GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Nazir oğlunun biznes gizlinləri

Nazir oğlunun biznes gizlinləri

Tarix: 1-02-2013, 10:11 Bölmə :Maraqlı Baxış: 907
Nazir oğlunun biznes gizlinləri

Çıraq otelini burdan köçürülən və haqqı
verilməyən ailələrin “ahı və göz yaşları” “yandırıb”


Azərbaycanda, İsmayıllı rayonunda baş verən hadisələrin zamanında yandırılan Çıraq otelinin sahiblərinin arasında nazir ailəsinin üzvlərinin adı çəkilir. Sosial mediada otel və təsisçilərinə aid foto və Vergilər və Mədəniyyət və Turizm Nazirliklərinin (MTN) saytlarında yerləşdirilən sənədlərin surətləri yayılıb. Bu sənədlərdəki məlumatlar isə otelin idarəçiləri və təsisçisi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovu göstərir.
MTN saytında 2012-ci ildə mehmanxanalar barədə rəsmi sənədlər bölməsində Çıraq otel üçün “VAFİ Turizm” MMC-yə lisenziya verildiyi yazılır.
“VAFİ Turizm” MMC-yə (hüquqi ünvanı: İsmayıllı şəhəri, Nizami küçəsi, 26.12.2012-ci il tarixli, qeydiyyat nömrəsi 393, seriya nömrəsi 074370) İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən “Çıraq” oteli üçün”.
Amma nazirlik “Çıraq oteli üçün lisenziya verilən şəxsin” adını BBC Azərbaycanca bildirməyib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov bildirib, hazırda üç müxtəlif ölkədə sərgilər keçirildiyindən turizm şöbəsinin işçiləri səfərlərdədir. Hümbətov, Vergilər nazirliyinə müraciət etməyi məsləhət görüb. Vergilər nazirliyinin saytında isə, İsmayıllıda yerləşən və təsisçisi Vüqar Füzuli oğlu Ələkbərov olan “VAFİ Region” MMC barədə məlumat verilib. Şirkət 4 avqust, 2010-cu ildə qeydiyyatdan keçib və hüquqi ünvanı İsmayıllı şəhəri, M.Orucov,100-dür.
Qeydiyyat ünvanında hazırda yaşayan Ruhiyyə Cavadova isə Azadlıq radiosuna bildirib ki, “2009-cu ildən burda yaşayır və belə bir MMC-dən xəbərsizdir”. Bu sənədləri REAL Hərəkatı üzvləri İlqar Məmmədov və Natiq Cəfərli birgə araşdırdıqlarını deyir.
İqtisadiyyat üzrə ekspert Cəfərli BBC Azərbaycancaya adı çəkilən şirkətlər arasında əlaqəni izah edir.“Bu şirkətlər bir holdinqin törəmələridir, eyni kökə malikdir”. Cəfərli bu məlumatların İcra başçısı Nizami Ələkbərov və digər məmurların xalqa “yalan danışdığını ortaya çıxardığını” bildirir. İsmayıllı rayon icra başçısı Nizami Ələkbərov mediaya bildirmişdi ki, bu otelin onun qardaşı və qardaşı oğlu ilə əlaqəsi yoxdur və kimə aid olduğunu da bilmir.
Yerli sakinlərin Çıraq otel barəsində BBC Azərbaycancaya dedikləri isə bu fikirlərin əksidir, onlar otelin tikintisini İcra hakimiyyəti ilə bağlayır.
Təxminən 5 il əvvəl otuza yaxın ailə Çıraq otelin yerləşdiyi ərazidəki binadan İcra Hakimiyyəti tərəfindən köçürülüb, sakinlər deyir. “Bizi 2008-ci ilin fevralın 28-də axşamüstü məcburi şəkildə polis gücünə çıxarıblar”, Təranə Ağayeva dilə gətirir. Ağayeva hazırda digər iki qonşu qadınla birgə 2008-ci ildən köçürüldükləri kərpic satışı ilə məşğul olan obyektin döşəməsi beton otaqlarda yaşayır.
Ağayeva onlara həm də topraq sahəsi verildiyini deyir, amma onlar həmin sahələr “gərginliyin altında” yerləşdiyindən ərazilərini “sənədləşdirə bilmir”. Köçürülən ailələr 1993-cü ildən otelin yerləşdiyi binada yaşayıblar. “Sovet dövründə bura “raykoittifaq” deyilirdi, sonra yataqxana kimi istifadəyə verildi. Biz orda ev pulu köçürmüşük, kommunal xərcləri verirdik”, Ağayeva bildirir:“Bizə kömək etməli idilər, tullamalı deyildilər. Aclıq aksiyası keçirdik, şikayət etdik, nəticəsi olmadı”.
Ağayevanın qonşusu Lalə Məlikova da köçürülmələri barədə yeni sözləri deyir:“Məni çıxaranda evə girib lomla döşəmələri qaldırdılar, bir də gördüm ki, pəncərələr yoxdur”. Baş verənləri “haqsızlıq” adlandıran qadınlar köçürülən zaman onlara heç bir ödəniş edilmədiyini qeyd edir. Onlar İcra başçısına və digər məmurlara şikayət etdiklərində dəfələrlə “çıxmayaydınız” sözlərini eşitdiklərini deyir. Onlar Çıraq otelinin yandırılmasını köçürülən ailələrin “ahı və göz yaşları” ilə əlaqələndirir.
Otel barədə məlumatlar yayılan kimi nazirliklərin saytında həmin məlumatları göstərilən ünvanda tapmaq mümkün olmayıb.Natiq Cəfərli məlumatların gizlədilməsini Azərbaycanda qapalı “offshore” zona yaradılma cəhdləri ilə bağlayıb. “Azərbaycanda kommersiya sirri barədə mürtəce qanun dəyişiklərinin tez Parlamentdən keçirilməsi elə onu göstərdi ki, məmurlar öz biznes strukturlarını və maraqlarını gizlətmək istəyir.
Vergilər Nazirliyi şirkətlər barədə Azadlıq radiosuna bildirib ki, “qanunvericiliyə görə, biz hüquqi şəxslər, təsisçilər və onların nizamnamə kapitalındakı payları haqda açıqlama verə bilmərik. Bu haqda məlumat kommersiya sirri sayılır”. Otel barəsində məlumatlar yayılan zaman isə Facebook sosial şəbəkəsində Vüqar Ələkbərov adlı istifadəçinin “Çıraq” otelinin şəkillər albomu olan profili yayılıb. Amma Ələkbərovun profili elə həmin gün, yanvarın 28-də bağlanıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir oğlunun biznes gizlinləri

    Nazir oğlunun biznes gizlinləri ...

    30-01-2013, 10:37

  • 
  • Nazir oğlunun evsiz qoyduqları

    Nazir oğlunun evsiz qoyduqları ...

    4-02-2013, 10:01

  • 
  • Fizuli Ələkbərovun biznez imperiyasından yeni faktlar

    Fizuli Ələkbərovun biznez imperiyasından yeni ...

    3-02-2013, 11:31

  • 
  • “Çıraq” otelinin inzibatçısına 9 il 6 ay həbs verilib

    “Çıraq” otelinin inzibatçısına 9 il 6 ay həbs ...

    11-12-2013, 16:42

  • 
  • İsmayıllıda narazılığın iqtisadi motivləri

    İsmayıllıda narazılığın iqtisadi motivləri ...

    7-02-2013, 10:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu