 avqust, 2010-cu ildə qeydiyyatdan keçib və hüquqi ünvanı İsmayıllı şəhəri, M.Orucov,100-dür.
Qeydiyyat ünvanında hazırda yaşayan Ruhiyyə Cavadova isə Azadlıq radiosuna bildirib ki, “2009-cu ildən burda yaşayır və belə bir MMC-dən xəbərsizdir”. Bu sənədləri REAL Hərəkatı üzvləri İlqar Məmmədov və Natiq Cəfərli birgə araşdırdıqlarını deyir.
İqtisadiyyat üzrə ekspert Cəfərli BBC Azərbaycancaya adı çəkilən şirkətlər arasında əlaqəni izah edir.“Bu şirkətlər bir holdinqin törəmələridir, eyni kökə malikdir”. Cəfərli bu məlumatların İcra başçısı Nizami Ələkbərov və digər məmurların xalqa “yalan danışdığını ortaya çıxardığını” bildirir. İsmayıllı rayon icra başçısı Nizami Ələkbərov mediaya bildirmişdi ki, bu otelin onun qardaşı və qardaşı oğlu ilə əlaqəsi yoxdur və kimə aid olduğunu da bilmir.
Yerli sakinlərin Çıraq otel barəsində BBC Azərbaycancaya dedikləri isə bu fikirlərin əksidir, onlar otelin tikintisini İcra hakimiyyəti ilə bağlayır. Təxminən 5 il əvvəl otuza yaxın ailə Çıraq otelin yerləşdiyi ərazidəki binadan İcra Hakimiyyəti tərəfindən köçürülüb. Həmin sakinlərin bəziləri hazırda digər iki qonşu qadınla birgə 2008-ci ildən köçürüldükləri kərpic satışı ilə məşğul olan obyektin döşəməsi beton otaqlarda yaşayır.
Otel barədə məlumatlar yayılan kimi nazirliklərin saytında həmin məlumatları göstərilən ünvanda tapmaq mümkün olmayıb.Natiq Cəfərli məlumatların gizlədilməsini Azərbaycanda qapalı “offshore” zona yaradılma cəhdləri ilə bağlayıb. “Azərbaycanda kommersiya sirri barədə mürtəce qanun dəyişiklərinin tez Parlamentdən keçirilməsi elə onu göstərdi ki, məmurlar öz biznes strukturlarını və maraqlarını gizlətmək istəyir.
Vergilər Nazirliyi şirkətlər barədə Azadlıq radiosuna bildirib ki, “qanunvericiliyə görə, biz hüquqi şəxslər, təsisçilər və onların nizamnamə kapitalındakı payları haqda açıqlama verə bilmərik. Bu haqda məlumat kommersiya sirri sayılır”. Otel barəsində məlumatlar yayılan zaman isə Facebook sosial şəbəkəsində Vüqar Ələkbərov adlı istifadəçinin “Çıraq” otelinin şəkillər albomu olan profili yayılıb. Amma Ələkbərovun profili elə həmin gün, yanvarın 28-də bağlanıb.

Ələkbərovlar imperiyası tək “Çıraq”dan ibarət deyil, “Azəri- Tarns” şirkəti haqqında nə bilirik?

Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli Ələkbərovun tikinti maxanasiyalari barədə çox saylı məlumatlar yayılır. Belə ki o, rəhbəri olduğu nazirliyin xətti ilə tikinti işləri üçün ayrılan maliyyə vəsaitinin müxətlif formalarda özünə münasib şirkətlər vasitəsilə mənimsəyir. Redaksiyamıza bu barədə çox ilginc məlumatlar daxil olub.
Bizə daxil olan məlumatlara görə, sözü gedən nazirlik tərəfindən Bakıda Montində Gözdən Əlillər üçün 12 mərtəbəli yaşayış binası inşa olunur. Hər mərtəbəsi üçün 620 min manat olmaqla binanın ümumi tikintisi üçün 7, 5 milyon manat vəsait ayrılıb. Çox maraqlıdır ki, binanın tikintisi Qax- Zaqatala zəlzələsinin nəticələrinin aradan qaldırılması üçün sözü gedən bölgədə işləyən “Azəri- Trans” tikinti şirkətinə həvalə edilib. Burda ortaya maraqlı sual çıxır; zəlzələ bölgəsində, eləcə də Bakı daxil olmaqla ölkənin müxtəlif bölgələrində geniş tikinti işləri ilə məşğul olan, yükü həddən ziyadə olan Azəri- Trans şirkətini Fizuli Ələkbərov Gözdən Əlillər üçün binanın tikintisinə niyə tapşırıb? Bəyəm Ələkbərova bina tikmək, inşat işlərini aparmaq üçün şirkətmi azlıq edirdi? Sualın cavabına keçməmişdən öncə “Azəri- Trans” MMC- nin qaranlıq fəaliyyəti, bağlantıları, idarəetmə prinsipləri ilə bağlı bəzi məsələlərə diqqət yetirək.

İşçi heyəti keçmiş polislər və sərhdəçilər olan ailə podrat təşkilatı...

Son zamanalr ölkədə həyata keçirilən iri tikinti işlərində öndə gedən şirkətlərdən biri də “Azəri Trans” MMC- dir. Şirkətin hakimiyyətə yaxın şəxslər tərəfindən yaradıldığı və bəzi dairələr üçün “kaşilok” rolunu oynayan, vəzifəsi birbaşa çirkli pulların yuyulmasına xidmət edən sözü gedən şirkətin simvolik rəhbəri əvvəllər Daxili İşlər Nazirliyinin Təchizat şöbəsində işləmiş Nizami Sadıqovdur. Onun müavini ixtisasca həkim olan İlqar Əliyev isə tikinti işlərindən tamamilə kənar olan Sərhəd Qoşunları Xidmətinə məxsus Hospitaldan bu vəzifəyə gətirilib. Yeri gəlmişkən qeyd edək ki, şirkətin əsas işçi heyəti də məhz keçmiş polislər və sərhdəçilərdir (!?). Hətta şirkətin baş mühasibi və Təchizat İdarəsinin rəisi olan Hidayət Əliyev bu yaxınlarda Sərhəd Qoşunları Xidmətində sıravi gizir rütbəsindən bu vəzifəyə gətirilib. Şirkətin rəis müavini Əbil Şükürov da keçmiş “Sərhədçi” olmaqla digər müavin İlqar Əliyevlə quda olduğuna görə sonuncu tərəfindən bu vəzifəyə irəli çəkilib. Nizami Sadıqovun digər qohumları da “Azəri Trans” MMC- də yüksək vəzifə tuturlar. Göründüyü kimi yüksək dairələrin himayə etdiyi, etimad göstərdiyi tərəfdaş şirkət ailə podrat təşkilatıdır və ailə marağından uzağa gedə bilməyən bu şirkətə dövlətin çox böyük həcmdə vəsaitinin istədiyi kimi xərcləmək etibar olunub.

Füzuli Ələkbərov Kəmaləddin Heydərovdan necə bəhrələnir?

Apardığımız araşdırmalara görə hazırda 2012- ci ilin may ayında Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələ ilə bağlı aparılan tikinti işlərinin böyük bir hissəsi məhz “Azəri- Trans” şirkəti tərəfindən həyata keçirilir. Əldə etdiyimiz məlumata görə zəlzələ ilə bağlı son 7 ayda “Azəri Trans” şirkətinə 70 milyon manatdan artıq vəsait köçürülüb. Dövlətə vergi və digər sosial ödənişlər ödəməyən, bu şirkətin 70 milyonu hara xərclədiyi bəlli deyil. Halbu ki, Zaqatala bölgəsində görülməsi nəzərdə tutulan işlərin böyük həcmi məhz bu şirkətə həvalə olunub. Təkcə Zaqatalada bu şirkət indiyə kimi 800- dən artıq ev tikməli idi. Hazırda böyük vəsaitlərin ayrılmasına baxmayaraq bu şirkət Zaqatalanın Qımır Bazar kəndində 247, Sumalı kəndində 40, Faldarlı kəndində 38, Qondarda kəndində 39, Dardoqqaz kəndində 11 ev və s. tikib istifadəyə verməli idi. Amma görünən odur ki, adı çəkilən kəndlərdə nəzərdə tutulan evlər tikilib istifadəyə verilməyib. Hazırda “”zəlzələ qurbanları”- nın böyük əksəriyyəti məhz bu şirkətin səhlənkarlığı və maliyyə maxinasiları üznüdən hazırda qışı çadırlarda, dəmir vaqonlarda və tövlələrdə keçirirlər. Baxmayaraq ki, evlərin tikilməsi üçün fantastik həcmdə vəsait ayrılıb. Verilən məlumata görə Nizami Sadıqov xərclədiyi vəsait və gördüyü işlərlə bağlı kimsəyə nəinki hesabat, heç məlumat da vermir. Soruşanlara isə qəribə cavab verir; “Siz bilmirsiniz bu şirkət Kəmaləddinin şirkətidir. Biz kimsəyə nə vergi veririk, nə də hesabat. Nəyi necə etməyi özümüz bilərik, gedin işinizlə məşğul olun”. Əslən Gürcüstanın Marneul rayonundan olan Nizami Sadıqov da öz qohum əqrabasını ətrafına toplayaraq dövlət vəsaitini istədiyi kimi xərcləyir. Özü isə Bakıda yüksək dövlət məmuru tərəfindən tikilib ona hədiyyə olunan şəxsi ofisdə oturur. Əldə etdiyimiz məlumata görə həmin binanın tikilməsində FHN- nin Tikintiyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun böyük payı var. Başqa bir məlumatda isə “İpək yolu” restoranının arxasında 6 mərtəbəli ofis- binasının “Azəri- Trans” MMC- yə məhz Cəbrayıl Xanlarov tərəfindən hədiyyə edildiyi, eyni zamanda bu binanın Qax- Zaqatalaya ayrılan “zəlzələ pulu” ilə tikildiyi bildirilir. Maraqlı məqamlardan biri sözü gedən şirkətin Cəbrayıl Xanlarovun əli ilə FHN- ə aid dövlət layihələrində həyata keçirdiyi maliyyə maxinasiyalarına indiyə qədər Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun göz yummasıdır...
“Azəri- Trans” MMC- nin zəlzələ ilə bağlı ayırılan pulların təyinatından kənar xərcləmələr siyahısı uzundur. Bakıda Gənclikdə 5 saylı Xəstəxana ilə üzbəüz FHN üçün tikilən 9 mərtəbəli bina da zəlzələ pulu ilə tikilir və həmin binanın tikintisi zamanı onlarla ailə “Azəri Trans” MMC tərəfindən ədalətli kompensasiya ödənilməyərək zorla evlərindən çıxarılıb.
“Azəri- Trans” MMC Bakı daxil olmaqla ölkənin müxtəlif bölgələrində çoxlu sayda inşaat işləri həyata keçirir və şirkət çirkli pulların yuyulmasında ixtisaslaşmış qurum kimi tanınıb. Yazının əvvəlinə qayıdıb yenə bir suala cavab axtarırıq;

Fizuli Ələkbərovu “Azəri- Trans” MMC ilə nə birləşdirir?

Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, yuxarıda qeyd olunduğu kimi hakimiyyətin yuxarı eşalonunda himayə olunan, vəzifəsi bir başa çirkli pulların yuyulmasını təşkil etməli olan bu şirkət işlədiyi bütün sahələrdə demək olar ki, vergi və sosial ödənişlər ödəməyib. Əldə etdiyimiz məlumata görə Nizami Sadıqovun və İlqar Əliyevin rəhbərlik etdiyi “Azəri- Trans” MMC təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə inşa olunan Gözdən Əlillər üçün binanın tikintisi zamanı 1 milyon 350 min manat vergidən yayınıb. Nizami Sadıqov öz yaxınlarına bildirib ki, “təkcə bizim (özlərinin və Fizuli Ələkbərovu nəzərdə tutur- red.) bu tikinti işində vergidən qazandığımız pullar nəslimizə də bəsdir. Allah Fizuli müəllimin köməyi olsun. O bizim ən yaxın dostlarımzdan biridir. Onun bütün tikinti işlərini biz görəcəyik və biz bu işlərdən milyonlar qazanacayıq”. Gözdən Əlillər üçün tikilən binada maliyyə maxinasiyalarının, vegidən yayınma hallarının deşifrə olunmaması üçün tikinti işlərinə cəlb olunan inşaat briqadaları tez- tez dəyişdirilir və bununla da orda işləyənlərin izi itirilir.
“Azəri- Trans” şirkəti Qax- Zaqatala zəlzələ bölgəsi ilə yanaşı Bakıda, Goradildə, Qəbələdə, Göy- göldə və digər yerlərdə də çirkli pulların yuyulması prosesində iştirak edərək tikinti işlərini həyata keçirir. Növbəti sayımızda şirkətin arxasında duran yüksək vəzifəli dövlət məmurları, onların iş prinsipi, eləcə də “Azəri- Trans” MMC- nin həyata keçirdiyi inşaat işləri və sözü gedən şirkətin vergidən, sosial ödənişlərdən yayınması, dövlət əmlkaının talanması ilə bağlı daha ciddi faktları konkret misallarla diqqətinizə çatdıracayıq. Bizi izlərin.
İlqar Rəsul

P. S. Araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir oğlunun biznes gizlinləri

    Nazir oğlunun biznes gizlinləri ...

    30-01-2013, 10:37

  • 
  • Nazir oğlunun biznes gizlinləri

    Nazir oğlunun biznes gizlinləri ...

    1-02-2013, 10:11

  • 
  • Nazir oğlunun evsiz qoyduqları

    Nazir oğlunun evsiz qoyduqları ...

    4-02-2013, 10:01

  • 
  • “Çıraq” otelinin inzibatçısına 9 il 6 ay həbs verilib

    “Çıraq” otelinin inzibatçısına 9 il 6 ay həbs ...

    11-12-2013, 16:42

  • 
  • İsmayıllıda narazılığın iqtisadi motivləri

    İsmayıllıda narazılığın iqtisadi motivləri ...

    7-02-2013, 10:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu