GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Abutalıbovun hakimiyyəti zərbə altına qoyub

Abutalıbovun hakimiyyəti zərbə altına qoyub

Tarix: 25-03-2013, 10:40 Bölmə :Ölkə Baxış: 1 182
Abutalıbovun hakimiyyəti zərbə altına qoyub

Avropa Məhkəməsi “Qış bulvarı” vandalizminə görə
hökuməti fantastik məbləğdə cərimələyəcək; şəhərin
mərkəzində üç ildir evyıxma əməliyyatları gedir


Bakı meri Hacıbala Abutalıbovun “Qış bulvarı” vandalizmi bitmək bilmir. Şəhərin mərkəzində salınacaq örtülü parka görə, vətəndaşların evlərinin yerlə-yeksan olunması prosesi 3 ilə yaxındır ki, davam edir və bu özbaşınalıqlara “dur” deyən tapılmır. Bakının Baş Planı adı ilə rəsmi şəkildə evyıxma əməliyyatları həyata keçirən H.Abutalıbov və onun ərazi üzrə nümayəndəsi Zülfəli İsmayılovun qanunsuz hərəkətləri dözülməz həddə çatıb.
Bakının mərkəzi küçələri olan Füzuli, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, R.Rza, Vidadi, M.İbrahimov adına küçələrdə yerləşən yaşayış evləri darmadağın olunur, tarixi tikililər uçurulur, vətəndaşların əmlakı qarət edilir, onlara bunun əvəzində isə qəpik-quruş kompensasiya ödənir. Nəticə etibarı ilə Heydər Əliyev adına Sarayın arxasında əhatə edən yaşayış massivi tamamilə buldozerlə şumlanıb, mənzil sahibləri mərkəzdən sürgün olunub, bir çoxu evsiz-eşiksiz qalıb, bir qismi məhkəməyə müraciət edib, kimisi də məcburiyyət qarşısında kənar yerlərdə darısqal mənzillərə sığınıblar.
Beləliklə, hökumətin Abutalıbovun əli ilə yıxdığı evlərin yerində analoqsuz park tikilməsinə başlanıb. Vətəndaşların mülkiyyət hüquqlarının kütləvi şəkildə tapdanması hesabına bulvar salmağa hazırlaşan hökumət yaxın gələcəkdə böyük zərbə ilə üzləşəcəyini fikirləşməyib. Bir müddət sonra Avropa məhkəməsi vətəndaşların müraciətləri əsasında hökuməti mülkiyyət haqlarını pozmasına görə cərimələyəcək.
Belədə hökumət böyük məbləğdə təzminat ödəmək məcburiyyəti ilə qarşılaşacaq. Ancaq hazırda gedən proses Abutalıbovun və hökumətin vecinə deyil. Onları maraqlandıran tezliklə evlərin sökülməsi, vətəndaşların çıxarılmasıdır. Habelə, mənzil sahiblərinə ödənilən kompensasiyalar da qanunsuz şəkildə verilir. Bu pullar fiziki bir şəxsin bank hesabına köçürülüb və oradan paylanır. Bu isə dövlət planı məqsədi ilə sökülən mülklərə yardım verilməsi prosedurunda hüquqların pozulmasıdır.
İndinin özündə isə M.Əliyev və D.Əliyeva küçələrində məskunlaşan sakinlərin evləri bir-bir dağıdılır. Artıq evi sökməyə gələnlər daha da qəddarlaşıblar. Onlar qoca, körpə, xəstə şəxsləri nəzərə almadan camaatın yuvasını başına uçururlar. Z.İsmayılov başda olmaqla mülk sahibləri ilə kobud danışılır, onlar təhqir olunur, şikayət edənlər isə hədələnir. Məlum olduğu kimi, burada kvadrat metrinə 1500 manatdan kompensasiya verilir.
Mirzağa Əliyev küçəsi, ev 213-də yaşayan Leyla Həsənova qəzetimiz vasitəsi ilə prezident İlham Əliyevdən kömək istəyir. O, mənzili sökülərkən qanunsuzluğa yol verildiyini bildirir. L.Həsənova əmlakının dağıdıldığı zaman evdə olmayıb və baş verənlərdən xəbər tutmayıb. Bundan sonra mənzilinə gələn vətəndaş görüb ki, evdə olan əmlaklar qarət olunub, söküntü zamanı əşyalara ziyan dəyib, bir çoxu itib.
Mənzil sahibi məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci polis bölməsinə müraciət edib. Polisdən vətəndaşın şikayətinə cavab olaraq bildirilib ki, Nəsimi Rayon Məhkəməsinə müraciət etsin. L.Həsənova ona böyük məbləğdə ziyan dəydiyini iddia edir.
Onun sözlərinə görə, məhkəmə qərarı və mənzil sahibinin icazəsi olmadan söküntü işləri aparıla bilməz. Eyni zamanda mənzildə yerləşən avadanlıqlar çıxarılandan sonra söküntü başlana bilər. Amma Bakı Şəhər İcra Hakimiyyətinin 3 ildən çoxdur ki, davam edən qanunsuz evsökmə işləri adıçəkilən vətəndaşın mənzilindən də yan keçməyib.
L.Həsənova qeyd etdi ki, meriyaya dəfələrlə müraciət edib və ona oxşar cavablar verilib. Bildirilib ki, ərazidə plana uyğun olaraq söküntü işləri aparılır və vətəndaşın narazılığı varsa hüquq-mühafizə orqanlarına və BŞİH-in nəzdində yaradılmış komissiyaya müraciət edə bilər. L.Həsənovanın isə adıçəkilən qurumlara artıq heç bir ümidi qalmayıb və çıxış yolunu prezidentə müraciət etməkdə görür.
Şikayətçi “ölkə başçısına müraciət edərək ona köməklik göstərilməsini istədi: “Xahiş edirəm ki, mənə evimə görə ədalətli kompensasiya verilməsində və mənzilimin söküntüsü zaman itən əşyalarımın müqabilində maddi təzminat ödənilməsində yarım göstərin. Cənab prezident, tək ümidim sizədir. Mənim mənzilim cəmi 16 kvadrat metr olub və çox cüzi məbləğdə kompensasiya ödənilib. Bakı meriyası hər kvadrat metrə 1500 manat ödəyir”.
L.Həsənova deyir ki, bu pulla ev ala bilmir: “Uzun illər şəhərin mərkəzində yaşa, axırda da qəpik-quruş verib səni yuvandan qovsunlar. Belə haqsızlıq olarmı? Nə Xırdalanda, Masazırda, nə başqa kənar ərazilərdə bu pula mənzil tapmaq olmur. Hörmətli prezidentdən xahiş edirəm ki, mənə kömək etsin. Evsiz-eşiksiz qalmışam, qohum-əqrəbanın evində yaşamağa məhkumam”.

Mirzə Həsən
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda evyıxma əməliyyatı davam edir

    Bakıda evyıxma əməliyyatı davam edir ...

    17-02-2013, 11:22

  • 
  • Abutalıbovun şirkəti ev yıxır

    Abutalıbovun şirkəti ev yıxır ...

    12-02-2013, 11:00

  • 
  • Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ilə gedir

    Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ...

    12-02-2014, 15:14

  • 
  • Abutalıbov şəhərdə maşın saxlamağı qadağan etdi

    Abutalıbov şəhərdə maşın saxlamağı qadağan etdi ...

    22-08-2013, 11:32

  • 
  • İlanlıdağ Bakının mərkəzində hərəkəti “dayandırıb”

    İlanlıdağ Bakının mərkəzində hərəkəti “dayandırıb” ...

    30-04-2013, 14:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu